1. ÜMumi DİLÇİLİk I indd


lik elminin obyekti dildir



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə12/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   ...   8   9   10   11   12   13   14   15   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

lik elminin obyekti dildir.

Azərbaycan dilində “dil” sözü bir-birindən tamamilə 

fərqli  olan  iki  müstəqil  anlayışı  bildirir;  birincisi,  insan 



Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

20

orqanizminin  bir  üzvünü  (dadbilmə  vasitəsini),  ikincisi, 



insanlar arasında əsas ünsiyyət vasitəsinin adını.

Ünsiyyət vasitəsinin adı – “dil” sözü dünya xalqları-

nın bir çoxunda ağız üzvü olan dilin adı ilə adlandırılır. 

Məsələn:


Dillərdə

azərbaycancada

latıncada

farscada


ruscada

fransızcada

gürcücədə

Ağız üzvünün adı

dil


linqva (lingua)

zəban


yazık

lanq


ena

Ünsiyyət 

vasitəsinin adı

dil


linqva

zəban


yazık

lanq


ena

“Dil” həm bizim dildə, həm də başqa xalqların dillə-

rində çoxmənalı sözlərdəndir.

Dilimizin lüğət tərkibinə nəzər saldıqda aydın olur ki, 

bu söz həm təklikdə, həm də tərkib daxilində işlənərək bir 

çox müxtəlif məna və məna çalarlarını ifadə edir. Məsələn, 

“təbii dil”, “süni dil” (beynəlxalq köməkçi dil), “şərti dil” – 

arqo, jarqon, “ümumxalq dili”, “ədəbi dil”, “müasir dil”, “şairin 

dili”, “obrazın dili”, “musiqi dili”, “texnika dili”, “qəzet dili”, 

“jurnal  dili”,  “kitab  dili”,  “heyvanların  dili”,  “quşların  dili”, 

“açarın dili”, “portfelin dili”, “zəngin dili” (zəngi səsləndir-

mək  üçün  onun  içərisində  olan  dəmir  parçası),  “alovun 



dili” (alovun bölünən hissələri), “dilini bilmək”, “dil tökmək”, 

“dilə tutmaq”, “dilini kəsmək”...

Dil sözünün bütün mənalarının hamısı dilçilik elmi-

nin obyektinə aid deyildir. Buna görə də dilçiliyin obyek-

tinin  adı  olan dil  termininin  hansı  konkret  anlayışı  ifadə 

etdiyini  bilmək  lazımdır.  Dilçilikdə  dil  termini  insanlar 



Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

21

arasında zəruri ünsiyyət vasitəsi olan ictimai hadisə anla-



yışını bildirir.

Dilçilik  elminin  obyektindən  bəhs  olunarkən  dilin 

nitqə münasibəti məsələsinə də toxunmaq lazımdır. Dil öz 

varlığını nitqdə təzahür etdirir. Belə ki, onun ayrı-ayrı va-

hidlərindən nitq prosesində istifadə olunur. Buna görə də 

dilçilik elmi üçün ancaq dilin xüsusiyyətləri deyil, nitq və 

nitq prosesləri də maraqlıdır.

Dil olduqca mürəkkəb və həm də çoxcəhətli bir icti-

mai hadisədir. Onun elmi tədqiqi ilə təkcə dilçilik deyil, 

bir sıra başqa elmlər, o cümlədən fəlsəfə, məntiq, psixologi­



ya, antropologiya, loqopediya, kibernetika elmləri də məşğul 

olur. Bu elmlərin hər biri dilə öz mövqeyindən yanaşır. 

Başqa sözlə desək, həmin elmlərin nümayəndələri dildə 

ancaq maraqlandıqları cəhətləri axtarırlar, lakin dilçilik 

elmində dil geniş və hərtərəfli öyrənilir. Bu elm öz ob-

yektinin  hər  iki  cəhəti  ilə,  yəni  həm  zahiri  səslənməsi, 

həm  də  daxili  –  məna  cəhəti  ilə  maraqlanır.  Bu  cəhət-

lərə  məxsus  olan  hər  bir  hadisənin  təbiəti,  mahiyyəti 

və  xüsusiyyətlərini  bütün  incəliyi  ilə  öyrənir,  bunların 

necə və nə üçün yarandığı səbəblərini obyektiv şəkildə 

 aydınlaşdırır.

Dilçiliyin  öyrəndiyi  dil  hadisəsi  nəyə  deyilir?  Dil  ha­



disəsi anlayışı həm dar, həm də geniş mənada başa düşü-

lür. Geniş mənada dildə baş verən bütün dəyişikliklər dil 

hadisəsidir; məsələn, sözlərin müxtəlif hal şəkilçisi qəbul 

etməsi, sözün çoxmənalılığı və s.

Dil hadisələri saysız-hesabsızdır. Bu hadisələri heç də 

bir-birindən təcrid edilmiş halda öyrənmək olmaz. Bunlar 

böyük zəncirin ayrılmaz ünsürləridir və aralarında möh-

kəm dialektik əlaqə mövcuddur. Buna görə də müasir dil-

çilik elmi dil hadisələrini vəhdət halında, bir-birilə əlaqədə 

öyrənir.



Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

22

Məlum olduğu kimi, dil daim dəyişib inkişaf edir. Bu 



prosesdə dil faktlarının bir çoxu köhnəlir, yenisi meydana 

çıxır və s. Bu dəyişikliklər müəyyən qanunlara tabedir ki, 

bunları da dilçilik elmi araşdırır.

Dilçilik elmi konkret dil hadisələrinin şərhi ilə bəra-

bər, dilin başqa ictimai hadisələrdən fərqini, onun ictimai 

hadisələr arasındakı mövqeyini də müəyyənləşdirir.

Nəhayət, dilçilik bir elm kimi dilin mahiyyətini aça-

raq onun cəmiyyətin inkişafındakı rolunu aydınlaşdırır. 

Dilçilik elmi külli miqdarda olan dünya dillərindən an-

caq birini və ya bir neçəsini öyrənməklə məhdudlaşmır; 

o, müasir dillərlə yanaşı, qədim və ölü dilləri də araşdı-

rıb öyrənir. Bu dillərin hətta öyrənilmə meyarı da eyni-

dir.  Belə  ki,  müasir  dillərə  hansı  tələblə  yanaşılırsa,  ölü 

və  qədim  dillərə  də  həmin  tələb  şamil  edilir.  Həmçinin 

bunların öyrənilmə səviyyəsinin dərəcəsində də heç bir 

fərq qoyulmur. Bütün bunlar dilçilik elminin inkişafında 

böyük rol oynayır.

Dilçiliklə bağlı olaraq elmdə bir sıra anlayış və bunla-

ra aid terminlər meydana çıxmışdır. Bu anlayışlar müxtə-

lif səbəb və məqsəddən irəli gəlmişdir; məsələn, tədqiqat 

sahəsinə görə “nəzəri dilçilik”, “tətbiqi dilçilik”; ideya-fəlsəfi 

əsasına görə “materialist dilçilik”, “idealist dilçilik”; ölkələrə 

görə “Azərbaycan dilçiliyi”, “yapon dilçiliyi”; xalqa görə “hind 

dilçiliyi”,  “ərəb  dilçiliyi”;  qitələrə  görə  “Avropa  dilçiliyi”, 

“Amerika dilçiliyi”; qütblərə görə “Qərb dilçiliyi”, “Şərq dil­

çiliyi”; elmin inkişaf tarixinə görə “klassik dilçilik”, “ənənəvi 

dilçilik”, “qədim dilçilik”, “müasir dilçilik” və s.

Bütün bu anlayışlar heç də bir neçə dilçilik elmi oldu-

ğunu göstərmir. Çünki bunların hamısının obyekti ümu-

midir, yəni ünsiyyət vasitəsi olan dildir.




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

23

Dilçilik ictimai-fi loloji elm kimi nəzəri əsaslar üzərin-



də təşəkkül tapıb inkişaf etmişdir. Müasir dilçilik elminin 

nəzəri əsasları mövcud müddəalar və dilçilik nəzəriyyələ-

rindən ibarətdir.

Dilçilik  lap  qədimdən  fəlsəfəyə  əsaslanmışdır.  Buna 

görə də təsadüfi  deyildir ki, XIX əsrin ortalarına qədər fəl-

səfənin sahəsi kimi təsəvvür edilmişdir.

Dilçiliyin linqvistik-nəzəri əsasları əsrlərlə dünya el-

mində yaranıb formalaşmışdır. Bu elm sahəsi özünün xü-

susi tədqiqat metodlarını yaratmışdır ki, bu da onun inki-

şafında başlıca rol oynamışdır.




Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə