1. ÜMumi DİLÇİLİk I indd


  “ÜMUMİ DİLÇİLİK” FƏNNİNİN MƏQSƏD



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə7/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   2   3   4   5   6   7   8   9   10   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

0.02.  “ÜMUMİ DİLÇİLİK” FƏNNİNİN MƏQSƏD 

 

VƏ VƏZİFƏLƏRİ

Ümumi dilçiliyin müasir dilçilikdə məqsəd və vəzifələri 

nədən  ibarətdir?  Hər  şeydən  əvvəl  qeyd  etmək  lazımdır  ki, 

bir-birindən çox uzaqda olan dillər mahiyyətcə bir-birinə uy-

ğundur. Başqa sözlə desək, bu dillər öz mövcudiyyətinə, istifa-

dəsinə, “quruluşuna”, xarici əlaqəsinə, vəzifəsinə, tarixinə görə 

nədə isə bir-birinə uyğun gəlir. Müxtəlif dillərdə bu ümumilik 

olmasa idi, müxtəlif dil işarələri arasında qarşılıqlı əlaqə də ola 

bilməzdi. Müxtəlif qrammatik quruluşa malik olan dillərdə bu 

ümumiliklər, əsasən, aşağıdakılardan ibarətdir:

a)  bizə məlum olan dillərin hamısı səslərdən, sözlərdən, 

qrammatik vasitələrdən və cümlələrdən ibarətdir;

b)  bütün dillər insanlar arasında şifahi və yazılı fikir mü-

badilə vasitəsi vəzifəsini yerinə yetirir;

c)  bütün  dillər  fikrin  formalaşmasında  və  ifadəsində 

yaxından iştirak edir;

ç)  bütün dillər inkişaf prosesində ədəbi dil normalarına, 

üslubi keyfiyyətlərə yiyələnir.

“Ümumi dilçilik” fənninin vəzifəsi məhz bu ümumi 

xüsusiyyətləri öyrənməkdən və onun nəzəri əsaslarını iş-

ləyib hazırlamaqdan ibarətdir.

Başqa linqvistik fənlər kimi, “Ümumi dilçilik” fənni-

nin də əsas məqsədi yüksək ixtisaslı, yaradıcı filoloq-müəl-

lim hazırlanmasına xidmət etməkdən ibarətdir. Bu fənnin 




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

15

qarşısında duran məqsədə aşağıdakı vəzifələrin icrasında 



nail olmaq mümkündür.

Tələbələrin  orta  məktəbdə  dilçiliyin  əsaslarından  al-

dıqları bilikləri davam və inkişaf etdirmək bu fənnin başlı-

ca vəzifələrindəndir. Tədris prosesində tədricən əldə olun-

muş  linqvistik  biliklər  “Ümumi  dilçilik”də  elmi-məntiqi 

əsasda  ümumiləşdirilir.  Bununla  yanaşı,  dil  hadisələrinə 

dair hər bir elmi məlumat həm də genişləndirilərək dərin-

ləşdirilir. Bütün bunların nəticəsində oxucu-tələbə planlaş-

dırılmış bilik sisteminə əsaslı şəkildə yiyələnə bilir.

“Ümumi  dilçilik”  fənni  tələbələrdə  linqvistik  dün-

yagörüşün  formalaşmasında  xüsusi  rol  oynayır.  Dilçilik-

də bu vəzifənin yerinə yetirilməsi üçün tələbələrin bütün 

dilçilik  fənlərində  mənimsədikləri  nəzəri  məlumatlarla 

ideya-fəlsəfi əhəmiyyəti olan biliklərin vəhdəti yaradılmış 

olur.  Belə  vəhdət  “Ümumi  dilçilik”  kursunun  tədrisində 

fəlsəfi məsələlər öyrədilən materiallarla daha da möhkəm-

ləndirilir. Bu sahədə “Ümumi dilçilik” özünü həm başlan­

ğıc, həm də bünövrə fənn kimi göstərir.

Nəhayət, tələbələrdə tədqiqatçılığa olan meylin güc-

ləndirilməsi,  onların  linqvistik  təhlilin  müasir  elmi  me-

todları  və  metodikası  ilə  silahlandırılması  da  “Ümumi 

dilçilik”  fənninin  əsas  vəzifələrindən  biri  hesab  olunur. 

Buna görə də fənnin tədrisi prosesində elmi tədqiqata dair 

məsələlərə  xüsusi  yer  vermək,  müntəzəm  referatlar  yaz-

dırmaq həmişə diqqət mərkəzində durmalıdır.




Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə