1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Antihitler koalisiyasının təşkili



Yüklə 199,24 Kb.
səhifə38/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   34   35   36   37   38   39   40   41   ...   58
Müasir cavablar [1 - 60].

Antihitler koalisiyasının təşkili Almaniyanın SSRİ-yə qarşı müharibəyə başlamasından dərhal sonra Böyük Britaniya və ABŞ SSRİ-yə kömək etmək istədiklərini bildirdilər. 1941-ci ilin iyunun 22-də Çörçill, iyunun 24-də isə Ruzvelt SSRİ-yə kömək göstərməyə hazır olduqlarını bəyan etdilər. 1941-ci il iyulun 12-də SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı birgə hərəkat haqqında saziş bağlandı. İyulun 18-də SSRİ təklif etdi ki, Şimali Fransadan ikinci cəbhə açılsın. Lakin təklif təxirə salındı. ABŞ prezidentinin məsləhətçisi Qopkins Moskvaya gəldikdən sonra avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi kömək edəcəyini bildirdi. 1941-ci il avqustun 16-da SSRİ ilə İngiltərə arasında ticarət və kredit haqqında saziş bağlandı. 1941-ci ilin iyulunda Sovet-Çexoslovakiya, Sovet-Polşa sazişləri bağlandı. Sentyabrın 27-də SSRİ "Azad Fransa" təşkilatını tanıdı. ABŞ və İngiltərə müharibədə birgə fəaliyyət göstərmək haqqında bəyanatla çıxış etdilər. Onların arasındakı danışıq 1941-ci ilin avqustunda Nyufaundlend adasının Ardjenşiya buxtasında «Atlantika xartiyası» adını almış bəyannamə ilə nəticələndi. 1941-ci il sentyabrın 24-də Moskvada keçirilmiş müttəfiqlərarası konfransda Sovet hökuməti bu xartiya ilə razı olduğunu bildirdi. Büttün qüvvələri birləşdirmək zəruri idi. SSRİ 1 mlrd dollar faizsiz kredit aldı. 1941-ci ilin noyabrında İngiltərə yenidən SSRİ ilə müttəfiqlik haqqında müqavilə bağladı. 1942-ci ilin yanvarın 1-də 26 dövlət Vaşinqtonda Atlantika xartiyası prinsiplərinə qoşulmaq haqqında "Birləşmiş Millətlərin Bəyannaməsi"ni imzaladı. Antihitler koalisiyasının yaradılması rəsmiləşdirilmiş oldu. Sonra bu bəyannaməyə başqa dövlətlər də qoşuldular və müharibənin sonunda onların sayı 50-yə çatdı.
Sakit okeanda hərbi əməliyyatlar. ABŞ-ın İkinci dünya müharibəsinə girməsi
Yaponiya 70-ci meridiandan şərqdə Avrasiyanı öz nüfuz dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi. Şahzadə Konol Yaponiyada hakimiyyətə gəldikdən sonra 1940-cı ilin iyulunda Cənub-Şərqi Asiyanı işğal etmək və Sakit okeanda İngiltərə və ABŞ-la müharibə etmək qərarına gəldi. 1941-ci ilin yayında o, Hind-Çinə qoşun yeritdi. ABŞ iqtisadi təzyiq və diplomatiya yolu ilə Yaponiyanı güzəştə getməyə məcbur etmək istəyirdi. 1941-ci ilin oktyabrında Yaponiya ABŞ hökuməti ilə danışıqlar aparmağa cəhd etdi. Lakin danışıqlar gedən zaman 1941-ci ilin dekabrın 7-də Yaponiya Havay adalarında yerləşən Perl-Xarbordakı hərbi dəniz bazasını bombardman etdi. Buna cavab olaraq dekabrın 7-də ABŞ Yaponiyaya müharibə elan etdi. Dekabrın 8-də Fransa və İngiltərə Yaponiyaya, İtaliya və Almaniya isə ABŞ-a müharibə elan etdilər. Sakit okeanda müharibənin yeni mərhələsi başlandı. 1941-ci ilin dekabrın 11-də Almaniya, İtaliya və Yaponiya arasında Berlin paktından əlavə yeni pakt bağlandı. Onlar bir-birinin razılığı olmadan İngiltərə və ABŞ-la sülh bağlamayacaqlarını öhdələrinə götürdülər. Yaponlar Tailandı, Filippini tutdular. 1941-ci il dekabrın 25-də Honkonq alındı. 1942-ci il fevralın 15-də Sinqapur yaponlar tərəfindən tutuldu. ABŞ və İngiltərənin Sakit Okeanda mövqeyi zəiflədi. Yaponlar Cənub-Şərqi Asiyada geniş hücuma keçərək 1942-ci ilin yazında Birma və İndoneziyanı tutdular. Cənub-Qərbi Çinə girdilər. Yeni Britaniya və Yeni Qvineya adasının bir hissəsi də onlar tərəfindən tutuldu.



Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə