97
zaman (Allah onları məğlubiyyətə uğratdı) və onlar qaçmağa başladılar. Hətta dağa
doğru ətəklərini toplayaraq qaçan qadınları da gördüm. (Ayaq biləklərində olan)
halqaları da belə görsənirdi. Bizimkilər belə deməyə başladılar: «Qənimət! Qənimət!»
İbn Cubeyr: «Pəyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
sizə nə dediyini unutdunuz-
mu? Yerlərinizi tərk etməyin!» deyə tənbehlədi. Oxçular onun sözünü dinləməyərək:
«(Vallahi biz də qardaşlarımızın yanına gedib qənimətdən götürəcəyik)» dedilər. Onlar
bu əmrə etiraz edincə üzləri tərs çevrildi. (Nə edəcəklərini bilməyən dəlisovlara
döndülər) və məğlub oldular. Yetmiş şəhid verildi. Pəyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
təpənin üzərində İbn Cubeyr
–
radıyallahu anhu
–
ilə qalan (on iki) nəfəri geri
çağırdı. Gecə düşdükdə Əbu Sufyan üç dəfə səsləyərək: «Aranızda Muhəmməd
varmı?» deyə soruşdu. Peyğəmbər: «Ona cavab verməyin» deyə buyurdu. Əbu Sufyan
təkrar üç dəfə səsləyərək: «Aranızda Əbu Kuhafə varmı?» deyə soruşdu. Peyğəmbər
yenə də: «Ona cavab verməyin» deyə buyurdu. Əbu Sufyan yenə də üç dəfə
səsləyərək: «Aranızda Xattabın oğlu varmı?» deyə soruşdu. Heç kimsə ona cavab
vermədi. Bundan sonra Əbui Sufyan: «Onlar hamısı öldürüldülər. Əgər sağ olsalardı
cavab verərdilər» dedi. Bu sözlərdən sonra dözə bilməyən Ömər: «Ey Allahın düşməni
yalan söylədin. Allah Rəsulu da, Əbu Bəkr də və mən də burdayıq və sağıq» dedi. Əbu
Sufyan: «Savaş bir rəqabətdir. Günə gün! (Uhud Bədrə qarşılıqdır)» dedi və: «Şanın
uca olsun ey Hubel!
269
«. Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə
deyək?» deyə soruşdular. Peyğəmbər: «Allah ən uca və ən üstündür» deyə buyurdu.
Əbu Sufyan: «Bizim Uzzamız var, sizin isə Uzzanız yoxdur» dedi. Peyğəmbər: «Ona
cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə deyək?» deyə soruşdular. Peyğəmbər:
«Allah bizim Mövlamızdır, sizin isə Mövlanız yoxdur» deyə buyurdu. Əbu Sufyan:
«Həqiqətən də siz öz ölülərinizin içindən tanınmaz hala salınmış kimsələri
tapacaqsınız. Bunu mən əmr etmədim, lakin bu məni heç də məyus etmədi. Məni
pisləməyin». Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə deyək?»
deyə
soruşdular. Peyğəmbər: «Bizim ölülərimiz Cənnətdə, sizinkilər isə
Cəhənnəmdədir» deyin
270
.
MƏLİK – MƏLĪK – MƏƏLİK
əl-Məlik
–
əl-Məlīk - Hökmüdar, kral mənasında bir kəlimədir. Mə-Lə-Kə felindən
gəlir. Məlik, sahib olmaqdır. Həm bir şeyə sahib olmağı, həm də qüvvətli olmağı əhatə
edir. O, özündən başqa heç bir ilah olmayan Məlikdir (mütləq sahibdir)». (əl-Həşr
23). Məlik
–
kəliməsi də işlədilə bilər. Mütləq Məlik ancaq və ancaq Allahdır. Çünki
Quranda mülkün yalnız Allaha aid olması dəfələrlə qeyd edilmişdir.
«Göylərin və
yerin, ikisi arasında olanların mülkü Allahındır». (əl-Maidə 18). «De ki: «Allahım!
Mülkün sahibi. Mülkü dilədiyinə verir, dilədiyindən isə alırsan». (Ali İmran 26).
«Haqq Məlik olan Allah ucadır». (əl-Muminun 116). «Haqq məclisində, qadir
hökmüdar (MƏLĪK) Allahın hüzurunda olacaqlar». (əl-Qəmər 55). Allah həqiqi
Rəbb, həqiqi Məlik və həqiqi İlahdır. O, Rəbb olması ilə bütün varlıqları yaratmış,
Məlik olması ilə hamısına üstün gəlmiş, İlah olması ilə də onlara ibadət etmələrini əmr
etmişdir. Bu üç sözün dərin mənalarını, ucalıq və ululuğunu yaxşıca düşün. Allah bu
üç sözü ən gözəl bir ifadə və üslub ilə Nəs surəsində birlikdə zikr edərək: «İnsanların
269
Bəni Kinanə qəbiləsinin ibadət etdikləri bütün adıdır. Kəbədə yerləşirdi.
270
Buxari 3039, Təfsir Ali İmran 10, Məğazi 9,17,20, Əbu Davud 2662.
98
Rəbbi, İnsanların Məliki, İnsanların İlahı. Bu üç tamamlama imanın bütün təməllərini
və Allahın gözəl İsim və Sifətlərinin mənalarını əhatə etməkdədir. Allah bizim tək
Rəbbimiz, Məlikimiz, və İlahımız olduğuna görə sıxıntı və müsibət anlarında Ona
sığınmaqdan başqa çarəmiz yoxdur. Bizim Ondan başqa bir sığınacağımız,
barınacağımız məbudumuz yoxdur. Buna görə də sadəcə Ona dua edilməli, yalnız
Ondan qorxulmalı və Ona ümüd bağlanmalıdır. Ondan başqa kimsə sevilməməli,
boyun əyilməməli və itaət edilməməlidir. Yalnız Ona güvənməliyik. Ondan başqa
Rəbb yoxdur. O, bütün varlılıqların məlikidir. Sən də daxil bütün varlılıqlar Onun
mülküdür. Rəbbin və Məlikin olan. Həm də sənin İlahındır. Bir an belə Ona ibadət
etməkdən uzaq durma. Sənin Ona olan ehtiyacın həyata və ruha olan ehtiyacından daha
çoxdur. Bütün bunları bilən Rəbbə, Məlikə və İlaha sahib olduğunu bilən Ondan başqa
kimsədən yardım diləməz, başqasına sığınmaz, başqasına dua etməz, qurban kəsməz,
nəzir deməz.
əl-Məəlik – “Haqq-Hesab (Qiyamət) gününün sahibinə!”. (əl-Fatihə 4).
MUTƏKƏBBİR
əl-Mutəkəbbir - «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da
bilən Allahdır. Mutəkəbbirdir (təkəbbürlük haqqına tək sahib olandır)». (əl-Həşr 22-
24). Allah mütəkəbbirdir. Ucalıq və əzəmətdə ona qarşı çıxan azğın varlıqların
bellərini qırıb güclərini yox edəndir. Mütəkəbbirdə olan Ta hərfi təklik bildirməkdə və
təkəbbürlüyün yalnız Allaha məxsus olduğunu bildirməkdədir. Təkəbbürlük varlıqların
həqiqi sifəti deyildir. Çünki varlıqların özəlliyi itaət etmək və boyun əyməkdir. Həqiqi
təkəbbürlük Allaha məxsusdur. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Böyüklük (
Kibriya) mənim ridam (örtüyümdür), ucalıq isə izarımdır. Kim bu
ikisindən biri üzərində mənimlə çəkişərsə onu yox edərəm (Cəhənnəmə ataram)»
271
.
Qatadə
–
rahmətullahi aleyhi
–
deyir ki: «Pislikdən imtina edərək böyüklənəndir». Əbu
İshaq
–
rahmətullahi aleyhi
–
deyir ki: «Qullarına zülm etməkdən uzaq və ucadır».
Qazali
–
rahmətullahi aleyhi
–
deyir ki: «Mütəkəbbir özündən başqa hər şeyi kiçik
görən, böyüklük, üstünlük və ucalığı yalnız özündə görən, başqasına, padşahların
qullara baxdığı kimi baxandır. Əgər bu baxış gərçək və doğru isə həqiqi təkəbbürlük
budur. Belə baxan həqiqi təkəbbürlüyü haqq etmişdir. Bu durum Allahdan başqa heç
bir varlıq üçün düşünülməz. Bu yalnız Onun haqqıdır». Qurtubi – rahmətullahi aleyhi
– deyir ki: «
Mütəkkəbir – Rəbb olması ilə hər bir varlılıqdan üstün və böyük olandır.
Onun bənzəri, şəriki yoxdur. Hər cür pislikdən uzaqdır. Bütün çirkin sifətlərdən
münəzzəhdir. Mütəkəbbir sözünün əsli imtina etmək və boyun əyməkdir. Buna görə də
Allah bütün pis sifətlərdən imtina edər və heç bir varlığa boyun əyməz. Mütləq uca və
böyük olan yalnız Odur».
MƏCİD
əl-Məcid
–
«Allahın rəhməti və bərəkəti sizin üzərinizə ey ev əhli şübhəsiz ki, O,
tərifə layiq olandır, Məciddir». (Hud 73). «Ərşin sahibidir, Məciddir». (əl-Buruc 15).
Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Məcid
–
ucalıq, ululuq, şanlı, şərəf, kərəm və
ehsanı bol olandır.
Məcd
–
bolluq və genişlik mənasındadır». Qurani Kərimdə Həmd
271
Buxari, Müslim.