161 Ədalət tahirzadə azərbaycan cümhuriYYƏTİ HÖkuməTİ heyəTİ-MÜRƏXXƏSƏSİ


Известия  НАН Азербайджана.  Серия общественных наук,  2018,  №1



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix15.07.2018
ölçüsü2,62 Mb.
#55916
1   2   3   4   5   6   7

170

Известия  НАН Азербайджана.  Серия общественных наук,  2018,  №1

Azərbaycan  hökumətinin  20  avqust  1918- 

ci  il  qərarı  ilə  [6,  v .l]  Azərbaycan  Heyəti-mü- 

rəxxəsəsinin yeni sədri təyin edilmiş  Əlimərdan 

bəy  Topçubaşovun  5  mart  1919-cu ildə  Heyəti- 

Vükəla  rəisi  və  xariciyyə  naziri  Fətəli  xan 

Xoyskiyə  göndərdiyi  məktubdan  öyrənirik  ki, 

Səlim  bəy  Behbudov  İstanbuldan  19  dekabr

1918-  ci  ildə  yola  düşüb  və  Bakıya  7  yanvar

1919-  cu ildə çatıb [16,168].



MALİYYƏ HEYƏTİNİN MƏRUZƏSİ

S.Behbudov  Bakıya  gələr-gəlməz  Maliyyə 

heyəti  hökumətə  rəsmi  hesabat  təqdim  edib. 

Heyətin,  TC  Osmanlı  Arxivindən  götürülmüş 

və  surəti  AR  Prezidenti  İşlər  İdarəsinin  Siyasi 

Sənədlər  Arxivində  saxlanılan  9  yanvar  1919- 

cu  il  tarixli  həmin  məruzəsi  [9,  v .l2-16] 

S.b.Behbudov  və  Ə.b.Rüstəmbəyovun  gördüyü 

işləri dəqiqliklə əks  etdirir.  (Yeri gəlmişkən,  bu 

rusca  sənədin  nəşrində  [9,  135-137]  bəzi  yan­

lışlara  yol  verilib).  Biz  onu  arxivdəki  əslindən 

ana dilimizə çevirərək aşağıda veririk.

***

İstanbula gəldiyimizdə səfərimizin məqsədi 



ilə tanış  etdiyimiz və  bizi  ən  qızğın  şəkildə  qə­

bul edən, istəklərimizi yerinə yetirməyə tam ha­

zır olduqlarını bildirən Tələt və Ənvər paşaların 

şəxsində  Türkiyə  Hökuməti  ilə  təcili  təmas 

qurduq.  Maliyyə  naziri  Cavid  bəy  [Türkiyədə] 

olmadığından,  sonrakı  danışıqları  onu  əvəz 

edən  sədrəzəm  Tələt  paşa  ilə  aparmalı  olduq. 

Həmin  günlərdə  Cavid  bəy  Almaniyadan  borc 

almaq  üçün  Berlində  olduğuna  görə  Türkiyə 

Hökumətinin  başqalarına  pul  borc  verməsi  si­

yasi  baxımdan uyğun  deyildi  və  bu  üzdən  borc 

götürməyi  özəl  bir  müəssisə  vasitəsilə,  özü  də 

borc  deyil, ticarət müqaviləsi  şəklində təşkil  et­

məyi  məqsədəuyğun  saydıq.  Ən  uyğun  müəs­

sisə  isə  direktoru  hərbiyyə  nazirinin  müavini 

İsmayıl  Həqqi paşa olan  Hicaz Dəmiryolları  və 

Limanları  İdarəsi  idi.  Belə  bir  şəkil  alan  əmə­

liyyatımız  Hökumətə  Parlamentin  çox  önəmli 

olan təsdiqindən yan keçmək imkanı da verirdi. 

Sonrakı  danışıqlarımız  uğurla  və  sürətlə  keçdi. 

Əsas  razılıq  əldə  edildi  və  Nazirlər  Şurası  onu

təsdiqlədi.  Yalnız  maliyyə  naziri  Cavid  bəyin 

razılığı  qalırdı,  ona da teleqram  göndərildi.  A n­

caq  Cavid  bəy teleqrama  cavab  verməyi,  görü­

nür, öz missiyasını uğurla yerinə yetirənədək si­

yasi  baxımdan  münasib  görmədi  və  bizim  işi­

mizi  Almaniya  ilə  Türkiyə  arasında  maliyyə 

konvensiyası  imzalananadək  ləngitdi.  Nəhayət, 

ay  yarımdan  sonra  müsbət  cavab  alındı  və  biz 

Hicaz  Dəmiryolları  və  Limanları  İdarəsi  ilə 

təxminən bu məzmunlu iki müqavilə imzaladıq:

Birinci müqavilə

Biz,  aşağıda  imza  edənlər:  bir  tərəfdən 

Azərbaycan  Hökuməti  adından  hərəkət  edən 

Azərbaycan  Hökumətinin  mürəxxəsləri  Əsəd 

bəy Rüstəmbəyov,  Səlim bəy Behbudov və Mə- 

həmmədəmin  Rəsulzadə,  obiri  tərəfdən  isə  Hi­

caz  Dəmiryolları  və  Limanları  İdarəsi  adından 

hərəkət  edən  Osmanlı  İmperatorluğu  hərbiyyə 

nazirinin  müavini  İsmayıl  Həqqi  paşa  öz  ara­

mızda aşağıdakı müqaviləni bağladıq:

I)  Siyahısı  bu müqaviləyə  əlavə  edilmiş  iki 

milyon  (2.000.000)  türk  lirəsi  məbləğindəki 

müxtəlif malları Azərbaycan Hökuməti satır, Hi­

caz Dəmiryolları və Limanları İdarəsi isə alır.

II)  Mallar  Azərbaycanın  paytaxtında1  təh­

vil veriləcək.

III)  Malların qorunması  və daşınması  xərc­

lərini  Hicaz  Dəmiryolları  və  Limanları  İdarəsi 

öz üzərinə götürür.

IV) Malları hər tərəfdən  iki üzvün qatıldığı 

dörd  nəfərlik  qarışıq  komissiya  hər  ay  qiymət­

ləndirir.

V)  Qiymətləndirmədə  anlaşmazlıq  mey­

dana  çıxdıqda  komissiya  beşinci  üzvünü  seçir. 

Beşinci  üzvün seçimində  m üxtəlif rəylər yaran­

dıqda  komissiya  İstanbul  Məhkəmə  Odasımn 

sədrinə  müraciət  edir  və  o,  məsələni  qəti  şə­

kildə həll edir.

VI) Müqavilənin müddəti iki ildir.

VII)  İkiilik  müddət  bitənədək  iki  milyon 

lirəlik mal  satılar və  almarsa hər tərəfin  sonrakı 

əməliyyatlardan  imtina  etmək  hüququ  var  (an­

caq bu, məcburi deyil).

1 Bakı nəzərdə tutulurdu.



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2018,  №1

171

VIII)  İkiillik müddət bitənədək satılan mal­

lardan alman məbləğ iki milyon lirəyə çatmazsa 

hər tərəf sonrakı  əməliyyatları  davam etdirmək­

dən azaddır.

IX)  Bu müqavilənin əsli  iki nüsxədə olmalı 

və tərəflərin hər birində saxlanmalıdır.

İmzaladılar: 

İsmayıl Həqqi paşa,  Əsəd bəy 

Rüstəmbəyov,  Səlim  bəy  Behbudov  və  Məhəm- 

mədəmin Rəsulzadə.

Satılacaq  məhsulların  siyahısı:  neft,  bal, 

duz,  pambıq,  yun,  dəri,  barama,  buğda,  darı, 

arpa və b.



İkinci müqavilə (məxfi)

I.  Hicaz  Dəmiryolları  və  Limanları  İdarəsi 

bu  müqavilə  imzalanan  kimi  ləngitmədən 

Azərbaycan  Hökuməti  mürəxxəslərinə  avans 

olaraq  5  %-lə  dərhal  yarım  milyon türk  lirəsini 

təqdim etməyi öz öhdəsinə götürür.

II.  Alınası  malların  iyirmi  beş  faizi  (25  %) 

bu  borcun  ödənməsinə  gedəcək  və  faizlər  hər 

dəfə yerdə qalan məbləğdən götürüləcək.

Həmin şəxslər imzaladılar.

***


Bonları  buraxmağa  gəlincə,  biz  bütün  gör­

kəmli  türk  maliyyəçiləri  ilə,  başlıca  olaraq  Os­

manlı  Bankının  direktoru,  söz  düşmüşkən,  bi­

zimlə  can-başla  əməkdaşlıq  etmiş  və  çox  şeyə 

görə  borclu  olduğumuz  Hamid  bəylə  və  son- 

ralar  maliyyə  naziri  Cavid  bəylə  məsləhətləş­

dik.  Hamısı  bizə  bon  buraxmaqdan  əl  götür­

məyi  və  ondansa  əsl  kredit  biletləri  buraxmağı 

məsləhət  gördü,  çünki  gerçək  qarantisiz  hər 

hansı  bon dəyərsizləşməyə  məhkumdur.  Zaman 

və xərc  baxımından heç  nə  itirmədiyimizə  görə 

bu təklifi  həvəslə  qəbul  etdik  və  kredit  biletləri 

buraxmağı qərara aldıq.

Monometallik və  metrik  sistem  qəbul  edil­

di.  Pul  vahidi  yarım  qram  qızıldan  ibarət 

AZƏ Rİ sayılır.  Bir türk  lirəsi  =  15  azəri.  Azəri­

nin yüzdə bir hissəsi AQÇA  adlanır.

5,  10,  20,  25  aqça  nikeldən;  1/2,  1,  2,  5 

azəri  gümüşdən;  5,  10,  20,  50,  100  azəri  qızıl­

dan kəsiləcək.

Buraxılmış  kredit  biletlərinin  qarantisi  ön­

cə iki milyon lirəlik borcumuz,  sonralar isə nef­

tin satışından əldə ediləcək qızıl valyuta olacaq.

Rəsmləri  Leypsiq  modelləri  arasından  se­

çilib.


Dəniz  Nazirliyinin  mətbəəsi  kredit  biletlə­

rimizi  məccani  çap  etməyi  öz  üzərinə  götürür 

(biz yalnız zəruri xərcləri ödəyəcəyik).

İki  vaqon  kağız  İstanbuldadır,  səkkiz  va­

qon da Leypsiqdən yazıb gətirəcəyik.

Qəlpləşdirməyə 

imkan  verməyən  özəl 

kağızlar sifariş verilir.

Kağız  almaq  və  çap  xərclərini  ödəmək 

üçün avansdan 25  min lirəni İstanbula gələn na­

zir  Topçubaşovun  sərəncamına  verir,  225  min 

lirəni Azərbaycana göndəririk.

Bu  zaman  Bolqarıstan  separat  sülh  imzala­

yır,  Mərkəzi  Dövlətlərlə  əlaqə  kəsilir.  Tələt pa­

şa kabinəsi düşür və bizim bütün əməliyyatımız 

dayandırılır.



Maliyyə heyətinin üzvləri:

(S.b. Behbudov 

və 

Ə.b.Rüstəmbəyovun

imzaları).

Bakı, 9 yanvar  1919-cu il”  [9,  v.12-16].

Bu sənədlə bağlı iki önəmli qeydimiz var.

Birincisi,  təəssüf  ki,  burada  həm  birinci, 

həm  də  ikinci  müqavilənin  bağlanması  tarixi 

göstərilməyib.  Bu  müqavilələrin  ikisi  də  16 

eylül  1334-cü  ildə  (16.9.1918)  imzalanıb. 

V.İmanovun da gözündən yayınmadığı kimi,  bu 

tarix Bakımn alınmasının ertəsi gününə düşür.



İkincisi,  tarix  əsərlərində  müqavilələrin  yal­

nız ruscaya tərcüməsinə istinad olunur.  Məsələn, 

Cümhuriyyətin  xarici  siyasətinə  həsr  edilmiş 

kitabda müqavilələrin  türkcədən  çevrilmiş  rusca 

mətnləri  verilsə  də  türkcə  mətnlər  haqqında heç 

bir  qeyd  yoxdur  [16,  83-87].  Ümumən  Heyəti- 

mürəxxəsənin  fəaliyyətini  incəliklə  araşdırmış 

Vüqar  İmanov  da  Azərbaycan-Osmanlı  iqtisadi 

anlaşmasından  danışarkən  müqavilələrin  yalnız 

ruscasma  söykənib  [11,  126]  və  türkcə  əslin 

mövcudluğu haqqında susub.

Biz  bu  müqavilələrin  türkcə  əslini  əldə 

etmişik.  AR  Dövlət  Arxivində  970-ci  fondda 

saxlanılan  birinci  müqavilənin  mətni  iki  səhi­



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə