107
VARİS
əl-Varis
–
«Həqiqətən dirildən də, öldürən də Bizik, (hər şeyə) Varis olan da
Bizik!». (əl-Hicr 23). Varis - hər bir şeyin yox olmasından sonra Bəqi (qalan)
deməkdir. Bütün valıqların varlığı Onun əlindədir və yalnız Ona bağlıdır. Onun varlığı
isə heç bir varlığa bağlı deyildir.
VASİ’
əl-Vasi’
–
«Allah genişdir (VASİ), O (hər şeyi) biləndir». (əl-Bəqərə 115, 247).
Halimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «
Vasi
–
biliyi və gücü çox geniş olan
deməkdir. Belə ki, heç bir şey Onu aciz edə bilməz və heç bir şey Ona gizli qalmaz.
Onun mərhəməti hər şeyi əhatə edəcək genişliyindədir». O, öncəsiz (əzəli) və
sonsuzdur (əbədidir). Onun biliyi bütün bilikləri əhatə edir. Onun gücü bütün
güclərdən üstündür.
NASİR
ən-Nasir
–
Kömək edən. «O, ən gözəl həvadar, ən yaxşı imdada çatandır
(NASİR)». (əl-Ənfal 40). “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz
dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız
İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran
nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki,
(Qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz
barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə
çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın,
zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar
sahibi, necə də gözəl imdada yetəndir!”. (əl-Həcc 78). Nasir
–
Nasara kök felindən
gəlməkdə-dir. Çox yardım edən deməkdir.
Nasir
–
qorumaq, qoruyan mənasına da
gəlir.
«Əgər Ona üsyan edəcək olsam Allaha qarşı kim məni qoruyar». (əş-Şura 41).
Bəzən də bu kəlimə vermək mənasında da işlədilir. Unsuruna Nasaraku-Mullah
–
mənə veriniz, Allah da sizə versin.
Hər bir müsəlman mütləq mənada yardım və zəfərin yalnız Allahdan gələcəyinə
inanmalıdır. «Əgər Allah sizə yardım etsə artıq heç kimsə sizə qalib gəlməz
…
». (Ali
İmran 160). Müsəlman uğursuzluğun və məğlubiyyətin də Allahdan gəldiyinə
inanmalıdır. Allah üçün uğursuz, məğlub deyilməz. Allah Bədir günü Peyğəmbər,
səhabələrə mələklərlə dəstəkləyib yardım etmişdir və düşmənlərinə qarşı onlara zəfər
nəsib etmişdir. Möminlərin düşmənləri Allahın və məklərin də düşmənləri-dirlər. Bu
üzdən də Allah möminlərə yardım etmişdir. Lakin insanın baş düşməni İblis, nəfsani
arzular və istəklərdir. Bunlar insanı daima pislik etməyə sövq edərlər. Allahın
görünməyən yardımı isə bunalar qarşıdır. İnsan düşmənlərinə məğlub olarsa müsəlman
buna qarşı dinində səbr etməlidir. Yenə də Rəbbinin yardımını görəcəkdir. Çünki
düşmənlərinə məğlub olmaqla nəfsi istəklərinə uymamalıdır və bu da onun üçün böyük
zəfərdir. Bu isə görünməyən gizli bir zəfərdir. Bu İsmi bilən müsəlman var olan gücü
ilə zalıma əngəl olmalı və məzluma yardım etməlidir. Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Qardaşınız istər zalım olsun, istərsə də məzlum ona yardım edin».
108
Səhabələrdən: «Ey Allahın Rəsulu! Məzluma yardım etdik, zalıma necə yardım edək?»
deyə sorudular. Peyğəmbər: «Onu zülm etməkdən çəkindirməklə»
301
.
NUR
ən-Nur – İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
(İbn Arabi,
İbn Vəziri, Qahtani –
Allah Onlardan Razı Olsun –)
deyir ki: “Bu Ad – İsim olaraq gəlməyib. Qurani
Kərimdə İzafə olaraq zikr edilib (Yəni: Nurus Səməvəti Vəl Ard)”
302
. Lakin: Sufyən b.
Uyeynə, Xattabi, İbn Məndə, Həlimi, Beyhəqi, Əsbəhəni, Qurtubi, İbn Qeyyim, İbn
Həcər, Səədi, Həmid, Şərbasi, Həsən Sıddıq Xan – Allah Onlardan Razı Olsun – bunu
İsim olaraq zikr etmişlər. “Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur
verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və
möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər;
taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O
çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından
yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda
qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki
(haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyiniz öz nuruna
qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir).
Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi
biləndir!”. (ən-Nur 35).
HƏDİ
əl-Hədi
–
Bu İsim Qurani Kərimdə fel olaraq keçir. Doğru yola yönəldən, hidayət
verən deməkdir. «Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər (HƏDİ)».
(əl-Həcc 54). «Rabbinin sənə bir rəhbər (HƏDİ) və bir mədədkar olması kifayət
edər». (əl-Furqan 31). Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz
ki, Allah hidayətə yönəldəndir və fitnəyə salıb azdırandır»
303
.
Hidayət Iki Cürdür: 1. Yol göstərmək, dəvət etmək və yönəltmək.
«Sən yalnız bir
müjdələyicisən. Hər bir millətin bir yol göstərəni vardır». (ər-Rəd 7). «Sən düz yola
yönəldirsən». (əş-Şura 52). 2. Qorumaq, dəstəkləməkdir. Bu da yalnız Allaha
məxsusdur. «Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah
dilədiyini doğru yola salar». (əl-Qəsəs 56). «Onlar Rəblərindən olan hidayət
üzərədirlər». (əl-Bəqərə 5). Həmd ancaq Allahadır, ona həmd edir, ondan yardım və
məğfirət diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq.
Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç
kəs onu hidayətə yönəldə bilməz
304
.
Hər bir müsəlman Allahın onu yaratdığını bildiyi kimi, mərhəməti ilə hidayətə
yönəldənin və ya ədaləti ilə saptıranın da Allah olduğunu bilməsi lazımdır. Bu bilikdən
sonra daima Allahdan özünə hidayət istəməsi və İslam üzərə ölməsini tələb etməli və
bunun üçün də dua etməlidir. «Ey iman gətirənlər! Sizə həyat verən şeylərə
çağırıldığınız zaman Allah və Rəsuluna icabət edin. Bilin ki, Allah insan ilə qəlbi
301
Buxari 3/98.
302
“Məcmuul Fətava” 5/74.
303
İmam Məlik «Muvatta» 1729.
304
Müslim 868.