1. ÜMumi DİLÇİLİk I indd


 Ana dilinin öyrənilməsində dilçilik elminin əhə-



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə15/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   ...   11   12   13   14   15   16   17   18   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

2. Ana dilinin öyrənilməsində dilçilik elminin əhə-

miyyəti.  Filoloji  ədəbiyyatda  dilçiliyin  ana  dilini  öyrən-

məkdə mühüm rolunu və əhəmiyyətini inkar edən fikir-




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

25

lərə də təsadüf edilir. Belə ki, bəzi alimlər dilçiliyin mahiy-



yətini ancaq dili elm üçün öyrənməkdə görmüşlər. Onlar 

belə hesab etmişlər ki, guya dilçilik ana dilinin yaxşı öyrə-

nilməsi üçün yox, yalnız insanın necə danışmaq fəaliyyəti-

ni aşkar etmək üçündür. Əlbəttə, bu, doğru fikir deyil. Ana 

dilinin  dərindən  öyrənilməsində  bizim  elmimiz  xüsusi 

əhəmiyyətə malikdir. Dilin bütün hadisələri elmi cəhətdən 

aydınlaşdırıldıqda, onun öyrənilməsi də bir o qədər asan 

olur. Deməli, dilçilik ana dilinin düzgün dərk olunmasına, 

yaxşı mənimsənilməsinə kömək edən bir elmdir. Bu elm 

insanda  ana  dilinə  şüurlu  münasibət  bəsləməyi  aşılayır. 

Məlum  olduğu  kimi,  insan  kiçik  yaşından  ətrafdakılarla 

ünsiyyətə nitq vasitəsilə alışır. O, dili başqasından eşidərək 

bəzən qeyri-şüuri dərk edir. Belə dərketmə prosesində isə 

çox zəngin xəzinə olan dilin bütün xüsusiyyətləri, incəlik-

ləri öyrənilə bilmir. Dilin bütün cəhətlərinin öyrənilməsinə 

imkan yaratmaq dilçiliyin üzərinə düşür.

Ana  dilinin  incəliklərini,  spesifik  cəhətlərini  elmi 

əsasda  aşkar  etmək  müasir  dövrdə  maşınla  tərcümə  işi 

üçün çox zəruridir. Buna görə də hazırda maşınla tərcümə 

problemi  dilçilik  elminin  qarşısında  çox  böyük  tələblər 

 qoymuşdur.


Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə