1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə10/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   ...   6   7   8   9   10   11   12   13   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

I BÖLMƏ

DİLÇİLİYİN

ÜMUMİ PROBLEMLƏRİ


18

I FƏSİL

DİLÇİLİK ELMİ VƏ ONUN OBYEKTİ

1.01.  DİLÇİLİYİN MÖVZUSU VƏ NƏZƏRİ

 

ƏSASLARI

İnsanın  ictimai  fəaliyyətinin  xüsusi  bir  növünü  elm 

təşkil edir. Elm insanların ciddi əmək səyi nəticəsində əldə 

etdikləri biliklər kompleksidir. O, maddi aləmin, hadisələ-

rin inkişaf qanunauyğunluqlarını öyrənir.

Elm  son  dərəcə  güclü  tərəqqi  vasitəsidir.  İnsan  onun 

əsasında  yeni-yeni  zirvələr  fəth  edir,  irəliyə,  gələcəyə  doğ-

ru böyük inkişaf yolu keçir. Elmin qüvvəsi sənayenin, tex-

nikanın inkişafına təsir göstərdiyi kimi, ideologiyaya, onun 

tərəqqisinə də xüsusi təkan verir. Müxtəlif sahələrdəki elmi 

nəticələr və kəşflər insanların şüurundakı geriliyin, keçmişin 

qalıqlarının,  dini  mistikanın  aradan  qaldırılmasına  kömək 

edir. Nəzəri biliklər daim tərəqqidə olan insan təfəkkürünün 

bütün  sahələrinə  nüfuz  edərək  öz  müsbət  təsirini  göstərir. 

Elm, onun bütün sahələri insanların rifahını yaxşılaşdırmaq-

da xüsusi əhəmiyyətə malikdir. Biliklərin cəmi olan hər bir 

elmin özünəməxsus tədqiqat obyekti vardır. Həmin obyekt 

onun adını müəyyən edir və varlığını şərtləndirir.




Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə