95
mənasındadır.
«Çox qiymətli Qurandır». (əl-Vaqiə 77). Allahın qullarının etdikləri
günahları gizlətməsi, onları ortaya çıxarmaması, qüsurlarını örtməsi Onun Kərəm
sahibi olmasındandır. Mömin qullarının bəsit və kiçik itaətlərinə belə baxmayaraq
böyük savablar verməsi Onun Kərəm sahibi olmasındandır. «Oxu, Rəbbin ən böyük
Kərəm sahibidir». (əl-Ələq 3). «Ey insan Kərəm sahibi olan Rəbbinə qarşı səni
aldadan nədir?».(əl-İnfitar 6). Kərim Ona üsyan edənləri, tövbələrini qəbul etməkdə
ümüdsüz buraxmayan və onları sorğuya çəkmədən tövbələrini qəbul edəndir. Kərim
Ondan istəyənləri boş qaytarmayan, Ona sığınanları tərk etməyən, nöqsansız və
qüsursuz uca varlıqdır.
əl-Əkram
–
Allah Əkram – olduğunu ismi tafdil (üstünlük bildirən İsim) olaraq
xəbər verməkdədir. Allah Əkramul-Əkram (Kərəm sahiblərinin ən üstünüdür). Ondan
başqa mütləq Kərəm sahibi yoxdur, heç kimsə Kərəm sahibi olmadan Ona bənzər
olmaz deməkdir
264
.
«Oxu! Sənin Rəbbin ən böyük kərəm (ƏKRƏM) sahibidir». (əl-
Ələq 3). İmam Qurtubi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Əkram Allahın zatıyla
əlaqəli, Kərim isə Onun feliylə əlaqəli bir sifətdir. Hər iki kəlimə də Kə-Rə-Mə
sözündən törənmişlər
265
. Bu açıqlamadan başa düşülür ki, Kərim və Əkram İsimləri
eyni məna ifadə etməkdədirlər. Bu məna Allahın qullarına qarşı lütfkar və ehsan sahibi
olmasıdır.
Allahın Kərim olmasının bir nümunəsi də göylərdə və yerdə olan her şeyi bütün
insanların xidmətinə verdiyini və onlara boyun əydirdiyini bildirmişdir. «Göylərdə və
yerdə nə varsa hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur». (əl-Casiyə
13). Həqiqətən də Allah Əkramul-Əkrəmindir. Kərəm sahiblərinin ən üstünüdür. Onun
bənzəri bir Kərəm sahibi yoxdur.
KƏBİR
əl-Kəbir
–
Bu İsim fail vəznində olub böyük deməkdir. O, hər şeydən böyükdür, hər
şeydən ucadır və hər şeydən uludur. Qurani Kərimdə
6 dəfə keçməkdədir
266
.
«Əlbəttə
Allah uca (ALİ) və böyükdür (KƏBİR)». (ən-Nisa 34). «O, qeybi də, aşkarı da
biləndir. (hər şeydən) böyük (KƏBİR) və ucadır (MUTƏALİ)». (ər-Rəd 9). Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Kəbir
–
şanı böyük və uca olandır. Ondan başqa hər
böyük olan Onun böyüklüyünün altında və kiçikdir. İnsanlar arasında Kəbir yaşı daha
çox olanlar üçün istifadə edilir».
MUTƏALİ
əl-Mutəali
–
Hər şeydən yüksəyə ucalmış mənasındadır. Allah öz zatında ucadır.
Bu üzdən də hər şeydən daha ucadır. Ucalıqda Allahın heç bir qüsur və ayıbı yoxdur.
O, mütləq olaraq ən ucadır. «O, (hər şeydən) böyük (KƏBİR) və ucadır (MUTƏALİ)».
(ər-Rəd 9).
MUMİN - MUHEYMİN
əl-Mumin
–
Qullarına zülm etməyən, onları şərdən qoruyan, əmin edən deməkdir.
«O, Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir, Quddusdur, Səlamdır, Mumindir,
264
İbn Teymiyyə «Fətvaul Kubra» 16/293,296, Beyhəqi «Şərhu Əsməul Husnə» s. 264.
265
Qurtubi «Əsna fi Şərhi Əsmailləhil Husnə» 1/131,132.
266
Bax: Rəd 9, Həcc 62, Loğman 30, Səbə 23, Ğafir 12.
96
Muhəymindir». (əl-Həşr 23). Mucahid
–
rahmətullahi aleyhi
–
deyir ki: «Tək və
şəriksiz olduğunu doğrulayan-dır. «Allah özündən başqa ibadətə layiq haqq ilah
olamadığına şahiddir». (Ali İmran 18). Peyğəmbəri möcüzələrlə, möminləri vəd etdiyi
savabla, inkarçıları da vəd etdiyi əzabı verməklə doğrulayandır. Dostlarını əzabından
və onlara zülm etməkdən əmin edən, qullarını da qorxudan qurtarıb əminliyə
qovuşduran Odur
267
. Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «İman, təsdiq etmək,
doğrulamaq deməkdir. Buna görə də mömin təsdiq edən, doğrulayan mənasındadır.
Allahın mömin ismi iki mənanı verir. 1) Qullarına vəd etdiyi ruzini verməklə və yaxşı
əməllərinin savabını axirətdə onlara verməklə yerinə yetirərək doğrulayandır. 2)
Möminlərin Onun haqqındakı zənlərini doğru çıxarmaq. Onların ümüdlərini boşa
çıxarmamaqdır. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - öz Rəbbindən buyurdu:
«Mən qulumun Mənim haqqımdakı zənnindəyəm. Artıq Mənim üçün dilədiyi zəndə
olsun»
268
.
əl-Muheymin
–
Doğrulayan, təsdiq edən, hamilik edən, qoruyan deməkdir. «O,
Allah ki, Ondan başqa ibadətə layiq haqq ilah yoxdur. Məlikdir, Quddusdur,
Səlamdır, Mumindir, Muheymindir». (əl-Həşr 23). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Muheymin
–
Qiyamət günü Ona ibadət edənlərin ibadətlərindən və
savablarından bir şey əskiltməyəndir. O, simic deyildir ki, verdiyi savabı çox görsün və
buna görə də bəzi əməlləri gizlətsin. Savab verməklə Ondan və mülkündən heç bir şey
əskilməz. Allah yaxşıların yaxşılıqlarından və savablarından bir şey əskiltmədiyi kimi,
asilərin də üsyanlarından və haqq etdikləri cəzalardan bir şey artırmaz. Yalan və
haqsızlıq onun haqqında mümkün deyildir. «Biz sənə Quranı haqq olaraq, özündən
əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi endirdik». (əl-Maidə 48). İbn Abbas -
radıyallahu anhu
–
deyir ki: «Muheymin
–
doğrulayan, təsdiq edən və güvənilir
mənasındadır».
MOVLƏ
əl-Movlə
–
«Allah sizin (MOVLANIZ) ixtiyar sahibinizdir. O, nə gözəl Mövla, necə
də gözəl imdada yetəndir». (əl-Həcc 78). «O, ən gözəl həvadar (MOVLƏ) və ən yaxşı
imdada çatandır». (əl-Ənfal 40). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Movlə
–
yardım və dəstək gözləniləndir. Allah mülk sahibi olduğu üçün qulun Ona
sığınmaqdan başqa bir çarəsi yoxdur. Çünki kölə ancaq sahibindən yardım gözləyər».
Qul Allaha dost olmalı, Ona inanmalı, Ondan gələn hər bir şeyi doğrulamalı və
təsdiq etməli, əmrlərinə uymalı, qadağalarından çəkinməli, yalnız Ona güvənməli, açıq
və gizli, bolluq və darlıq kimi bütün hallarda Ona təslim olmalıdır. Yalnız Onu və
Rəsulunu sevməlidir.
Bəra b. Azim
–
radıyallahu anhu
–
rəvayət edir ki, (Uhud) döyüşündə müşriklərlə
qarşı-qarşıya gəldik. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
məharətli ox
atıcılarından (əlli nəfərlik) bir qrup əskəri ayıraraq başlarına da Abdullah b. Cubeyr
–
radıyallahu anhu
–
təyin etdi. Ona: «Bir an belə yerinizdən tərpənməyin. Hətta bizim
onlara qalib gəldiyimizi görsəniz də belə yerinizdən tərpənməyin. Onların bizə qələbə
çaldıqlarını (və quşların cəsədlərimizi diddiklərini) görsəniz də belə (mən sizə adam
göndərmədikcə) bizə yardıma gəlməyin» deyə buyurdu. Müşriklərlə qarşılaşdığımız
267
İbn Kəsir 8/343, Qurtubi 10/676.
268
Əhməd 3/491.