1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Müharibənin əsas yekunları



Yüklə 199,24 Kb.
səhifə44/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   40   41   42   43   44   45   46   47   ...   58
Müasir cavablar [1 - 60].

Müharibənin əsas yekunları. İkinci dünya müharibəsi hərbi əməliyyatların səciyyəsinə görə Birinci dünya müharibəsindən çox fərqlənirdi. İkinci dünya müharibəsi daha manevrli, dinamik, hərbi əməliyyatların coğrafi miqyasına görə daha geniş olmuşdu. İkinci dünya müharibəsi 6 il davam etmiş, bu müharibədə 61 dövlət iştirak etmişdir. Müharibədə 110 milyon nəfər səfərbərliyə alınmış, 60 milyondan çox adam həlak olmuş və yaralanmışdır. Bəşəriyyətə 1 trilyon 117 milyard dollara başa gəlmişdi.
İkinci dünya müharibəsində 61 dövlət iştirak edirdi: on lardan 50-si Antihitler koalisiyasının, II-i isə "ox" dövlətlərinin üzvü idi. Əsas cəbhə alman-sovet cəbhəsi idi. Müharibədə 60 milyon adam ölmüş, 20 milyona yaxın isə yaralanmışdı. SSRİ-dən 27 milyon ölən oldu. Almaniyadan 13,6 milyon ölən və itkin düşən olmuşdur.
Faşizm üzərində qələbədə SSRİ silahlı qüvvələri, həmçinin Stalinin böyük siyasi iradəyə və təşkilatçılıq bacarığına malik olması da müstəsna rol oynamışdır.SSRİ-nin geniş əraziyə malik olması, şaxtalı rus qışı, spirtli içki vermək nəticəsində rus xalqının döyüşkənliyinin artırılması, bütün xalqın Stalinə inamı, Qərb silahlarından istifadə, hitlerçilərin müdafiə taktikasından istifadə etməsi nəticəsində partizan müharibəsinin genişlənməsi, rusların "top əti" kimi özünü qurban verməsi də Sovet silahlı Qüvvələrinin alman faşizmi üzərində qələbəsinə təsir edən amillərdən idi.
Bəzi burjua tarixçiləri faşizmin məğlubiyyətinin səbəblərini Hitlerin xəyalpərvər olması, almanların kifayət qədər vətənpərvər olmaması, SSRİ-nin döyüşə daha çox sayda canlı qüvvə çıxarması, yəni "ət hesabına qələbə çalması" və s. amillərlə izah etməyə cəhd göstərirlər.Ən başlıca səbəb isə alman faşistləri və yapon millitaristlərinin hücumuna məruz qalan ölkələrin xalqlarının Vətən və azadlıq uğrunda ədalətli müharibə aparması idi.
Faşizm üzərində qələbədə Azərbaycan xalqının da öz payı vardır. Cəbhəyə gedən 640 min nəfərdən təqribən 60%-i geri qayıtmamışdı. Sovet cəbhəsində istifadə edilən yanacağın 70%-ni Bakı ödəyirdi. Bakı 75 milyon ton neft verirdi. Azərbaycanda təşkil edilmiş 77, 223, 271, 402, 416-cı milli, diviziyalar bütün müharibə ərzində düşmənə qarşı fədakarlıqla vuruşmuşlar.Azərbaycanın mərd oğullarından 121 nəfəri cəbhədəki rəşadətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsi ilə təltif edildi.
İkinci dünya müharibəsinin mühüm siyasi yekunlarından biri bəşəriyyətin faşizm taunundan xilas edilməsi idi. Müharibə müstəmləkə sisteminə sarsıdıcı zərbə vurdu, dünyada yeni geosiyasi dəyişikliklərə səbəb oldu.SSRİ-nin nüfuzu artdı, o dünyanın iki qüdrətli dövlətindən birinə çevrildi.


Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə