1. ÜMumi DİLÇİLİk I indd


II FƏSİL DİLÇİLİK ELMİNİN YARANMASI



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə20/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   ...   16   17   18   19   20   21   22   23   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

II FƏSİL

DİLÇİLİK ELMİNİN YARANMASI

VƏ İNKİŞAFI

2.01.  MƏSƏLƏNİN QOYULUŞUNA DAİR

Hər bir elm insanların həyati, zəruri tələbləri nəticə-

sində  yaranır.  Bütün  elmlərin  kökü  təcrübə  ilə  bağlıdır. 

Təşəkkül tapan bu və ya başqa elm hər hansı bir faktın öy-

rənilməsi və təsvir edilməsi ilə başlamışdır. Məhz dilçilik 

elmi də təcrübənin nəticəsi olaraq insanların vacib tələblə-

rini ödəmək məqsədilə yaranmışdır.

Dilçilik elminin yaranma tarixindən bəhs edilərkən iki 

məsələ – dilçiliyin təşəkkülü və dilçiliyin ayrıca elm kimi 

tam  müstəqilləşməsi  məsələsi  bir-birilə  qarışdırılmış  və 

buna görə də dilçiliyin yaranma tarixinə dair iki fikir mey-

dana çıxmışdır. Bunlardan birincisində dilçiliyin yaranma 

tarixi XIX əsrdən götürülür, ikincisində isə dilçiliyin hələ 

eramızdan  əvvəl  təşəkkül  tapdığı  və  ayrı-ayrı  dövrlərdə 

inkişaf etdiyi göstərilir.

Dilçiliyin tarixini XIX əsrin birinci rübündən götürən-

lər nəyə əsaslanmışlar? Əvvəla, deməliyik ki, bir sıra icti-

mai elmlər, o cümlədən pedaqogika (o vaxt buna tərbiyənin 

fəlsəfəsi  deyilirdi),  psixologiya,  ədəbiyyatşünaslıq,  dilçilik 

uzun zaman ümumfəlsəfi tədqiqatların hissələri olmuşdur. 

Dilçilik məsələləri fəlsəfənin tərkibində əhatə edildiyindən 

müstəqil filologiya elm hesab edilmirdi. Bu elm ancaq XIX 

əsrdə fəlsəfədən tam ayrılıb müstəqilləşmişdir.

Dilçiliyin tarixini XIX əsrdən hesab edənlərin əsaslan-

dıqları digər amil dilçilikdə müqayisəli-tarixi metodun tət-

biqidir. Dilçiliyin tarixini yaxın dövrdən götürənlər alman 




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

29

alimi Frans Boppun 1816-cı ildə yazılmış “Sanskrit dilinin 



yunan, latın, fars və german dilləri ilə müqayisədə təsriflənmə 

sistemi haqqında” əsərini elmi dilçiliyin başlanğıcı, bünöv-

rəsi hesab etmişlər. Frans Bopp müqayisəli-tarixi metodu 

dilçilik tədqiqatına geniş tətbiq edərək dil haqqında elmin 

inkişafında xüsusi rol oynamışdır. Bu dilçilik metodu dil-

lərin müqayisə yolu ilə öyrənilməsinin mahiyyətini müəy-

yənləşdirmiş,  beləliklə  də  dilçilik  elminə  yeni  istiqamət 

verə  bilmişdir.  Dilçilik  elminin  XIX  əsrdə  yaranması 

haqqında mülahizə, əlbəttə, şərtidir, çünki dilçilik elminin 

ilk  rüşeymləri  hələ  eramızdan  əvvəlki  əsrlərlə  bağlıdır. 

Buna görə də dil haqqındakı elmin yaranma tarixinin XIX 

əsrdən başlanması anlayışı düzgün hesab edilə bilməz.

Dilçiliyin tarixini eramızdan əvvəlki dövrdən götür-

mək  fikri  elmi  və  məntiqi  cəhətdən  tamamilə  doğrudur. 

Məlumdur  ki,  insanlar  hələ  lap  uzaq  keçmişdə  dilin  nə 

olduğu, onun quruluşu, bir dilin, xüsusən öz ana dilinin 

başqa xalqın dilindən fərqlənməsi ilə maraqlandığı dövr-

dən dilçilik elmi tədricən yaranmağa başlamışdır. Belə ki, 

dilçilik heç də, bəzilərinin güman etdiyi kimi, gənc elm de-

yil. Onun yaranma tarixi çox-çox qədimdir; bu elmin tarixi 

eramızdan əvvəlki əsrlərdən başlayır.




Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə