1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Yaponiyanın təslim olması. II Dünya müharibəsini nəticələri



Yüklə 199,24 Kb.
səhifə43/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   39   40   41   42   43   44   45   46   ...   58
Müasir cavablar [1 - 60].

47. Yaponiyanın təslim olması. II Dünya müharibəsini nəticələri.
1944-cü ildə ABŞ Sakit Okeanda fəal hərbi əməliyyata keçdi. 1944-cü ilin əvvəllərində ABŞ qoşunları Marşal, Mariya adalarını tutub, Yaponiyanın əsas dəniz yollarını nəzarət altına aldılar.
1944-cü ilin oktyabrında ABŞ-ın Sakit okean donanmasının baş komandanı admiral Makarturun başçılığı altında ABŞ qoşunları Filippin adalarına çıxdı. Sonra Bismark arxipelaqı, Yeni Qvineya və Karolin adaları alındı. Amerikanlar Sakit Okeanda və Cənub-Şərqi Asiyada öz qüvvələrini topladılar. Lakin yaponlar quru qoşunlarında üstün idilər. Yaponiyaya ən güclü zərbə Filippin adasındakı Lusonda dəydi. 1945-ci ilin martına qədər Yaponiyanın İndoneziya ilə dəniz əlaqəsi kəsildi, bu isə onun əsas neft mənbəyindən məhrum olması demək idi. Yaponiyanın hərbi-dəniz və ticarət donanması pis vəziyyətə düşdü.
1945-ci ilin yazında Birma, yayında İndoneziya azad edildi. Okinava adası uğrunda kəskin döyüşlər getdi. Bu ada Yaponiyanın əsas adalarından 600 km aralıda yerləşirdi. Burada döyüşlər üç ay davam etdi. Adanın alınması və coğrafi vəziyyəti Amerikanın Şərqi-Çin dənizində ağalığını təmin edirdi. Almaniyanın məğlubiyyəti Yaponiyanı da müdafiə döyüşlərinə keçməyə məcbur etdi.
1945-ci il iyulun 26-da ABŞ, Çin və Böyük Britaniya Yaponiyaya Potsdam bəyannaməsini təqdim etdilər ki, orada təslim olmanın şərtləri göstərilirdi. Yaponiya bu sənədi qəbul etmədi və müharibəni davam etdirdi.
Tarixdə ilk dəfə 1945-ci il avqustun 6-da Xirosima, avqustun 9-da isə Naqasakiyə ABŞ atom bombası atdı. 270 min adam, sonrakı illərdə radiasiyadan şüalanmadan 180 min adam öldü. ABŞ-da buna onunla bəraət qazandırırdılar ki, amerikalılar bu yolla yapon adalarına qoşun çıxarılanda və sonrakı döyüşlərdə düçar ola biləcəkləri ağır itkilərdən qaçmaq istəmişdilər.
Avqustun 8-də SSRİ rəsmi olaraq Postdam bəyannaməsinə qoşuldu və Yaponiyaya müharibə elan etdi. 1945-ci il avqustun 14-də Yaponiya bildirdi ki, o, Potsdam bəyannaməsini qəbul edir. Lakin Kvantın ordusu müqaviməti davam etdirirdi. Ona görə də SSRİ hərbi əməliyyatı dayandırmadı. Avqustun 19-da yaponlar əsir düşməyə başladılar. Kvantin ordusu darmadağın edildi.
Çan-Kayşi hökuməti 1945-ci ilin yayında SSRİ ilə danışığa girdi. 1945-ci il avqustun 14-də SSRİ ilə Çin arasında Moskvada müqavilə imzalandı. Müqaviləyə görə Port-Artur SSRİ və Çinin istifadə etdiyi hərbi-dəniz bazası olmalı idi.Dalney limanı isə bütün ölkələr üçün açıq liman hesab edildi. 1945-ci il avqustun 28-dən amerikanlar öz qoşunlarını Yaponiya ərazisində yerləşdirməyə başladılar. 1945-ci il sentyabrın 2-də Tokio boğazında ABŞ-ın «Mussiri» linkorunda Yaponiya danışıqsız təslim olmaq aktını imzaladı.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə