1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


ABŞ C.Buşun (kiçik) və B. Obamanın prezidentliyi dövründə: Daxili və xarici siyasət



Yüklə 199,24 Kb.
səhifə53/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   50   51   52   53   54   55   56   57   58
Müasir cavablar [1 - 60].

55.ABŞ C.Buşun (kiçik) və B. Obamanın prezidentliyi dövründə: Daxili və xarici siyasət.
ABŞ konstitusiyasına əsasən Bill Klinton 2000-ci il prezident seçkilərində iştirak etmədi. Demokratlar partiyasından olan Albert Qor respublikaçı Corc Buşdan 542 min çox səs toplasa da, lakin seçki kollegiyası respublikaçıların xeyrinə məsələni həll etdi. Həmçinin respublikaçılar demokratlar üçün əhəmiyyət kəsb edəcək bülletenlərin yenidən hesablanmasına imkan vermədi və Florida məhkəməsi Buşu qalib hesab etdi. Nəticədə ABŞ Ali məhkəməsi ölkənin 43-cü prezidentinin Corc Buş (kiçik) olması haqqında qərar qəbul etdi.
Corc Buş hakimiyyətə gəldikdən sonra respublikaçıların siyasətini davam edirməyə başladı. 2001-ci ildə konqresin qəbul etdiyi yeni vergi islahatı haqqında qanunda vergilərin 10 il ərzində 1,35 trilyon dollar ixtisar edilməsi nəzərdə tutulurdu. Kiçik Corc Buşun dövründə əmək məhsuldarlığı artdı. Amerika xalqının həyat səviyyəsi yüksəlməkdə davam etdi. O, 2004-cü ildə yenidən prezident kürsüsünü tutdu.
C.Buş xarici siyasətdə yenidən Yaxın və Orta Şərq ölkələrinə müdaxiləni əsas götürdü. 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktından sonra elə həmin ilin sonunda ABŞ Əfqanıstana müdaxilə etdi. Əfqanıstanda taliban rejimini devirdi. 2003-cü ilin martın 21-də İraqın bakteroloji silahlara sahib olduğunu bəhanə edərək İraqa hücum təşkil etdi. Səddam Hüseyn rejimi devrilsə də, İraqda sabitlik yaranmadı. ABŞ-ın 2002-ci ilin may ayında Rusiya Federasiyası ilə strateji silahların məhdudlaşdırılması haqqında bağladığı müqaviləyə əsasən tərəflərdən hər biri ancaq 1700-2000 həcmində nüvə başlığı saxlaya bilərdi. Buş hökumətinin xarici siyasətinin sərtləşdiyini göstərən əlamətlərdən biri 2002-ci ilin iyun ayında onun raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilədən imtina etdiyini bildirməsi idi. 2006-cı ilin noyabrın 7-də keçirilən parlament seçkilərində demokratlar partiyası qələbə çaldı. Bu qələbə Buşun siyasətindən narazılıq ilə əlaqədar idi.
2008-ci ilin noyabrın 4-də keçirilən prezident seçkilərində demokratlar partiyasının namizədi Barak Obama qalib gəldi və ABŞ-ın 44-cü prezidenti seçildi.
2008-ci ilin ikinci yarısında ABŞ-ı yeni maliyyə böhranı bürüdü. Buna səbəb bankların çoxlu kreditlər verməsi və onların bunun hesabına iflasa uğraması idi. Böhran tezliklə digər ölkələrə öz təsirini göstərdi, dünya maliyyə və iqtisadi böhranına çevrildi. Dünya bazarında neftin qiyməti surətlə aşağı düşdü. Dünya ərzaq məhsullarının surətli bahalaşması ilə qarşılaşdı. Büdcə kəsrinin qarşısını almaq üçün Obama , yüksək gəlirdən alınan vergiləri artırmaq, İraqdakı hərbi xərcləri azaltmaq, yeni iş yerləri açmaq haqqında təklif irəli sürdü. Prezident Barak Obamanın 2009-cu ilin fevralın 11-də «İqtisadiyyata yardım planı» qəbul edildi. Planda iqitsadiyyatı böhrandan çıxarmaq üçün 238 milyard dollar pul ayırmaq nəzərdə tutulurdu. Həmçinin planda 4 milyon yeni iş yerinin açılması məsələsi də öz əksini tapmışdı.
B.Obama hökuməti 2009-cu ilin dekabrında 2010-cu ilin yanvarında Əfqanıstana taliban rejimi ilə mübarizə üçün daha 30 min qoşun göndərmək haqqında qərar qəbul etdi. B.Obama hökuməti İraqdakı ABŞ qoşunlarının sayının azaldılması və onların tədricən çıxarılması barədə qərar qəbul etdi.
Güclü potensiala malik olması XXI əsrin əvvəllərində də ABŞ iqtisadiyyatının səciyyəvi cəhəti idi.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə