1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə11/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   ...   7   8   9   10   11   12   13   14   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

Dilçilik anlayışını ifadə etmək üçün Azərbaycan di-

lində dilçilik, dilşünaslıq, linqvistika və dil haqqında elm ter-

minlərindən  istifadə  olunur

1

.  Birinci  terminin  ünsürləri 



(dil+çi+lik)  mənşəcə  xalis  Azərbaycan  dili  vahidlərindən 

1

 Qohumluğa görə Azərbaycan dilinin mənsub olduğu türk dilləri ailəsində dilçilik anlayışı 



müxtəlif terminlərdə ifadə edilir, məsələn, türklər dil bilimi, türkmənlər dilçilik, özbəklər 

tilşunoslik, qazaxlar til bilimi, qaraqalpaqlar til bilimi terminlərini işlədirlər.




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

19

ibarətdir. İkinci terminin (dil+şünas+lıq) tərkibindəki şünas 



morfemi fars mənşəli olub, həmin dildəki öyrənmək məna-

sını ifadə edən “şenaxtən” feilindəndir. Son zamanlar dil 

haqqında elm anlayışını bildirmək məqsədilə dilçilik ədə-

biyyatında linqvistika termininin də işlənilməsinə rast gəli-

rik. Linqvistika termini latınca lingua (yəni dil) sözündən və 

yunanca  –  istika  şəkilçisindən  əmələ  gəlmişdir.  Hazırda 

dilçiliyimizdə  hər  üç  termin  sinonim  kimi  işlənilir;  lakin 

dilçilik terminindən daha çox istifadə olunur.

Linqvistika termininin işlədilməsinə dair dünya dilçi-

lik ədəbiyyatında bir-birinə əks olan iki başlıca mülahizə 

mövcuddur.  Bu  mülahizələrin  birində  linqvistika  bey-

nəlxalq  elmi  termin  kimi  qiymətləndirilir.  Bu  fikri  yürü-

dənlər həmin terminin bir sıra Avropa dillərində geniş işlə-

nilməsinə əsaslanmışlar. Məsələn, hazırda ingilis və fran-

sız dillərində dil haqqında elm anlayışını bildirmək üçün 

müəyyən fərqli variantda linqvistika termini işlədilir.

İkinci mülahizədə linqvistika termininin dilçilik termi-

ninə məzmunca bərabər olmadığı göstərilir. Bir qrup xa-

rici  ölkə  dilçilərinin  fikrincə,  linqvistika  termininin  məna 

sərhədi dilçilik termininə nisbətən məhduddur. Buna görə 

də dilçilik termini həm təbii, həm də süni dillərin tədqiqi 

problemlərini əhatə edə bildiyi halda, linqvistika təbii dil-

dən bəhs edir və eyni zamanda, təbii dili bütöv yox, onun 

ancaq  müəyyən  cəhətini  öyrənir.  Bu  səbəbdən  də  ikinci 

fikrin tərəfdarları linqvistika termininin dilçilik termini əvə-

zində  (və  ya  sinonim  kimi)  işlədilməsini  məqsədəuyğun 

hesab etmirlər.

Dilçiliyin obyekti nədir? Dilçilik nəyi öyrənir və necə 

öyrənir? Birinci sualın cavabı konkret olaraq belədir: dilçi-




Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə