1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Faşist dövlətlərinin Üçlər ittifaqı və İngiltərə və ABŞ-ın ona cavab tədbirləri



Yüklə 199,24 Kb.
səhifə35/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   31   32   33   34   35   36   37   38   ...   58
Müasir cavablar [1 - 60].

Faşist dövlətlərinin Üçlər ittifaqı və İngiltərə və ABŞ-ın ona cavab tədbirləri
Qərb müstəmləkəçi dövlətlərindən Fransa və Niderlandın məğlub edilməsi Yaponiya imperializminin əl-qolunu açaraq onun həmin ölkələrin müstəmləkələri olan Hind-Çini, İndoneziyanı işğal etməsini asanlaşdırdı. Yaponiya Çini də işğal etmək istəyirdi. Eyni zamanda Yaponiya militaristləri SSRİ-yə qarşı hücum planı da hazırlayırdı. O öz cəbhəsini möhkəmləndirmək üçün İtaliya və Almaniya ilə saziş bağlamağa səy göstərdi. Eyni zamanda faşist Almaniyası da təcavüzkar dövlətlərin hərbi-siyasi ittifaqını təşkil etmək fikrində idi. 1940-cı il sentyabrın 27-də Almaniya-İtaliya-Yaponiyadan ibarət Üçlər ittifaqı təşkil edildi. Stalin Balkanlarda və Qara dəniz boğazlarında nüfuz sahibi olmağa çalışdığına görə Hitlerin Üçlər paktına SSRİ-nin də qoşulması dəvətini qəbul etmədi. Bağlanan pakta əsasən bu üç dövlət hərbi cəhətdən bir-birlərinə yardım etməli idilər. Onlar öz aralarında təsir dairələrini böldülər. Almaniya və İtaliyanın Avropa və Afrikada ağalığını Yaponiya qəbul etdi. Almaniya və İtaliya hakim dairələri də öhdələrinə götürdülər ki, Yaponiyanın Asiyada əmələ gətirdiyi "yeni qaydalara" hörmət etsinlər. Bu üç dövlətin müqaviləsindəki müəyyən maddələrdə SSRİ ərazisini də öz aralarında bölüşdürmək nəzərdə tutulmuşdu.Yaponiyanın Hind-Çin və İndoneziya üzərində ağalığının həyata keçirilməsinə Almaniya kömək etməli idi, əvəzində isə Yaponiya mandat aldığı Marşal, Mariya və Karolin adalarından başqa Sakit okeandakı Almaniyanın digər keçmiş kaloniyalarını ona qaytarmalı, ona strateji material göndərməli idi.
Avropada müharibə başlanarkən ABŞ özünün bitərəfliyini elan etdi. Lakin Qərbi Avropada Hitler işğalları ABŞ-da narahatlığa səbəb oldu. 1940-cı ilin yayında hökumət hərbi quruculuq üçün 5 milyard dollar pul ayırdı. Çox gizli şəkildə atom bombasının yaradılması işi inkişaf etdirildi. Hələ 1939-cu ilin payızında "Bitərəflik haqqında" qanunda belə bir dəyişiklik edildi ki, müharibə edən ölkələr haqqını nəqd ödəmək və öz gəmilərində aparmaq şərti ilə ABŞ-dan silah və müharibə materialları almaq imkanı əldə edirlər. ABŞ müharibədə iştirak etməsə də, Böyük Britaniyaya hərbi-iqtisadi yardımı artırdı. 1940-cı ilin sentyabrın 2-də bağlanmış sazişə əsasən İngiltərə ABŞ-dan 50 esminec və digər silahlar almaq üçün Nyufaundlend, Bermud, Baham, Yamayka və başqa adalarındakı hərbi-hava və hərbi-dəniz bazalarını 99 il müddətinə ABŞ-a icarəyə verdi. İki ölkənin 1941-ci ilin əvvəlində işləyib hazırladığı plan müharibədə onların koalision strategiyasının əsasını qoydu. 1941-ci ilin martın 11-də prezident F.D.Ruzveltin təklifi ilə konqres Lend-liz haqqında, yəni düşmənə qarşı müdafiəsinin ABŞ üçün həyati əhəmiyyəti olan ölkələrə borc olaraq və ya icarə qaydası ilə silah və hərbi material verilməsi haqqında qanun qəbul etdi. Bu, ABŞ-ın öz təhlükəsizliyini müharibədə iştirak edən ölkələrin səyi ilə təmin etmək istədiyini aydın göstərirdi. Bunu əslində elan edilməmiş müharibə kimi də qiymətləndirmək olardı.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə