161 Ədalət tahirzadə azərbaycan cümhuriYYƏTİ HÖkuməTİ heyəTİ-MÜRƏXXƏSƏSİ


Azərbaycan  MEA-nın  Xəbərləri,  ictimai elmlər seriyası,  2018,  №1



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix15.07.2018
ölçüsü2,62 Mb.
#55916
1   2   3   4   5   6   7

Azərbaycan  MEA-nın  Xəbərləri,  ictimai elmlər seriyası,  2018,  №1

169

məyə  bən,  Səlim  və  Əsəd  bəylər  v ə z ’i-imza 

ediyor.  İdarə  naminə  İsmayıl  Həqqi paşa  imza 

ediyor.  Bir kaç maddədən  ibarət olan müqavilə- 

namənin  məzmuna  budur  ki,  Azərbaycan  höku­

məti  kəndisinə  məxsus  olan yun,  pamuq,  petrol 

(neft),  ərzaq,  bıy an  kökü  və  sairə  kibi  mallar­

dan  iki  milyon  Osmanlı  lirəsi  miqdarında  sata- 

caq.  Satdıqca paralarını  alacaqdır.  Malın satıl­

dıqdan sonra  mühafizəsi,  nəqliyyəsi və sair  mə- 

sar ifi  alanın  öhdəsində  olacaq.  Malların  alım- 

satım fıyatı isə aydan-aya kəsiləcəkdir.  Bu fıyatı 

isə  iki  bu.  iki  də  o  tərəfdən  təyin  olunan  bir  ko­

misyon  kəsəcəkdir.  Müqavilə əgər bir tə rə f istə­

məzsə  hərnan fə s x 1  oluna  bilər.  Bir də  2  milyon 

lirə  dolunca,  bittəbi,  fə sx   olunur.  Əgər  hər  iki 

tərəf davamını  istərsə  üçüncü  bir  milyon  lirə 

içün  baqi qala bilər.

Bu  müqavilədən  maəda,  bir  də  ikinci  bir 

müqavilə  vardır  ki,  birinci  müqavilənin  he­

sabına  olaraq  Şiməndüfər  İdarəsi  Azərbaycan 

hökumətinə  500,000  lirə  avans  ver iy or.  Bu 

avans  iki  milyon  lirə  mal  satıldığı  əsnasında 

azar-azar doldurulacaq.  Böylə  ki,  verilən  malın 

bədəlindən bir rübü avansa hesab olunub,  digər 

üç  hissəsi  nəqdən  ödənəcəkdir.  Avans  içün 

Azərbaycan  hökuməti yüzdə  5 fa iz ödəyəcəkdir. 

Bu  xüsusda  hər  şey  bitmiş,  yalnız  qalmışdır  ki, 

Kabinə  də  görsün,  təsvib  eləsin.  Bu,  quru  bir 

rəsmiyyət  içündiir,  çünki  əsas  etibarilə  Babi-ali 

daha əvvəlcə  razı  olmuşdur.  Umud ediyoruz  ki, 

iki günə  qədər  müqavilə  imza  olunub  avansdan 

da bir qismini sizə göndəririz.

Bonalara  gəlincə:  buna  artıq  “b o n a ”  de- 

məyəlim,  hərnan  “banknot” deyəlim  ki,  türkcəsi 

“qaimə 'dir.  Qaimələrin  də  təb 'inə  təvəssül 

edilməkdədir.  Qaimələrin  rəsmləri  rəssama  ve­

rilmişdir.  Azərbaycanın  iki  cür parası  olacaq: 

azəri və  aqça  Azəri  bizim  vahidi-qiyasimiz ola­

caq  (монетная  единица).  1-3-5-10-25-50-100- 

500  azəriliklər yapılacaq.  Sonra  1-5-10-15-20- 

25-50  aqçalıqlar  kəsiləcək  ki,  bunlar  xırdalıq 

təşkil edəcəklər.  Sistem  metrik olacaq.

Bunlardan  başqa,  posta  və  gerbovı  marka 

çapı  içün  də  tədarük  görülmüşdür.  Bütün  bu 

xüsusat  da  Bakı  alınandan  sonra  ümuri-maliy- 

yəmizi  təsis  və  təşkil  etmək  içün  gələcək,

1 Ləğv.


Osmanlı  Bankası  müdirlərindən  və  Osmanlı 

maliyyə  mütəxəssislərindən namus  və etibarı  ilə 

məşhur  Hamid  bəylə  Maliyyə  heyəti  birlikdə 

göriiyor,  hər  zaman  onun  irşadatına  müraciət 

ediyoruz.

Qaimələrin  üzərində  hökumətimizin  əla- 

məti-fariqəsi  olaraq  bir  əlamət  olmalıdır.  Biz 

burada  Əhməd  bəydən2 öyrəndik  ki,  hökuməti­

mizin  rəsmi  bayrağındakı  yıldız  səkkiz  guşəli- 

dir  Onun  içün  də  düşünilyoruz  ki.  qaimələrin 

üstündə  dövlət  nişanı  olaraq  hilal  ilə  səkkiz 

guşəli yıldız qoy alı m.  Bu xüsusda yanlışlıq  var­

sa  və  yaxud  hilal  və  yıldızdan  başqa  bir  şey 

əlavə  etmək  lazımsa  çabucaq  xəbər  veriniz” 

[8,  v. 16a-16].

Rəsulzadə  rəisi-vükəla  Fətəli  xan  və  xari- 

ciyyə naziri  M.Hacınskiyə 2  təşrini-əvvəl  1334- 

cü  (oktyabr  1918~ci)  il  tarixli  son  məktubunda 

bildirir:  “Maliyyə  işlərimiz,  bu  işi  kəndisinə 



tapşırdığınız  komisyonca  tamamilə  bitirilmiş­

dir.  Əvvəldə yazdığım  iki  milyon  lir əlik xirid və 

füruş3 müamiləsi  ilə  bu  müamilə  hesabına  olan 

500  bin  lirəlik  avans  müqaviləsi  tamamilə  bit­

miş  və  imzalanmışdır.  Bu  500  bin  lirədən  225 

bin  lirəsi  hərnan  bu  vapurla  Sizə  göndəriliyor 

ki,  orada təslim  alacaqsınız.  25 bin lirəsi də bu­

rada  Əlimərdan  bəyin  nəzarəti  təhtində  bulun- 

duruluyor  ki,  “qaim ə”lərin  təb'inə  və  sair  mə- 

sar i f  ə s ə r f olunacaqdır.  Digər  250  bin  lirəsi bir 

həftə sonra çıkacaq  vapurla göndəriləcəkdir.

Qaimələrin,  yəni azəri  ilə aqçaların  təb 'irıə 

də  miibaşirət  olunmuş,  klişelər yapılmaya  baş­

lanmışdır.  Yigirmi gün  sonra  təb 7  başlanacaq­

dır.  Qaimələrdə  maliyyə  nazirindən  əlavə, 

Rəisi-viikəlanın  da  imzasını  bura  məhafıli-ma- 

liyyəsi4  (Cavid  bəy  də  daxil  olduğu  halda)  mü­

nasib ət siz görüyorlar.

İki  milyon  lirəyə  aid  olan  müqavilə  ilə 

avans  müqaviləsinin  birər  kopyasını  dəxi  gön- 

dəriyorum.  Əsəd bəylə  Səlim  bəy  bu  vapurla  ol­

masa da,  obirisi vapurla çıkacaqlardır”  [8,  v.4].

Bu  bəlgədən  aydın  olur  ki.  Maliyyə  heyəti 

onun  üzərinə  düşən  vəzifəni  yerinə  yetirib  və 

ondan  asılı  olan  hər  şeyi  edib,  indi  də  vətənə 

dönməyə hazırlaşır.

2 Bizcə, Əhməd bəy Ağayevi nəzərdə tutur.

3 Alış və satış.

4  Maliyyə qurumları.



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə