1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

35 


 

cür rəftarına qarşı etirazımı bildirdim. Puta stansiyasında o mənə  xəbərdarlıq edib bildirdi ki

əgər öz xoşumla qatardan düşməsəm, o, fiziki qüvvə  tətbiq edəcək. Mən qatardan düşməyə 

məcbur oldum və səfərimin baş tutmasına təəssüfləndim. Puta stansiyasında mənə mülki paltarda 

bir nəfər yaxınlaşıb, maşınla məni Bakıya apara biləcəyini bildirdi. Mən qayğısına görə ona 

təşəkkür edib maşına mindim. Bakıya çatanda o, maşını DTN-nin həyətinə sürdü. Məni 

həbsxanaya salıb, üst-başımı axtardılar, bütün sənədlərimi alıb, təkadamlıq kameraya itələdilər. 

Mən qanunsuz həbs olunmağıma etirazımı bildirdim, order tələb etdim, MK-ya, Nazirlər 

Sovetinə, prokurorluğa şikayət etməyə icazə istədim. Mənə gülüb, deyirdilər: “Yerində sakitcə 

otur”. Bütün günü gecə saat 3-dək kamerada oturub qeyri-qanuni həbs olunmağımın səbəblərini 

özüm üçün aydınlaşdırmağa çalışdım. 

 Gecə saat 3-də məni Kəmərinskinin yanına istintaqa apardılar. Kəmərski məndən Türkiyə 

kəşfiyyatı ilə  əlaqələrim barədə izahat verməyi tələb etdi. Mən həbs olunmağımı qeyri-qanuni 

hesab etdiyim üçün, bu işi  əməlli-başlı araşdırmağı, mənə qarşı onun əlində olan əşyayi-dəlili 

təqdim etməyi xahiş etdim. Kəmərski isə türk kəşfiyyatı ilə əlaqəm olduğunu boynuma almağı 

israrla tələb edirdi. O, dövlət təhlükəsizlik nazirinin keçmiş müavini Mustafayevin ögey atası 

Ömər Faiq Rəşidzadənin 1920-ci ildə türk agenti olması, mənim Ömər Faiqlə cinayət əlaqəsində 

olmağım və bu əlaqəni son vaxtlaradək davam etdirməyim barədə ifadə verməyə məni məcbur 

edirdi. 

Mən Kəmərskiyə izah etdim ki, Ömər Faiqi 1920-ci ildən Bakı  şəhərində texnikum 

müəllimi kimi tanıyıram. Ömər Faiq milliyətcə türk idi və türkləri SSRİ-dən köçürən zaman 

Türkiyəyə sürgün olunmuşdu. O, Mustafayevin anası Xavər Rəşidzadə ilə evləndiyi üçün SSRİ-

dən könülsüz gedirdi. Mən onda heç bir cinayətkar əməl, xüsusi ilə də türk kəşfiyyatı ilə bağlı 

fəaliyyət görməmişəm. 

Mənim izahatım Kəmərskini qane etmədi. O məndən özqm və Ömər Faiq barədə əslində 

olmayan  şey haqqında yalan ifadə verməyi tələb edirdi. Məndən istədiyi ifadəini ala bilməyən 

Kəmərski səhərə yaxın məni həmin təkadamlıq kameraya göndərdi. 

Ertəsi gün mən dindirilmək üçün Kəmərski və Qasımovun yanına çağırıldım. Istintaq 

zamanı keçmiş nazir Yemelyanov iki dəfə otağa daxil oldu. Qasımov və  Kəmərski həmin 

istintaqda yenidən türk kəşfiyyatı ilə mövcud olmayan əlaqələrimi boynuma almağı  tələb 

edirdilər. Bir də onlar ən çox Azərbaycan KP NK-nın ikinci katibi Əlizadə  və dövlət 

təhlükəsizlik nazirinin müavini Mustafayevə  ləkə  gətirə biləcək nə isə bir şey danışmağımı 

istəyirdilər. Kəmərski və Qasımov açıq-aşkar tələb edirdilər ki, Əlizadə  və Mustafayevin türk 

kəşfiyyatı ilə  əlaqəsi barə yalan ifadə verdim. Mən təmiz adamlara böhtan atmaqdan imtina 

etdikdə onlar məni hədələyib, vəziyyətimi pisləşdirə biləcəyimi söylədilər. Yemelyanov otağa 

girən kimi mənə yaxınlaşıb yumruğunu stola çırpır, ünvanıma nalayiq sözlər deyib, əgər Əlizadə, 

Mustafayev və Ömər Faiq barədə yalan məlumat verməsi, məni işıq üzünə  həsrət qoyacağı  və 

zirzəmidə çürüdəcəyi ilə hədələyirdi. 

Mənim istintaqım protokollaşdırılmırdı. Mən yenidən həmin kameraya salındım. Gecə 

məni Qasımovun, oradan da Yemelyanovun yanına apardılar. Qasımovun yanında Yemelyanov 

mənim üstümə çığırmağa, məni söyməyə başladı. Mən heç kimə ləkə atmayacağımı bildirəndə 

Yemelyanov məni karserə salmağı  əmr etdi. Nəzarətçiyə  mənim salınmalı olduğum karserin 

nömrəsini də dedi. Familiyasını bilmədiyim nəzarətçi əvvəlcə məni bir otağa saldı və soyunmağı 

təklif etdi. Sonra məni təkcə alt tuman-köynəkdə karserə saldılar. Karser – yorğan-döşəyi 

olmayan dəmir çarpayı qoyulmuş kiçik təkadamlıq kamera idi. Çarpayı sınıq idi. Onun üstündə 

nəinki uzanmaq, heç oturmaq belə mümkün deyildi, çünki çarpayın torşəkilli dəmirinin 

düzəldildiyi məftillərin iti ucu adamın bədənini dəlik-deşik edərdi. Mən sement döşəməyə 

oturmağa, ya da ayaq üstə durmağa cəhd etdim. Ancaq qapının deşiyindən məni güdən nəzarətçi 

mənə döşəməyə uzanmağı əmr etdi. Karserin şüşələri sınıq olduğundan içəri çox soyuq idi. Mən 

belə düşünürəm ki, şüşələr qəsdən sındırılıbmış ki, oraya salınan dustaqlar daha çox əzab 

çəksinlər. Karserdə məni bir sutkaya qədər saxladılar. Bu müddət ərzində mənə nə yemək, nə də 

su verdilər. Karserdəki temperatur bayırdakı ilə eyni olduğundan mən möhkəmcə üşümüşdüm. 




 

36 


 

Həmin il qış çox sərt gəlmişdi, hava dəhşətli dərəcədə soyuq keçirdi. Soyuqdan titrəməyə 

başladım və mənə tibbi yardım göstərilməsini xahiş etdim. Nəzarətçi mənə bildirdi ki, həkimin 

istirahət günüdür, mənə heç bir yardım göstərilməyəcək. Məni karserdən birbaşa Qasımovun 

yanında apardılar. Qasımov mənə bildirdi ki, əgər mən onun, Kəmərski və Yemelyanovun tələb 

etdiyi izahatı verməsəm, vəziyyətim daha pis ola bilər. O mənə açıq-aşkar bildirdi: “Bizdə o 



karserdən də betər yerlər var”. Mən başa düşdüm ki, Yemelyanov, Qasımov və Kəmərski mənə 

qarşı işgəncənin daha görülməmiş növlərini tətbiq edə, Yemelyanovun dediyi kimi “Zirzəmidə 

çürüdə” bilərlər. Fikirləşdim ki, vəziyyətim çıxılmazdır, məni burada öldürə bilərlər, heç kim də 

bundan xəbər tutmaz. Karserdə keçirdiyim birinci keçədə  mənə o da aydın oldu ki, DTN 

türməsində  işgəncəyə  məruz qalan təkcə  mən deyiləm. Mən yaxınlıqdakı kamerada saxlanılan 

bir qadının ah-naləsini, çığırtısını, hıçqırıqlarını eşidəndən sonra bu qənaətə gəldim. 

Soyuqdan yuxsuzluqdan çəkdiyim əziyyəti məni Qasımova təslim olmağa, onun istədiyi 

izahatı yazmağa məcbur etdi. Qasımov mənə qələm-kağız verib, öz əlimlə Mustafayevin atalığı 

Ömər Faiq Rəşidzadənin də xəbəri olması barədə yalan yazmağa məcbur etdi. Mən Qasımovun 

tələb etdiyi şeyləri yazmağa çalışırdım. Lakin yazdıqlarım Qasımovu qane etmirdi. O mənə 

bildirdi ki, mənim özümü aparmağım və yazdıqlarım barədə Yemelyanovla danışacaq. Gündüz 

kamerada idim, gecə yenə də təkcə alt tuman-köynəkdə məni karserə atdılar. Gündüz kamerada 

məni yatmağa qoymadılar, gecə  də karserdə soyuqdan yata bilmədim. Səhər Qasımovla 

Kəmərski məni çağırdılar. Qasımov bildirdi ki, izahatlarım Yemelyanovu qane etmədi. Mənsə 

dedim ki, daha yalan uydurmağa mənim halım yoxdur. Gecə məni yenə də karserə saldılar. Səhər 

demək olar ki, huşsuz vəziyyətdə  məni Qasımovun və  Kəmərskinin yanına apardılar. Istintaq 

zamanı  məndən nə soruşulduğunu, mənim nə cavab verdiyimi xatırlamıram. Sonra məni 

kameraya göndərdilər, mən orada iki gün qaldım, bu müddətdə məni dindirməyə çağırmadılar. 

Sonra məni Yemelyanovun otağına gətirdilər. Bu dəfə Yemelyanov hiss olunacaq qədər 

nəzakətli idi, məni  Əlizadə, Mustafayev və anası barədə yalan izahat vermək üçün dilə tutdu. 

Yemelyanov mənə dedi ki, əgər mən DTN tapşırığı ilə  Əlizadə, Mustafayev, onun qohum-

əqrəbası  və digər Azərbaycan ziyalıları barədə istənilən məlumatı versəm, məni həbsdən azad 

edəcək. 

Sonra Yemelyanov onu da bildirdi ki, əgər mən onun təklifini rədd etsəm, onda 

“orqanların qılıncı başımın üstündə hazırdır”. 

Yemelyanov həmin dəqiqə  məni azad etmək barədə  sərəncam verdi. Lakin mən 

həbsxanada daha iki, ya üç gün saxlanıldım. Sonra məni Qasımov yanına çağırıb imzalamaq 

üçün bir neçə istintaq protokolu verdi. Protokollar qabaqcadan hazırlanmışdı. Qasımov məni 

tələsdirdiyindən mən protokolları oxuya bilmədim. O mənə bildirdi ki, teatra tələsir, mənim 

protokolları oxumağımı gözləməyə vaxtı yoxdur. O mənə bildirdi ki, Əlizadə ilə  şəxsən 

M.C.Bağırov özü maraqlanır, bunu nəzərə al. Mən protokolları imzaladım. Bundan sonra mən 

bir gecə də türmədə qaldım. Səhər məni maşınla Ələt stansiyasına aparıb qatara mindirdilər və 

Naxçıvana yola saldılar. 

Naxçıvandan qayıdandan sonra Qasımov mənimlə bir neçə dəfə görüşüb, Əlizadə, onun 

arvadı  Qəmər qaynı Mustafayev, qayınanası Xavər Rəşidzadə barədə böhtancı  məlumatlar 

verməyi tələb etdi. Mən onlar haqqında yalnız həqiqəti bildirib, dedim ki, onları adi vətəndaşlar, 

respublikanın keçmiş  məsul işçiləri kimi tanıyıram. Qasımovla son görüşlərimdən birində 

bildirdi ki, “Bağırov sənin  əlindən çox yanıqlıdır, odur ki, sənin ad-sanını,  şöhrətini korlaya 

bilər”. 

Azərbaycan KP MK büro yığıncaqlarından birində xalq təsərrüfatı institutunun işi 

müzakirə olunan zaman Bağırov səbəbsiz yerə məni təhqir etməyə, söyləməyə başladı və dedi ki, 

mən sovet adamı deyiləm, məni güllələmək lazımdır. Elə ordaca Bağırov məni institut direktoru 

vəzifəsindən çıxarmağı təklif etdi.  

Mən həqiqətən işdən azad edildim. Hazırda Elmlər Akademiyasında işləyirəm. Türmədə 

məruz qaldığım işgəncələrin nəticəsi olaraq tez-tez xəstələnirəm. 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə