1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


SSRİ Y.V. Andropov və K.U. Çernenkonun Sov.İKP MK-nın baş katibi olduğu dövrdə: daxili və xarici siyasət



Yüklə 199,24 Kb.
səhifə57/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   50   51   52   53   54   55   56   57   58
Müasir cavablar [1 - 60].

59. SSRİ Y.V. Andropov və K.U. Çernenkonun Sov.İKP MK-nın baş katibi olduğu dövrdə: daxili və xarici siyasət
1982-ci ilin noyabrında Brejnev öldükdən sonra Baş katib vəzifəsinə onun yaxın silahdaşlarından biri, onun dövründə, Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan, Andropov Yuri Vladimiroviç gəldi. 1982-ci ilin noyabrında keçirilən Sov.İKP MK-nın Plenumunda yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışıldı. Həmin plenumda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçildi. O həm də SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə təyin edildi. Andropov ölkədə həllini gözləyən çoxlu problemlər olduğunu etiraf etdi Həmin plenumda Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Andropovun dövründə o vaxta qədər möhkəm gizlədilmiş bəzi faktların üzərindən pərdə bir qədər götürüldü. Y.V.Andropov yüksək hakimiyyət eşelonunda müntəzəm surətdə qayda yaratmağa çalışan bir siyasətçi kimi ictimai rəy formalaşdırdı. Daxili işlər naziri Şelekov, Sov. İKP MK katibi Medunov vəzifəsindən götürüldü. Daha iyrənc korrupsiya faktlarının təhqiqi üçün SSRİ Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli işçilərindən istintaq qrupları yaradıldı. Andropov belə hesab edirdi ki, istehsalatda qayda-qanun, intizam yaratmağa qətiyyətlə girişmək lazımdır. O, deyirdi ki, ancaq yaxşı işləyənlər yaxşı yaşamalıdırlar. Andropov həmçinin göstərirdi ki, intizam olmadan uğur qazanmaq da olmaz. Y.V.Andropovun başladığı siyasət ziddiyyətli olsa da, o, ətrafındakılardan daha yüksək mədəni səviyyəsi, şəxsi təvazökarlığı ilə frəqlənirdi. Xarici siyasətdə inzibatiamirlik metodları yenə də hökm sürməkdə idi. Andropovun hakimiyyəti uzun sürmədi. Xəstə olduğuna görə 1984-cü ilin fevralında o vəfat etdi.
Onu Brejnevin dostu, qoca və xəstə Konstantin Ustinoviç Çernenko əvəz etdi, Çernenko özü müəllim olduğuna görə onun dövründə yeganə görülən müsbət iş müəllimlərin maaşının artırılması oldu. 1984-cü ilin fevralından 1985-ci ilin martına qədər lap qısa dövr durğunluq zamanlarının ən pis ənənələrinin bərpası ilə xarakterizə olunurdu. Mühafizəkar qüvvələr iqtisadi həyatın canlandırılması sahəsində nəzərdə tutulmuş tədbirləri pozurdular. 1984-cü ilin sonunda partiyanın elmi-texniki siyasət məsələlərinə dair çağırılmalı olan Plenumu təxirə salındı. Amma meliorasiya məsələlərinə həsr olunmuş Plenum keçirildi. Burada hədər yerə çox böyük miqdarda vəsaiti udan hidromeliorasiya işlərinin davam etdirilməsinə əslində xeyir-dua verildi. 1985-ci ilin martında K.U.Çernenko da vəfat etdi. Onu Mixail Serqeyeviç Qorbaçov əvəz etdi.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə