30
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
Əməyin təhlükəsizliyi və sağlamlıq
Əməyin təhlükəsizliyi üzrə göstəricilər
2010-cu ildə
biz qeydiyyata alınan xəsarətlərin tezliyi üzrə göstəricimizi xeyli
yaxşılaşdırdıq. İş gününün itirilməsi hadisələrinin tezliyi və yol-
nəqliyyat qəzalarının ümumi səviyyəsi aşağı olaraq qaldı.
2010-cu ildə Meksika körfəzində baş vermiş
faciəli qəza biznesimizdə idarə etməli
olduğumuz bütün mühüm riskləri bizə bir daha
xatırlatdı.
BP AGT-də quyular üzrə mütəxəssislər heyəti
hadisədən sonra dərhal tədbir görülməsi üçün
hazırlanmış İlkin təlimatın tələblərini yerinə
yetirir. Buraya dəniz dibində dağılmaya qarşı
armatur sisteminin yoxlanması, bu sistemlərin
təzələnməsi planı, quyuların sementlənməsinə
tam təminat verilməsi və həlledici qərarların
verilməsi üçün səlahiyyətlərin gücləndirilməsi
daxildir.
2011-ci ildə quyular üzrə mütəxəssis heyəti
BP-nin daxili hesabatında Meksika körfəzindəki
qəza ilə əlaqədar irəli sürülmüş 26 tövsiyənin
yerinə yetirilməsində tam iştirak edərək, bu
işləri qrupun qalan üzvləri ilə əlaqələndirəcək
a
.
Biz əməyin təhlükəsizliyini Azərbaycanda
həmişə diqqət mərkəzində saxlamışıq
və onun
yaxşılaşdırılması üçün daim yollar axtarırıq.
Şirkət yüksək texniki xarakteristikalara malik
avadanlıqlardan və texnologiyalardan istifadə
edir, biz yaxşı təlimləndirilmiş insanları işə
götürür, təhlükəsizlik və bütövlük üzrə sənayedə
ən dəqiq proses və sistemlərdən istifadə edirik.
Bundan başqa, biz Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (ARDNŞ) və müvafiq
nazirliklərlə sıx əlaqədə işləyir və onlara öz
fəaliyyətlərimiz barədə məlumat veririk.
2010-cu il Azərbaycanda BP üçün əməyin
təhlükəsizliyi üzrə göstəricilərə görə mühüm bir
il oldu. Bizim qeydiyyata alınan xəsarətlərin
tezliyi 0,17 oldu ki, bu da 2009-cu illə
müqayisədə 26% azdır. İş gününün itirilməsi
hadisələrinin tezliyi və yol-nəqliyyat qəzalarının
ümumi səviyyəsi az olaraq qaldı.
İl ərzində quyunun planlaşdırılmış
dayandırılması zamanı üfürmə xəttində təzyiqin
yüksək olması, nəqliyyat vasitəsinin aşması,
əşyanın düşməsi, su inyeksiyası manifoldunun
nasazlığı kimi dörd yüksək potensiallı insident
qeydə alındı. Bu qəzalarla bağlı müfəssəl
təhqiqat hesabatları tərtib olundu və
təcrübədən alınan dərslərin xülasələri müvafiq
işçi heyətlərinə çatdırıldı. Eyni zamanda, əməyin
təhlükəsizliyi haqqında məlumatları artırmaq və
gələcək əməliyyatlar üçün tövsiyə və
təlimatların təmin edilməsi məqsədi ilə enerji
sisteminin təcrid edilməsi üzrə dəniz
platformalarında yüksək/aşağı təzyiq
interfeyslərinə diqqət yönəldən təqdimat
keçirildi.
a
Bu 26 tövsiyə ilə bağlı daha ətraflı məlumatı www.bp.com veb
saytında yerləşdirilmiş BP Davamlı inkişafın xülasəsi, səhifə 7-də
əldə edə bilərsiniz.
BP-nin Azərbaycanda əməyin təhlükəsizliyi üzrə göstəriciləri, 2009-2010
b
Ölüm halları
Yüksək potensiallı insidentlərin tezliyi
c
İş gününün itirilməsi hadisələrinin tezliyi
d
Qeydiyyata alınan xəsarətlərin tezliyi
e
Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi
f
Əsas SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit)
təlimlərinin tamamlanması faizi
g
Qət edilmiş kilometrlər (milyon)
İşlənilmiş saatlar (milyon)
1
0.02
0
0.23
0.92
88%
21.84
17.94
0
0.045
0.01
0.17
0.88
82%
17.02
17.97
2009
2010
b
BP-də xəsarət və xəstəliyə verilmiş təriflər ABŞ Peşə Sağlamlığı və Əməyin təhlükəsizliyi İdarəsi tərəfindən müəyyənləşdirilmiş
təriflərdən və bu təriflərin müvafiq şərhlərindən götürülmüşdür. Burada yalnız layihələrə dair məlumatlar yoxdur.
c
Yüksək potensiallı insidentlərin tezlikləri hər 200 000 iş saatına düşən insidentlərin sayı ilə ifadə olunur.
d
İş gününün itirilməsi hadisəsi (İGİH) iş ilə bağlı xəsarət və ya xəstəlik nəticəsində ziyan çəkmiş şəxsin iş qabiliyyətini itirməsinə və belə
hadisənin baş verdiyi gündən sonrakı ən azı bir normal iş növbəsinə çıxa bilməməsinə səbəb olan hadisə deməkdir. İGİH tezliyi işlənmiş
200 000 saat ərzində əməkdaş və ya podratçının bir və ya bir neçə gün (növbə) ərzində iş qabiliyyətini itirməsi ilə nəticələnən xəsarət və ya
xəstəliklərin sayı ilə ifadə olunur.
e
Qeydiyyata alınan xəsarət (QX) ilk tibbi yardımdan əlavə müalicə tələb edən işlə bağlı məruzə edilmiş bütün xəsarət hallarının sayıdır. QX
tezliyi işlənmiş 200 000 saat ərzində məruzə edilmiş QX-lərin sayı ilə ifadə olunur.
f
Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi nəqliyyat vasitəsilə qət edilmiş hər milyon kilometr məsafəyə düşən məruzə edilmiş
yol-nəqliyyat qəzalarının sayıdır.
g
Əsas SƏTƏM təlimi kurslarında iştirak faizi təlimlərə olan əvvəlcədən təyin edilmiş tələbatla müqayisədə hesablanır.
BP AGT-nin əməyin təhlükəsizliyi üzrə göstəriciləri, 2009-2010
h
Təhlükəsizliklə bağlı müşahidələr və söhbətlər (TMS
i
) üzrə göstəricilər
Davranışın müşahidəsi üzrə təhlükəsizlik sistemi (DMTS
j
) üzrə göstəricilər
Təxminən 133%
Təxminən 171%
125%
145%
2009
2010
h
Ofis və istehsalat sahələrinin əməkdaşları üçün müəyyən edilmiş aylıq DMTS/TMS hədəfinin yerinə yetirilmə faizi.
i
TMS iş yerlərində sistemli şəkildə müşahidələrin aparılması üçün vasitədir. O, rəhbərliklə işçilər arasında müsbət qarşılıqlı əlaqə
yaranmasını təşviq edir. Bu vasitədən əməliyyatların təhlükəsizliyinin qorunub saxlanmasına cavabdeh olan bütün rəhbər şəxs və
işçilər istifadə edir.
j
DMTS işçiləri iş başında təhlükəsizliklə bağlı müşahidə və söhbətlərə sövq edən bir vasitədir.
Əməyin təhlükəsizliyinin auditinə
sistemli yanaşma
BP-nin əməyin təhlükəsizliyi və əməliyyat riski
(ƏTƏR) qrupu BP qrupu rəhbərliyini və şirkətin
idarə heyətinin audit komitəsini əməliyyatlar
üçün nəzərdə tutulmuş sistemli və
strukturlaşdırılmış audit proqramı ilə təmin
edir. Bu auditlər üç illik mərhələlərlə aparılır.
2010-cu ildə Azərbaycan-Gürcüstan-Türkiyə
(AGT) regionunun dəniz və quyu
obyektlərində, o cümlədən qurudakı müvafiq
yardımçı funksiyalarda ƏTƏR qrupu tərəfindən
hərtərəfli audit keçirildi. BP qrupundan 23
auditorun daxil olduğu çoxixtisaslı audit qrupu
bu auditi üç həftə müddətində yerinə yetirdi.
BP qrupu tərəfindən müəyyən edilmiş
praktikaya, mühəndis-texniki qaydalara və
əməliyyatların idarə edilməsi sisteminə
uyğunluğun auditi aparıldı
2010-cu il üçün ƏTƏR auditi bitirmə vaxtı
bir neçə aydan altı ilə qədər dəyişən bir sıra
tədbirlərin görülməsi ilə nəticələndi. ƏTƏR
auditinin tövsiyə etdiyi tədbirlərin bitməsi üçün
işlərin tamamlanmasını AGT və BP qrupunun
auditlə məşğul olan xüsusi yoxlama qrupları
təsdiq etməlidir. Bu proses ƏTƏR qrupunun
aşkar etdiyi məsələlərin keyfiyyətlə və
vaxtında həll olunmasını, biznes risklərinin
ciddi şəkildə azalması və əməliyyatların
təhlükəsiz və etibarlı şəkildə aparılmasını
təmin edir.