1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


SSRİ M.S.Qorbaçovun dövründə: daxili və xarici siyasət



Yüklə 199,24 Kb.
səhifə58/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   50   51   52   53   54   55   56   57   58
Müasir cavablar [1 - 60].

60. SSRİ M.S.Qorbaçovun dövründə: daxili və xarici siyasət
M.S.Qorbaçovun Baş katib olması ilə SSRİ-də və Avropanın sosialist ölkələrində böyük sosial dəyişikliklərin əsası qoyuldu. M.S.Qorbaçov 1985-ci ilin aprelində Sov. İKP MK-nın xüsusi plenumunun çağrılmasına nail oldu. Bu plenumda SSRi-nin sosial-siyasi və iqtisadi inkişafını surətləndirmək strategiyası irəli sürüldü. 1986-cı ildə olan partiyanın XXVII qurultayında Qorbaçov bu məsələləri daha ətraflı açdı. Qurultayda həmçinin partiya Nizamnaməsində bəzi dəyişikliklər edildi və ölkənin 1986-1990-cı illəri əhatə edən 12-ci beşillik və 2000-ci ilə qədər sosial-iqtisadi inkişafı planı da müzakirə edildi. Qurultayda xarici siyasət məsələləri çox güclü səsləndi. M.S.Qorbaçovun adından 2000-ci ildə nüvəsiz dünya qurulması barədə sovet sülh proqrammı elan edildi. 1986-cı ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən ölkədə geniş yayılmış sərxoşluq və alkoqolizmə, zəhmətsiz gəlirlərə qarşı mübarizə haqqında qərarlar qəbul edildi. 1987-ci ildə Qorbaçov «Yenidənqurma» xəttini irəli sürdü. «Yenidənqurma» iqtisadi, siyasi sistemin formalaşması, mədəniyyət, ideologiya və beynəlxalq münasibətlər sahəsini əhatə etməli idi. 1987-ci ilin iyununda iqtisadi metodlarla idarə etməyə üstünlük verən iqtisadi islahatlar proqramı qəbul olundu. «Kadr inqilabı» həyata keçirildi. «Sosialist hüquqi dövləti»nin yaradılması, hakimiyyətin bölüşdürülməsi, real və çevik «sovet parlamentarizmi»nin yaradılması ideyası irəli sürüldü. 80-ci illərin sonunda iki dəfə xalq deputatları sovetinin qurultayı keçirildi. SSRİ-də partiyanın diktaturasından əl çəkilməsi prosesi başladı. Prezident vəzifəsi təsis edildi. 1990-cı ildə xalq deputatları sovetinin II qurultayında Qorbaçov SSRİ-nin prezidenti seçildi. O SSRİ-nin ilk və sonuncu prezidenti oldu. SSRİ-də ideologiya və mədəniyyət sahəsində də böyük dəyişikliklər oldu. Əqidə azadlığına, fikir müxtəlifliyinə imkan yaradıldı. 1987-ci ildə cəmiyyətin mənəvi, mədəni və siyasi həyatını yenidən qurmağı nəzərdə tutan «Aşkarlıq» xətti irəli sürüldü.
«Aşkarlıq» cəmiyyətdə müxtəlif fikirlilik üçün səmərəli şərait yaratdı. «Aşkarlıq» müxtəlif ideya, sosial, siyasi, milli, dini cərəyanların kəskin münaqişəsinə səbəb oldu.
Yenidənqurma hər şeydən əvvəl insan psixologiyasında yeni keyfiyyət dəyişikliklərinin yaranmasına gətirib çıxartdı. Lakin ölkədə baş verən hadisələri sovet adamlarının heç də hamısı dərhal başa düşmür və qəbul etmirdi.
Demokratik proseslər müttəfiq respublikalarda xalq cəbhələrinin, zəhmətkeşlərin digər kütləvi birliklərinin yaranmasına səbəb oldu.
Təəssüf ki, bir sıra respublikalarda qanlı toqquşmalar törədən ünsürlər demokratik hərəkatın yüksəlişindən istifadə etdilər. Bir çox aylar ərzində Sovet adamlarının və dünya ictimaiyyətinin diqqəti Dağlıq Qarabağda və onun ətrafında əmələ gələn və Ermənistanın Azərbaycandan ərazi iddialarına əsaslanan problemlərə cəlb edildi. 1989-cu ilin yanvarında Moskva Dağlıq Qarabağda A.Volskinin rəhbərliyi altında Xüsusi İdarə komitəsi yaratdı. Dağlıq Qarabağın idarəsi Azərbaycandan alınaraq Moskvaya verildi. Bu vəziyyət daha da gərginləşdirdiyinə görə 1989-cu ilin noyabrında Moskva onu ləğv etməyə məcbur oldu.
Yenidənqurma nəticəsində 80-cı illərin II yarısında SSRİ-də milli münasibətlər müşkül şəklə düşdü. 1986-cı ildə Alma-ata, 1989-cu ildə Tbilisi, Vülnüs, 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr bunun parlaq nümunəsi idi. Qorbaçovun yaratdığı «aşkarlıq» SSRİ-nin dağılması üçün şərait yaratdı. 1990-cı ildə ilk dəfə Pribaltika respublikaları SSRİ-dən ayrıldıqlarını bildirdilər, həmin ilin martında isə onun tərkibindən çıxdılar. 1991-ci ilin martında SSRİ-nin tərkibində qalmaq və qalmamaq barədə keçirilən referendumda digər sovet respublikaları SSRİ-nin tərkibində qalmağa tərəfdar olduqlarını bildirdilər. Lakin 1991-ci ilin auqust qiyamı bütün bunlara xətt çəkdi. Qorbaçov Krımda istirahət edərkən Moskvada 1991-ci il avqustun 19-21- də Fövqəladə Dövlət Komissiyası yaradıldı. Bu komissiya SSRİ ərazisində dərhal 6 ay müddətində fövqəladə vəziyyət elan etdi və bildirildi ki, 1985-ci ildən əvvəlki dövlət strukturlarının hamısı fəvliyyət göstərir. Lakin o zaman Rusiyanın prezidenti seçilən B.N.Yeltsin və Rusiya Federasiyası Ali Sovetinin sədri R.Xaspulatov Moskva zəhmətkeşlərini ayağa qaldırdı. Qiyam demokratik qüvvələrin qələbəsi ilə başa çatdı. Qorbaçov yenidən Moskvaya qayıtdı. Qiyamın təşkilatçıları həbs edildi.
Ölkədə Sov. İKP-nin fəaliyyəti dayandırıldı. Bu hadisədən bir qədər sonra 1991-ci ilin dekabrın 8-də Belarusiyadakı Viskuli mehmanxanasında Ukrayna, Belarusiya və Rusiyanın (S.Şuşinski, L.Kuçma, B.N.Yeltsin) prezidentləri görüşərək 1922-ci il SSRİ-nin təşkili haqqındakı müqavilənin qüvvədən düşdüyünü bildirdilər və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranması haqqında yeni müqavilə bağladılar. Beləliklə, MDB təşkil edilmiş oldu. 1993-cü ilin sonuna qədər Pribaltika respublikaları və Gürcüstan istisna olmaqla, keçmiş SSRİnin tərkibində olmuş, o dağıldıqdan sonra müstəqililk qazanmış 11 respublika MDB-nin üzvü oldu. 1991-ci ilin dekabrın 28-i SSRİ dağıldı
.M.S.Qorbaçovun Sov.İKP MK-ın Baş katibi olduğu dövrdə SSRİ-nin xarici siyasəti. Qorbaçov Sov.İKP MK-nın Baş Katibi olduqdan sonra xarici siyasətdə də dəyişikliklər baş verdi. Hərbi-iqtisadi istehsal və silahlanma sahəsində ABŞ-la yarışda tab gətirməyi bacarmayan SSRİ Qərb ilə Şərq arasında gərginliyi yumşaltmaq xəttini götürdü. 1987-ci ilin dekabrın 8-də Vaşinqtonda SSRİ ilə ABŞ arasında tarixdə ilk dəfə olaraq qısa mənzilli raketlərin məhv edilməsi haqqında saziş imzalandı. 1989-cu ilin fevralında Sovet qoşunları Əfqanıstandan çıxarıldı. SSRİ və ABŞ dövlət başçılarının (M.Qorbaçov və C.Buş) 1989-cu il dekabrın 2-3-də Malta görüşlərindən sonra beynəlxalq münasibətlərdəki gərginlik tamamilə zəiflədi. 1990-cı il (31 may-3 iyun) Vaşinqton zirvə görüşündə Almaniyanın birləşməsi məsələsi müzakirə olundu. Görüşdən sonra ABŞ SSRİ-nin təhlükəsizliyinə müdaxilə etməyəcəyi barədə bəyanat verdi. Sovet rəhbərliyi isə öz növbəsində Cənubi Afrikadakı, habelə, İran körfəzində, CənubŞərqi Asiya və Mərkəzi Amerikadakı regional münaqişələrə yumşaq münasibət bəsləyəcəyi öhdəliyini götürdü. SSRİ və ABŞ dövlət başçılarının Vaşinqton (1990) və Moskva (1991) görüşləri «Soyuq müharibə»yə son qoyulmasında çox mühüm addımlar oldu. Görüşən tərəflər ilk dəfə strateji hücum silahlarının ixtisar olunması, kimyəvi silahların çox hissəsinin məhv edilməsi və onların istehsalından imtina olunması barədə müqavilələr imzaladılar. 1990-cı ildə Parisdə keçirilən Avropa ölkələrinin müşavirəsində imzalanan «Ümumavropa evi yaratmaq haqqında» Xartiyaya (bunu bəzən «Paris Xartiyası» da adlandırırlar) SSRİ də qoşuldu. 1991-ci ildə SSRİ-nin razılığı ilə Varşava müqaviləsi təşkilatı və Qarşılıqlı iqtisadi yardım şurası buraxıldı.
Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə