1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


SSRİ N.S.Xruşşovun Sov.İKP MK-nın Birinci katibi olduğu dövrdə daxili və xarici siyasət



Yüklə 199,24 Kb.
səhifə55/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   50   51   52   53   54   55   56   57   58
Müasir cavablar [1 - 60].

57. SSRİ N.S.Xruşşovun Sov.İKP MK-nın Birinci katibi olduğu dövrdə daxili və xarici siyasət
1952-ci ilin oktyabrında olmuş partiyanın XIX qurultayında Stalin xəstəliyi ilə əlaqədar ancaq nitq söyləməklə kifayətləndi. Mərkəzi Komitənin hesabat məruzəsini isə G.M.Malenkov etdi. Həmin qurultayda partiyanın adı dəyişdirilərək Sovet İttifaqı Kommunist partiyası (Sov. İKP) adını aldı. Mərkəzi Komitənin «Baş katibi» sözü isə «Birinci katib» sözü ilə, «Siyasi büro» sözü isə «Rəyasət heyəti» sözü ilə əvəz edildi. Bu qurultayda ilk dəfə olaraq Rəyasət heyəti seçilmədi. Ancaq «Beşlik» adlanan 5 nəfərdən ibarət büro seçildi ki, onlar ölkənin bütün daxili və xarici siyasətinə rəhbərlik etməli idilər. Bu beşlik Stalin, Beriya, Bulqanin, Malenkov və Xruşşovdan ibarət idi. 1953-cü ilin yanvarında Stalinin səhhətini müayinə edən həkim Vinoqradov bildirdi ki, o artıq dövlət işləri ilə məşğul ola bilməz. Bu Stalinin qəti etirazına səbəb oldu. «Həkimlərin işi» adlı yeni bir məhkəmə prosesinin başlanğıcı qoyuldu. 1953-cü ilin martın 5-də Stalin vəfat etdi. Bu hadisədən sonra Nazirlər Sovetinin sədri Malenkov oldu. SSRİ-də əslində hakimiyyət üç nəfərin - Xruşşov, Maleknov və Beryanın əlində cəmləşdi. Bu şəxsiyyətlərdən hər biri xalqın nüfuzunu qazanaraq hakimiyyətə gəlməyə can atırdı.
Xruşov, Stalinin ölümündən dərhal sonra Ural dairəsinin komandanı olan Jukovun Moskvaya gəlməsi haqqında qərar qəbul edilməsinə və onun Müdafiə Naziri təyin edilməsinə nail oldu. N.S.Xruşşov rəhbərliyin üzvlərini ilk növbədə başlıca rəqibi Beriya əleyhinə hərəkət üçün birləşdirmək təşəbbüsünü öz üzərinə götürdi. Xruşşov Beriyanın heç kimə aman verməyəcəyini hiylə, dilətutma, qorxuzma ilə hamıya başa salaraq, istədiyinə nail oldu. 1953-cü il iyulun ortasında Malenkovun Kremldə keçirdiyi iclasların birində Xruşşov Beriyanın haqqında ittihamlarla çıxış edərək onu karyerizm, millətçilikdə, ingilis və müsavat kəşfiyyatı ilə əlaqədə günahlandırdı. İşin hərbi tərəfini isə Jukov həyata keçirdi. Berya həmin iclasda həbs olundu. Həmin plenumda partiyada birinci katib vəzifəsi həll olunmadı, lakin Xruşşov partiya MK katiblərindən MK-nın Rəyasət Heyətinə daxil olan yeganə şəxs kimi əslində partiya aparatı kadrlarını nəzarət altına aldı. Sov. İKP MK-nın 1953-cü ilin sentyabr plenumunda Xruşşov Sov İKP Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin plenumda Xruşşov ölkədə ən ağrılı sahə olan kənd təsərrüfatı məsələsini dərhal ortaya atdı. Xruşşov kolxozların taxıl tədarükü planlarını xeyli azaltdı. Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri artırıldı. Kolxozçulara evlər tikməyə və şəxsi yardımçı təsərrüfatlardan geniş istifadə etməyə imkan verildi. SSRİ-də demokratiya bir qədər genişləndi. 1954-1955-ci illərdə 1937-1940-cı və 1945-1952-ci illərdə «xalq düşməni» kimi kütləvi təqiblərə məruz qalanların 90%-i bəraət qazanmış oldu. Bu, SSRİ-də Xruşşovun nüfuzunun artmasına səbəb oldu. Kremlin qapısı sərbəst gediş-gəliş üçün açıldı. Bununla belə, 1953-cü ilin axırında hələ mövcud olan DİƏDBİ-nin (Dövlət islah əmək düşərgələrinin baş idarəsi) ixtiyarında olan Vorkuta şaxtalarında məhbusların tətilləri amansızlıqla yatırıldı. «Leninqrad işinə» yenidən baxılmağa başladı. 1955-ci ilin əvvəlində Malenkov «Leninqrad işində» günahlandırılaraq Nazirlər Sovetinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Onu Stalinin ən yaxın əhatəsində olan, N.A.Bulqanin əvəz etdi. Stalinçiliyin ləğvi prosesində ilk mühüm addımlardan biri də N.S.Xruşşovun təşəbbüsü və şəxsi nəzarəti ilə 1955- ci ildə DİƏDBİ-nin (Dövlət islah Əmək düşərgələrinin baş idarəsi) ləğv edilməsi idi. Günahsız cəza almış milyonlarla adam evə qayıtmaq imkanı əldə etdi. 1957-ci ilin iyununda keçirilmiş Sov.İKP MK-nın iyun Plenumunda «Antipartiya qrupu» haqqında məsələ müzakirə edilərək Molotov, Kaqanoviç və Bulqamin MK ü-zvülüyündən xaric edildilər. Artıq partiya daxilində Xruşşovla müxalifətdə ola biləcək bircə K.Q.Jukov qalırdı. Bütün əvvəlki rəqiblərini Jukovun əli ilə məğlub edən Xruşşov artıq belə bir müttəfiqə ehtiyac hiss etmirdi. 1957-ci ilin oktyabrında MK-nın plenumunda Jukovun məsələsi müzakirə edildi. O, avantürizmdə günahlandırıldı. Jukov SSRİ Müdafiə Naziri vəzifəsindən və Mərkəzi Komitə üzvlüyündən azad edildi. 1956-cı ilin fevralın sonunda olmuş Sov. İKP-nin XX qurultayında Mərkəzi Komitənin hesabat məruzəsi ilə N.S.Xruşşov çıxış etdi. Məruzədə Stalin dövrünün ehkamları ilə ziddiyyət təşkil edən müddəalar az deyildi. Bu xüsusilə beynəlxalq şəraitin qiymətləndirilməsinə aid idi. Hesabatın daxili siyasət hissəsində dövlət qarşısında sənaye istehsalının artırılması, kənd təsərrüfatının yüksəldilməsi, sənayedə yeddi saatlıq iş gününün tətbiq olunması, pensiya islahatı keçirilməsi, mənzil tikintisinin sürətinin artırılması və s. vəzifələr irəli sürülürdü. Qurultayın qapalı iclasında Xruşşov dedi ki, qurultayın işə başlaması ilə Mərkəzi Komitənin köhnə tərkibi yeni tərkib seçilənə qədər səlahiyyətlərini itirir. Xruşşovun rəqibləri bu tələbi qəbul etməyə məcbur oldular. Xruşşovun qapalı iclasda Stalinin şəxsiyyətinə pərəstişin tənqidinə həsr edilmiş məruzəsini gizli saxlamaq qərara alındı. Lakin xarici mətbuat onu tamamilə dərc etdi. Xruşşov Stalini «xalq düşməni» kimi tanıtmağı bacarmadı. Çünki xalq kütlələrində hələ də Stalinə inam güclü idi.
Ölkənin iqtisadi həyatında dəyişiklik baş verirdi. Ölkədə sənaye məhsulu istehsalı 83% artdı. 1955-ci ildə beşinci beşillik plana yekun vuruldu. Taxıl təsərrüfatını gecikmədən qaydaya salmaq yolunu xam və dincə qoyulmuş torpaqları mənimsəməkdə tapdılar. 1955-1956-cı illərdə Sibir, Altay və Şimali Qazaxıstanda 40 milyon hektara qədər xam torpaqlar istifadəyə verildi. Ət, süd istehsalı artdı. müvəffəqiyyətlər ancaq ilk illərdə oldu. 1955-1956-cı illərdə ölkədə sosial sahədə də bir sıra tədbirlər görülüdü. 1951-1955-ci illərdə 150 milyon m2 mənzil sahəsi istifadəyə verildi. Xalq təsərrüfatında 8 milyon ali təhsilli mütəxəssis çalışırdı. SSRİ də tələbələrin sayı (2mln) Avropanın kapitalist ölkələrindəki tələbələrin sayından çox idi. Pensiya alanların sayı iki dəfə artırıldı. Pensiya verilməsi kəndli qocalara da şamil edildi. Bayram qabağı və şənbə günlərində iş saatı 2 saat azaldıldı. Bir çox müəssisələrdə yeddi saatlıq iş gününə və beş günlük iş həftəsinə keçirildi. Ali məktəblərdə, orta ixtisas və orta məktəblərin yuxarı siniflərində təhsil haqqı ləğv edildi. 1958-ci ilin may ayının 28-də «Məktəbin həyatla əlaqəsini möhkəmləndirmək və SSRİ-də Xalq təhsilini daha da inkişaf etdirmək haqqında» SSRİ Ali Soveti xüsusi qanun qəbul etdi. Həmin qanuna görə səkkizillik təhsil icbari oldu. Həmçinin məktəblərdə şagird istehsalat briqadaları təşkil edildi. VIII sinifdən başlayaraq şagirdlər istehsalatda çalışmağa başlayırdılar. Müharibə dövründə qaraçayların, çeçen-inquşların, kabarda-balkanların ləğv edilmiş muxtariyyati bərpa edildi. Lakin Krım tatarları, Volqaboyu almanları və Məhsəti türklərinin muxtariyyətı bərpa olunmadı. 50-ci illərin ortalarında müttəfiq respublikaların da hüquqları xeyli genişləndi. 1957-ci ildə N.Xruşşov Nazirlər Sovetinin sədri vəzifəsini də öz əlinə aldı. 1957-ci ildə Mərkəzi Komitənin sentyabr plenumunda sənayeni idarəetmənin sahə prinsipindən ərazi prinsipinə keçildi Həmin prinsip əsasında nazirliklər ləğv edildi. Əvəzində Xalq Təsərrüfatı Şuraları (XKŞ) yaradıldı. 1958-ci ildə Mərkəzi Komitə MTS-lərin yenidən qurulması haqqında və onların əmlakının kolxozlara verilməsi haqqında xüsusi qərar qəbul etdi. 1959-cu ildə partiyanın XXI qurultayında yeddillik plan qəbul edildi. Bu plan 1959-1965-ci illəri əhatə etməli idi. SSRİ ETİ dövrünə qədəm qoydu. Lakin bu inqilab ilk növbədə hərbi-sənaye kompleksi daxilində inkişaf edirdi. 1957-ci ilin oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılması bütün dünyada böyük əks-sədaya səbəb oldu. Kosmosun tədqiqi sürətlə artırdı. Maşınqayırma, kimya, energetika, tikinti materialları və başqa sahələrin inkişafı sürətləndirildi. 1959-cu ilin payızında ABŞ-a getmiş, N.S.Xruşşov qarğıdalı tarlalarında oldu. Xruşşov vətənə qayıdan kimi qarğıdalı becərilməsi haqqında göstəriş verdi. Bu nəinki kəndli təsərrüfatlarının qədim təcrübəsini və ənənəsini, həm də sağlam düşüncəni ələ salmaq idi. Digər tərəfdən isə qarğıdalı becərilməsində ABŞ texnologiyasının tətbiqi taxılın və malqara üçün yemin artırılmasına şərait yaradır, həqiqətən, kənd təsərrüfatı problemlərinin öhdəsindən gəlməyə kömək edirdi. 1961-ci ildə İlk dəfə olaraq şəhər əhalisi kənd əhalisini ötüb keçdi. SSRİ qüdrətli sənaye dövlətinə çevrildi. 1961-ci ildə ölkədə pul islahatı keçirildi. Rublun dəyəri on qat artılırdı. 1959-1962-ci illərdə həmçinin SSRİ-də pasport rejimində də ciddi dəyişiklik oldu. Bütün kəndlilərə pasport verilməyə başladı.
1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarinin kosmosa uçması sovet elm və texnikasının böyük qələbəsi idi. İlk «lenin» atom buzqıran gəmisinin istismara verilməsi, Nüvə Tədqiqatları İnstitutnun açılması bütün sovet adamları və dünya xalqları üçün mühüm yenilik idi. 50-ci illərin sonunda elmi mərkəzlərin coğrafiyası genişlənməyə başladı. SSRİ EA-nın Sibir filialı açıldı. MK-nın 1962-ci ilin noyabr pleniumunda kənd partiya təşkilatının şəhər partiya təşkilatından ayrılması haqqında qərar qəbul edildi. 1961-ci ildə partiyanın XXII qurultayında Xruşşov SSRİ-də kommunizm qurmağın 20 ildə mümkün olacağı barədə ideya irəli sürdü. Kommunizm qurmaq haqqında proqram qəbul edildi ki, bu partiyanın üçüncü proqramı idi. Lakin, bu proqramın yerinə yetirilməsi reallıqdan çox uzaq idi.
Mərkəzin təşəbbüsü ilə bu illərdə respublikalar arasında torpaqlar çox intensiv sürətdə bölüşdürülürdü.
RSFSR Krımın ərazisini Ukraynaya verdi. Bütün bu hərəkətlər verilən ərazilərin əhalisi ilə məsləhətləşdirilmədən, həmin hərəkətlərin müsbət və mənfi cəhətləri açıq şəkildə müzakirə olunmadan edilirdi. Bədii ədəbiyyatda da canlanma şübhəsiz idi. Televiziya adamların məişətinə daxil olurdu.50-ci illərin sonu 60-cı illərin əvvəllərində Mədəni siyasətin ziddiyyətliliyi onda idi ki, bəzi əsərlər Xruşşov tərəfindən pis qarşılanırdı.
Xruşşov özünün hakimiyyətə gəlməsinin 10 illiyini təntənə ilə qeyd etməyə hazırlaşarkən birdən-birə ölkədə aclıq baş verdi. Çünki həmin il həm xam torpaqlarda, həm də ölkənin digər regionlarında quraqlıq olduğuna görə lazım olan məhsul alınmadı, strateji ehtiyatlara əl atılmalı oldu. SSRİ öz tarixində birinci dəfə olaraq xarici ölkələrə taxıl üçün ağız idi. Tezliklə vəziyyəti düzəltmək mümkün oldu. 1964-cü ilin oktyabrında Xruşşov Krımda istirahət edərkən artıq Moskvada onun vəzifədən kənarlaşdırılması barədə hazırlıq işləri görülürdü. O Moskvaya çağrılarkən elə təyyarə meydanında həbs edilib, Kremlə gətirildi. 1964-cü ilin oktyabrında çağrılan Mərkəzi Komitənin plenumunda N.S.Xruşşov Sov. İKP Mərkəzi Komitəsinin birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi.
N.S.Xruşşovun Sov.İKP MK-nın Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti. 1953-cü ildə Xruşovun hakimiyyətə gəlməsi ilə xarici siyasətdə mühüm dəyişikliklər baş verdi. Xruşovun «Mülayimləşmə» dokrinası tətbiq olundu. Bu dövrdə Koreyada sülhə nail olundu, Yuqoslaviya ilə münasibətlər nizama salındı. 1954-cü ildə atom SSRİ-nin silah cəbhəxanasına daxil edildi. 1954-cü ildə SSRİ-nin yaxından iştirakı ilə Fransa Vyetnamın müstəqilliyini tanıdı. 1955-ci ildə olmuş Cenevrə konfransında SSRİ Eyzenhauerin «aşıq səma» dokrinasını qəbul etmədi. 1954-cü ildə SSRİ Port-Artur hərbi bazasını yenidən Çinə, hərbi-strateji məqsədlər üçün götürdüyü Xanko yarımadasını Finlandiyaya qaytardı.
Sosialist dövlətləri arasında münasibətlərin möhkəmlənməsində 1955-ci ilin mayında yaradılmış Varşava müqaviləsi təşkilatı mühüm mərhələ oldu. Buraya Yuqoslaviyadan başqa, Aropanın bütün sosialist ölkələri daxil oldular. Sovet xarici siyasətinin mühüm istiqamətlərindən biri də Hindistanla dostluq münasibətlərinin yaradılması oldu. «Mülayimləşmə» SSRİ-nin Qərb ölkələri ilə münasibətlərinə də təsir göstərdi. 1954-cü ildə ABŞ, Böyük Britaniya, Fransa və SSRİ xarici işlər nazirlərinin müşavirəsi oldu. Müşavirədə Hindistan, Koreya, Almaniya problemini və Avropada kollektiv təhlükəsizlik məsələsini müzakirə etdilər. Qərb dövlətləri NATO-nun müdafiə xarakterini təbliğ etdikdə SSRİ bildirdi ki, əgər ABŞ-ın iştirakı ilə Avropada kollektiv təhlükəsizlik haqqında müqavilə bağlansa, o, NATO–ya girməyə razılıq verir. SSRİ-nin təklifi rədd edildi. Dünyanın müharibədən sonrakı quruluşunun ən kəskin problemi Almaniya məsələsi idi. 1955- ci ilə kimi SSRİ-nin alman dövlətlərindən ancaq biri ADR-lə diplomatik münasibətləri var idi. 1955- ci ildə Sovet höküməti SSRİ-də olan alman hərbi-əsərlərinin vətənə qaytarılması haqqında qərar qəbul etdi. 1955-ci ilin sentyabrında AFR kansleri Adenauer SSRİ-yə gəldi. SSRİ ilə AFR arasında diplomatik münasibətlər yarandı. 1957- ci ildə alman hərbi əsirlərinin vətənə qaytarılması haqqında razılıq alındı.
Avstriya ilə Dövlət müqaviləsinin bağlanması beynəlxalq sahədə böyük nailiyyət idi. SSRİ böyük dövlətlərlə birgə 1955-ci ilin mayında müstəqil, demokratik Astriyanın bərpası haqqında müqaviləni imzaladı. 1953-cü ildə ADR və Polşada, 1956-cı ildə isə Macarıstanda antisovet çıxışları gücləndi. SSRİ Macarıstandakı hadisələri zor gücünə yatırtdı. 1956-cı ilin fevralında olmuş partiyanın XX qurultayında SSRİ müasir dövrdə müharibənin qarşısını almaq, dinc yanaşı yaşamaq və müxtəlif ölkələrin sosializmə keçmək formalarının müxtəlifliyi məsələsini yeni tərzdə beynəlxalq aləmə çatdırdı.
1956-cı ilin oktyabrın 19-da SSRİ ilə Yaponiya arasında diplomatik münasibətlər yarandı. Birgə bəyannamənin imzalanması ərəfəsindəki danışılarda Yaponiya ilk dəfə olaraq SSRİ qarşısında «Şimal ərazilərinin» - İturur, Kunaşir, Şikotan adaları və Cənubi Kiril adaları qrupunda Xabomai ada silsiləsiin qaytarılması məsələsini irəli sürdü. Razılığa gəlindi ki, sülh müqaviləsi bağlanarkən Şikotan və Xabomai ada silsiləsi Yaponiyaya verilsin, digər adaların taleyinə isə sonra baxılsın. Lakin ABŞ-la Yaponiya arasında ABŞ-a Yaponiya ərazisində hərbi qüvvələrini və hərbi bazalarını saxlamaq hüquqi verən 1960-cı il müqaviləsindən sonra SSRİ Yaponiyaya heç bir ərazi verməyəcəyini bildirdi. 1957-ci ildə Yuqoslaviya ilə münasibətlər yenidən pisləşdi. Sovet ideologiyası sosializmin Yuqoslaviya modelini kobud sürətdə tənqid etdi. Yuqoslaviya tərfəindən bu kəskin etiraza səbəb oldu. 1957, 1960-cı illərdə keçirilən Kommunist və fəhlə partiyalarının Moskva müşavirəsində SSRİ sosializmə keçmənin ümumi qanunauyğunluqları məsələsini ön plana çəkdi. 1959-cu ilin payızında N.S.Xruşşov ABŞ-a səfər etdi. ABŞ prezidenti ilə danışıqlarda tərk-silah problemləri açıq müzakirə edildi. Diplomatik yolla razılaşdırıldı ki, SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökümət başçıları 1960-cı ilin mayında görüşsünlər. Lakin SSRİ səmasında ABŞ təyyarəsinin görüşdən bir neçə gün əvvəl vurulması SSRİ-nin orada iştirakdan imtina etməsinə səbəb oldu. 1960-cı ilin payızında Xruşşov BMT-nin tribunasında hələ də qalan müstəmləkə rejimlərinin ləğvi barədə məsələ qaldırmaqla bütün üçüncü dünya ölkələrində SSRİ-nin nüfuzunu xeyli yüksəltdi. 1961-ci ilin avqustunda Xruşşovun «qorxulu iş», dünya siyasətçilərinin «ikinci Çin səddi» adlandırdıqları Berlin divarı çəkildi. 1961-1962-ci illərdə SSRİ –ABŞ qarşıdurması zamanı əsas arena Kuba oldu. 1961-ci ili aprel ayında Amerika gəmilərində Kuba ərazisinə kubalı mühacirlərin hərbi desantı çıxarıldı. Belə şəraitdə SSRİ çox təhlükəli addım ataraq 1962-ci ilin iyun ayında Kubada Sovet atom silahını yerləşdirməsi haqqında Kuba ilə gizli müqavilə imzaladı. Kubada ABŞ-ın böyük şəhərlərinə qarşı yönəldilmiş 62 ədəd orta mənzilli raket yerləşdirildi. Buna cavab olaraq Kennedi hökuməti 1962-ci ilin oktaybrın 22-də Kubanı hərbi-dəniz blokadasına aldı. Hər iki tərəfin qarşılıqlı güzəştə getməsi nəticəsində Karib böhranı dinc yolla aradan qaldırıldı və dünya nüvə müharibəsi təhlükəsindən qurtardı. 1962-ci ildə Karib böhranı zamanı SSRİ özünün sualtı gəmi raketlərini geri çəkməklə, ABŞ isə Kubaya müdaxiləyə cəhd etməyəcəyi və rejimi devirmək üçün səylər göstərməyəcəyi barədə öhdəlik götürməklə yeni dünya müharibəsinin baş verməsinin qarşısını aldılar. 1963-cü ilin avqustun 5-də ABŞ, SSRİ və İngiltərə arasında nüvə silahının atmosferdə, kosmik fəzada və sualtında sınaqlarının qadağan edilməsi haqqında saziş bağlandı. Xruşşovun dövründə SSRİ ilə Çin arasında münasibətlərin kəskinləşməsinin əsas səbəbi Çinin SSRİdən Sov. İKP-nin XX qurultayının «Şəxsiyyətə pərəstiş» haqqında qərarından, Sov. İKP proqramından əl çəkməsini, həmçinin vaxtilə bağlanmış Nerçinski (1689-cu il) və Pekin (1860-cı il) müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etməsi və ərazi iddiaları idi. Lakin Xruşşovun dövründə bu məsələlər öz həllini tapmadı. SSRİ Çinin təklifini rədd etdi.


Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə