1.İdarəetmə uçotunun predmeti


İdarəetmə uçotunun metodları



Yüklə 18,49 Kb.
səhifə2/3
tarix29.11.2023
ölçüsü18,49 Kb.
#139577
1   2   3
Kol 1 Sual 1 3 5

3.İdarəetmə uçotunun metodları.
İdarəetmə uçotu obyeklərinin əks etdirildiyi qayda və üsulların məcmusu idarəetmə uçotunun metodunu təşkil edir ki, onun əsas elementləri bunlardır: sənədləşdirmə; inventarlaşdırma; qruplaşdırma və ümumiləşdirmə; normalaşdırma, planlaşdırma və limitləşdirmə; nəzarət; təhlil.
1.Sənədləşdirmə müəssisənin istehsal fəaliyyətini ilkin sənədlərin və informasiyanın maşın daşıyıcıları vasitəsi ilə tam əks etdirilməsinə şərait yaradır. İlkin sənədlər: təsərrüfat əməliyyatları və onların aparılması üçün rəhbərliyin sahibkarın göstərişini təsdiq edən yazılı şəhadətnamədir.
Sənədlər müəssisədə icra olunan təsərrüfat əməliyyatlarının baş verməsinin yazılı sərəncam verilməsini ifadə etməklə, mühasibat uçotu hesabları sistemində yazılış aparılması sistemi uçotun etibarlı, düzgün olmasını təmin etməklə yanaşı ilkin, cari və son nəzarətin təşkilinə, təsərrüfat əməliyyatlarının məqsədəuyğun və qanun tələblərinə uyğun icra olunmasını təmin edir.
2.İnventarlaşdırma - müəssisənin, idarənin təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir.
3.Ümumiləşdirmə üsulu müəyyən əlamətlər üzrə obyekt haqda məlumatları toplamaq və sistemləşdirməyə imkan verir. Təsərrüfat proseslərini əks etdirmək və onun həyata keçirilməsinə nəzarət etmək üçün nəzərdə tutulmuş hesablara əməliyyat hesabları deyilir. Əməliyyat hesabları bir neçə qrupa bölünür: 1.Bölüşdürücü hesablar. 2.Kalkulyasiyaedici hesablar. 3.Müqayisəedici hesablar.
4.Normalaşdırma bütün növdən olan ehtiyatların səmərəli istifadəsini təmin edən optimal norma və normativlərin elmi cəhətdən düzgün hesablanması prosesidir.
5.Limitləşdirmə ehtiyat və məsrəf normaları sisteminə əsaslanan material məsrəfləri üzərində nəzarətin ilkin mərhələsidir.
6.Təhlil: Müəssisənin bütün təsərrüfat fəaliyyəti, həmçinin onun iqtisadi göstəricilərə malik olan bütün bölmələri təhlil edilir. istehsalın nəticələrinə təsir edən kənarlaşma və onun səbəbləri müəyyən edilir.
7.Nəzarət mövcud kənarlaşmaları müəyyən etməyə və aradan qaldırmağa imkan verən, əvvəlcədən müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinə yönəldilən planlaşdırma təhlilin son prosesidir.

Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə