103
mənimlə sizi bir yerə toplamadımı? Sizlər fəqir ikən Allah mənimlə sizi zəngin
etmədimi? Sizlər ölkənizdə qorxu içində ikən Allah mənimlə sizi hüzur və əmin-
amanlığa qovuşdurmadımı?». Ənsar da Allahın üzərilərindəki lütf və ehsanını etiraf
edərdilər
291
.
MUSTƏAN
əl-Mustəan – “(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə
müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis
sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!”. (əl-
Ənbiya 112)
292
.
MUSƏ’İRU
əl-Musə’iru - Ənəs b. Məlik - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – in dövründə qiymətlər artmağa başladı. İnsanlar: “Ey
Allahın Rəsulu! Qiymətlər artdı. Bizə bir qiymət təyin et (Qiymətlərə hədd qoy)”
dedilər. Peyğəmbər: “Qiymətləri tənzimliyən Allahdır, Genişlədib çox-çox verən
Allahdır, Ruzi verən Allahdır, Daraldıb qıtlıq gətirən də Allahdır. Mən Allaha yanımda
kimsənin mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu
293
.
VƏDUD
əl-Vədud
–
Sevən və sevilən mənasına gələn Vədud İsmi Qurani Kərimdə 2 dəfə
keçməkdədir. İki mənası vardır: 1) Fail vəznində gələn Sevən mənasında. Uca Allah
Peyğəmbərləri, nəbiləri, dostlarını və inanan qullarını sevər. 2) Məful – vəznində isə
Məvdud - sevilən mənasındadır. Yəni Allah sevilməyi haqq edəndir. O, qulun
sevdiklərindən daha üstün bir sevgini haqq edəndir. Hətta O, qulun öz gözündən,
qulağından və nəfsindən daha sevimlidir
294
.
«Şübhəsiz ki, Rəbbim Rəhim (çox
mərhəmətli) və Vədud (qullarını çox sevəndir)». (Hud 90). «O, çox bağışlayan və çox
sevəndir». (əl-Buruc 14). Vədud (sevmə) İsmi, Rahim (mərhəmət etmə) İsmi ilə Ğafur
(bağışlama) İsminə daha yaxın bir məna ifadə edər. Lakin aralarında fərq vardır. İnsan
ona qarşı pislik edəni bağışlaya bilər, lakin onu sevməyə bilir. Yenə də sevmədiyi bir
kimsəyə mərhəmət etməyə də bilir. Allah isə tövbə edən qulunu bağışlar, ona
mərhəmət edər və heç nəyə baxmayaraq onu sevər. Çünki O, tövbə edənləri sevər.
«Allah tövbə edənləri də sevər». (əl-Bəqərə 222). Varlılıqları düşündüyün zaman uca
Allahın sevən və sevilən olduğunu görürsən. Allah peyğəmbərləri, mələkləri və mömin
qullarını sevər, onlar da Onu sevərlər. Hətta onlar üçün Allahdan daha sevimli başqa
bir şey yoxdur. Allah sevgisi heç bir tərəfdən başqa sevgililərə bənzəməz. Bu sevgi
başqa sevgililərdə olmaz. O, halda Allah sevgisi hər qulun qəlbində mütləq olması və
hər sevgidən əvvəl gəlməsi lazımdır. Onun sevgisi hər sevgidən üstün gəlməlidir.
Sevilənin hər istəyi yerinə yetirilməli və Ona bağlı qalınmalıdır. Allah sevigisi
əməllərin özü və ruhudur. Açıq və gizli bütün ibadətlər Allah sevgisindən
291
Buxari 4330, Müslim 1061.
292
Tirmizi 3021.
293
Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15.
294
İbn Qeyyim «Cəlaul Əfham» s. 28.
104
qaynaqlanırlar. Qulun Rəbbini sevməsi Allahın ona bir ehsanıdır. Qulun bu sevgidə bir
gücü, qüdrəti və müdaxiləsi yoxdur. Qulun özünü sevməsini və sevgini qulun qəlbində
yerləşdirən Allahdır.
Sevgini yaradan və onu möminlərin qəlbinə yerləşdirən uca Allah çox mübarəkdir.
Daha sonra O, bu sevgini dostlarının qəlbində elə bir nöqtəyə çatdırır ki, artıq bu
nöqtədə digər sevgililər çox kiçik və dəyərsiz hala gəlir, bəla və müsibətlər onlara xəfif
gəlir, ibadət və itaətlərin zorluqları onlara zövq verir və sonunda sevgilərin ən ucası
olan Allah sevgisini, Allah rizasını əldə etmə və Allaha yaxın olma kimi kəramətlərdən
dilədiyini əldə edir
295
.
VAHİD – VİTR
əl-Vahid
–
Tək var olan, yanında bir başqası olmayan, ortağı və şəriki olmayan,
zatında, sifətlərində, isimlərində, fellərində ortağı və bənzəri olmayan, misli və bənzəri
olmayan deməkdir. Bu isim Qurani Kərimdə 21 yerdə keçməkdədir. «Sizin tanrınız tək
olan (VAHİD) Allahdır». (əl-Bəqərə 163). Bu məqam Allahdan başqa ilah olmadığına
şahidlik etmə məqamıdır. Çünki Allahdan başqa ilah olması, batil və belə bir şey
mümkün deyildir. Ondan başqa ilah yoxdur. Ondan başqa heç kəs ibadət edilməyə və
səcdə edilməyə layiq deyildir. «(Ya Peyğəmbər!) De ki: «Əgər Rəhmanın bir övladı
olsa, (ona) ibadət edənlərin birincisi mən olaram». (əz-Zuxruf 81). «Halbuki Allaha
özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqlardan
bir eləsi yoxdur ki, (Qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin».
(Məryəm 92). Ondan başqa birisinin ilah olması o, kimsəyə əzabdır. Ondan başqa bir
kimsənin heç bir şeyə möhtac olmaması sapıqlıqdır, Ondan başqa bir kimsənin izzət
sahibi olması zillət və alçağlıqdır. Ondan başqa bir kimsənin hər şeyi çoxaldıb,
artırması dəyərsiz və önəmsizdir. Yaradılmış bir varlığın Ondan başqa Rəbbi olması və
İlahı olması mümkün deyildir. Onunla birlikdə başqa bir ilahın olması mümkün
deyildir. Çünki həqiqətdə ilah heç bir şeyə möhtac deyildir, hər şey Ona möhtacdır, heç
bir kimsəyə möhtac deyildir, hər şey Onunla var olmuşdur və varlığı başqa bir şeyə
bağlı deyildir. Kainatda iki ilahın da olması imkansızdır. Əgər kainatda iki ilah olsa
kainatın müvazinəti çox böyük bir fəsadla pozular və böyük bir pozğunluqla bir-birinə
qarışar. «Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı onların ikisi də
(müvazinətdən çıxıb) pozulardı. Ərşin sahibi olan Allah müşriklərin aid etdikləri
sifətlərdən təmamilə uzaqdır». (əl-Ənbiya 22). «Allah özünə heç bir övlad
götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı onda hər bir
tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi (dünyadakı padşahlar
kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri
sifətlərdən tamamilə kənardır». (əl-Muminun 91). Bil ki, qulun bir olan Allaha ibadət
etməsi, sevgi xüsusunda Ona heç bir şeyi ortaq qoşmaması, Ondan qorxma, Ona ümüd
bağlama, Ona təvəkkül etmə, Onun üçün saleh əməl etmə, Onun adına and içmək,
Onun üçün nəzir etmək, Onua boyun əymə, Ona xuşu duyma, təzim etmək, səcdəyə
qapanmaq, Allaha ehtiyac duymaq, bədənin ruha və gözün işığa ehtiyac duymasından
daha böyükdür. Bu ehtiyac duymağa müqayisə edilə biləcək bənzər bir şey daha
yoxdur. Çünkü qul ruh və qəlbdən meydana gəlməkdədir.
295
Şərhu Qasidətun Nuniyyə s. 96.