1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


İtaliyanın təslim olması. Tehran və Krım konfranslarının qərarları



Yüklə 199,24 Kb.
səhifə41/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   37   38   39   40   41   42   43   44   ...   58
Müasir cavablar [1 - 60].

45. İtaliyanın təslim olması. Tehran və Krım konfranslarının qərarları.
Şimali Afrikanın faşistlərdən azad edilməsi müttəfiqlərə imkan verdi ki, İtaliyaya qoşun çıxartsınlar. 1942-ci ilin II yarısında İtaliyada xalqın tətil və nümayişləri başlandı. 1943-cü ilin martında bu hərəkat bütün Şimali İtaliyanı bürüdü. Yuxarı dairələr Mussolinini kənarlaşdırmaq, yeni hökumət təşkil etmək və müttəfiqlərlə sazişə gəlmək istəyirdilər.İnqilaba yol verməmək üçün 1943-cü ilin sentyabrın 3-də müttəfiqlərlə barışıq haqqında saziş bağlandı. İtaliya danışıqsız təslim oldu.
1943-cü il oktyabrın 29-30-da keçirilən Moskva konfransında qərar qəbul edildi ki, İngiltərə, ABŞ və SSRİ-dən ibarət Avropa məsləhət komissiyası təşkil edilsin. Konfrans üç dövlət başçısının Tehran konfransına hazırlıq görmüş oldu.
«Evrika» Adı latında keçirilən Tehran konfransı 1943-cü ilin noyabr ayının 28-dən dekabr ayının 1 dək çağırıldı. Konfransda əsas məsələ İkinci cəbhənin açılması məsələsi idi. Çörçil kommunizmin Avropaya yayılmaması üçün onun balkanlardan, Stalin isə Şimali Fransadan açılmasını tələb edirdi. Avropada müharibənin tez qurtarmasında və bütün qüvvələrin Yaponiyaya qarşı yönəldilməsində maraqlı olan Ruzvelt Stalinin fikrini müdafiə etdi. Çox mübahisədən sonra Şimali Fransadan (əməliyyat "Overlord" adlanırdı) 1944-cü ilin mayında İkinci cəbhənin açılması haqqında birgə bəyannamə imzalandı. Almaniyanın taleyi məsələsi müzakirə edilərkən ABŞ təklif etdi ki, Almaniya 5 dövlətə parçalansın. İngiltərə isə təklif edirdi ki, Prussiya ayrılsın, yerdə qalan ərazidə isə "Dunay federasiyası" təşkil edilsin, SSRİ hər iki təklifin əleyhinə çıxdı. Bu məsələ Avropa məsləhət komissiyasının ixtiyarına verildi. Tehran konfransında Köniqsberqin, yəni indiki Kalininqradın SSRİ-yə verilməsi qərara alındı. Konfransda həmçinin İranın suverenliyi haqqında üç dövlət bəyənnaməsi imzalandı.
Krım konfransı 1945-ci ilin fevralın 4-11-ində «Böyük üçlüyün» iştirakı ilə keçirildi. Konfransda düşmənin qəti məğlubiyyəti və dünyanın müharibədən sonrakı taleyi əsas məsələ idi. Konfransda Almaniyanın üç işğal zonasına - sovet, ingilis, amerikan işğal zonalarına bölünməsi qərara alındı. Berlində isə bu üç böyük dövlətin qoşunları saxlanılmalı idi. Konfransda qərara alındı ki, Fransa üçün də gələcəkdə Almaniya ərazisində işğal zonası ayrılsın. Konfrans Avropanın azad edilməsi haqqında bəyannamə qəbul etdi. Oder və Neysi çaylarının Qərb sahillərinin Polşaya verilməsi qərara alındı. Təzminatın miqdarı 20 mlrd dollar müəyyən edildi. Yarısı SSRİ-yə çatmalı idi. 1945-ci ilin fevralın 11-də üç dövlət arasında gizli saziş bağlandı. Bu sazişə əsasən Avropada müharibə qurtardıqdan 2-3 ay sonra SSRİ Yaponiyaya qarşı müharibəyə girməli idi. SSRİ Yaponiyaya aşağıdakı şərtlərlə müharibə elan etməyi öhdəsinə götürdü: Monqolustan Xalq Respublikasında mövcud vəziyyət saxlanılmalı, Saxalinin cənub hissəsi və ona bitişik adalar, Kuril adaları SSRİ-yə verilməli, Port-Artur hərbi-dəniz bazası kimi SSRİ-yə icarəyə verilməli, Şərqi Çin və Cənubi Mancuriya dəmir yollarından Çin və SSRİ tərəfindən birgə istifadə olunmalı idi. Müttəfiqlər SSRİ-nin bu şərtlərinə etiraz etmədilər.Krım konfransından bir qədər sonra, yəni 1945-ci ilin aprelində SSRİ Yaponiya ilə 1941-ci ilin aprelində bağladığı bitərəflik haqqında sazişdən imtina etdiyini bildirdi.
Krım konfransında həmçinin müharibədən sonra dünyada sülhü və təhlükəsizliyi təmin etmək məqsədi ilə BMT-nin yaradılması qərara alındı. Qərara alındı ki, Təşlükəsizlik Şurasına yekdillik prinsipi üzrə ABŞ, SSRİ, Çin, Fransa, Böyük Britaniya üzv olsunlar.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə