1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Afrika və Aralıq dənizində hərbi əməliyyatlar



Yüklə 199,24 Kb.
səhifə36/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   32   33   34   35   36   37   38   39   ...   58
Müasir cavablar [1 - 60].

Afrika və Aralıq dənizində hərbi əməliyyatlar
İtaliya müharibəyə qoşulduqdan sonra hərbi əməliyyatlar Şimali Afrika və Aralıq dənizi hövzəsini də əhatə etdi. Almaniya və İtaliya komandanlığı qərara aldı ki, İngiltərənin Aralıq dənizindəki bazalarını darmadağın edərək onu öz müstəmləkələrindən təcrid etsinlər. İtaliya Süveyş kanalına nəzarəti ələ keçirmək istəyirdi. Bu məqsədlə 1940-cı ilin ikinci yarısında İtaliya Britaniya Somalisini işğal etdi. İtaliya qoşunları Sudan, Keniyanı da işğal edib, Liviyadan Misirə qarşı hücuma başladılar. 1940-cı ilin dekabr ayında İngiltərə qoşunları da hücuma keçərək 1941-ci ilin yazında Eritoriya, İtaliya və Britaniya Somalisi, Sudan və Keniyanı İtaliya qoşunlarından azad etdilər. 1941-ci il aprelin 4-də ingilislər Həbəşistanın paytaxtı Əddis-Əbəbəyə daxil oldular. İtaliya Şimali Afrikadakı malikanələrindən məhrum oldu. Bunu görən Hitler hökuməti 1941-ci ilin əvvəllərində Liviyaya bir neçə diviziyadan ibarət qoşun göndərdi. Martın 31-də Misiri və Süveyş kanalını ələ keçirmək məqsədi ilə Almaniya və İtaliya qoşunları hücuma keçdilər. Tez bir zaman içərisində onlar Tobruq qalasını mühasirə etdilər. Lakin ingilislər 1941-ci ilin aprelində Es-Sallumda İtaliya-alman qoşunlarının qarşısını aldılar. SSRİ-yə qarşı hücuma hazırlaşdığı üçün Almaniyanın burada əlavə ehtiyat qüvvələri yox idi ki, Misirə hücuma keçsin. Ona görə də onlar "Şərq kompaniyası" qurtardıqdan sonra bu məsələ ilə məşğul olmağı qərara aldılar.
Cənub-Şərqi Avropada və Balkanlarda faşist təcavüzkarlığı
SSRİ-yə qarşı hücuma hazırlaşan Hitler Almaniyası Cənub-şərqi Avropanı istila edərək onun ərazi və ehtiyatlarından öz təcavüzkar məqsədləri üçün istifadə etmək istəyirdi. Bununla bərabər hitlerçilər Balkan ölkələrinə bir körpü kimi də baxırdılar. Bu körpü vasitəsilə onlar Orta Şərqin neft mənbələrini, İngiltərənin Asiyadakı müstəmləkələrini ələ keçirmək istəyirdilər. Hitlerçilər Yunanıstan hakim dairələrinə vəd etdilər ki, SSRİ-dən müəyyən əraziləri Yunanıstana verəcəklər. 1940-cı ilin avqustun 30-da Hitlerin təkidi ilə Rumıniya Şərqi Transilvaniyanı Macarıstana verdi. Bu hadisə ilə əlaqədar olaraq Hitler Macarıstanı özünə tabe etdi. Burada Xortinin faşist rejimi hökmranlıq edirdi. 1940-cı ilin sentyabrında Rumıniyada Antoneskunun faşist diktaturası quruldu. Oktyabrda hitlerçilər Rumıniyaya qoşun çıxardılar. 1940-cı il noyabrında Rumıniya və Slovakiya Üçlər ittifaqına qoşuldular. 1941-ci il martın 1-də Hitlerçilər Bolqarıstanı da Üçlər ittifaqına daxil olmağa məcbur etdilər. Bu ölkələrin hakim dairələri öz xalqlarının iradəsi əleyhinə olaraq təcavüzkar bloka daxil oldular və Almaniyanın əlaltısına çevrildilər. Svetkoviçin başçılıq etdiyi Yuqoslaviya hökuməti 1941-ci ilin mart ayının 25-də Üçlər ittifaqına daxil olmaq haqqında protokola imza atdı. Lakin bu hadisə ölkədə böyük həyəcana səbəb oldu. Xalq buna qarşı çıxdı. Yuqoslaviyada dövlət çevrilişi baş verdi. Simoviç hökumət təşkil etdi. 1941-ci il aprelin 5-də hökumət SSRİ ilə müqavilə bağladı. Ancaq aprelin 6-da hitlerçilər Yuqoslaviyaya hücum edib onu tutdu. "Müstəqil" Serbiya və Xorvatiya yaradıldı. İtaliya Çernoqoriyanı, Bolaqrıstan Makedoniyanı, Macarıstan Voyevodinanı aldı, Sloveniya isə Almaniya ilə İtaliya arasında bölündü. Yuqoslaviya ilə eyni vaxtda Hitler ordusu Yunanıstana da hücum etdi. Hələ 1940-cı ilin oktyabrından Yunanıstan İtaliyanın təcavüz obyektinə çevrilmişdi. Lakin 1941-ci ilin yazında yunanlar italyanları qovdular. Həmçinin alban partizanları ilə birlikdə Albaniyanın da bir hissəsini azad etdilər. Mussolini Hitlerdən kömək istədi. Hitlerçilər tərəfindən aprelin sonunda Yunanıstanın bütün ərazisi işğal olundu. Balkan yarımadasını işğal etməklə Almaniya Sovet İttifaqına qarşı mühüm strateji dayaq nöqtəsi əldə etmiş oldu. 1941-ci ilin mayın 20-də almanlar Kriti ələ keçirməklə İngiltərəni Egey dənizinə nəzarətdən məhrum etmiş oldular. Hitler Yaxın Şərqə də SSRİ-yə hücum üçün mühüm əhəmiyyət verirdi. Xüsusilə İraqın neftinə görə Almaniya 1941-ci ilin aprelin 1-də orada dövlət çevrilişi təşkil etdi. Onda ingilislər İraqa qoşun yeridib mühüm şəhərləri tutdular. Almanların İraqı tutmaq planı baş tutmadı.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə