105
Qulun ilahı hər halda və hər vaxta ona gərəkli olandır. O, həqiqi ilah olub Ondan
başqa qalan bütün ilahlar batildir. Qul harada olursa olsun Allah sıxıntı anında və
ehtiyac duyduqda onunla birlikdədir. Yox olub gedən ilahlar heç bir zaman işə
yaramaz. Buna görə də İbrahim
–
əleyhissəlam
–
buyurmuşdur: «Gecə qaranlığı
İbrahimi bürüdükdə o, bir ulduz görüb: «Bu mənim Rəbbimdir» dedi. Ulduz
batdıqda isə: «Mən batanları sevmirəm» dedi. Doğan ayı görüb: «Bu mənim
Rəbbimdir» dedi. Ay batdıqda isə: «Doğuran da əgər Rəbbim məni doğru yola
yönəltməsydi mən zəlalətə düşənlərdən olardım» dedi. Doğan günəşi görüb: «Bu
mənim Rəbbimdir. Bu daha böyükdür» dedi. Günəş batdıqda isə: «Ey cəmaatım!
Mən həqiqətən də sizin Allaha şərik qoşduqlarınızdan uzağam».(əl-Ənam76,78).
əl-Vitr
296
–
«Sizin ilahınız tək bir İlahdır. Ondan başqa heç bir İlah yoxdur». (əl-
Bəqərə 163). Əli
–
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi
və səlləm - buyurdu: «Həqiqətən Allahın oxşarı yoxdur və O, təkdir. Allahı tək olanı
sevir. Ey Quran oxuyanlar! Vitr namazını qılın»
297
. Rəsulullah
–
sallallahu aleyhi və
səlləm - buyurur: “Allahın doxsan doqquz – yüzdən bir əskik adı vardır. Kim bu
isimləri sayarsa Cənnətə girər. Allah təkdir və tək olanı da sevir”
298
.
VƏLİ
əl-Vəli
–
İşəlri düzəldən, idarə edən, dost, köməkçi deməkdir. Buna görə də şəhərin
böyüyünə Vəli deyilir. «O, Vəlidir, Həmiddir». (əş-Şura 28). Həmçinin yardım edən.
Dəstək verən mənasındadır. «Allah iman edənlərin Vəlisi (dostu və dəstəkçisidir).
Onları zülmətdən nura çıxarar
…
». (əl-Bəqərə 257). «Allah iman edənlərin Vəlisidir.
Kafirlərin isə vəlisi yoxdur». (Muhəmməd 11). Bu ismi bilən hər bir müsəlman
inkarçılarla olan dostluğu kəsməlidir. «Möminlər möminləri buraxıb kafirləri özlərinə
dos etməsinlər. Onlardan sizə bir qorxu olmayınca bunu edən kəs Allahdan heç bir
şey gözləməsin». (Ali İmran 28). Onları dost və yaxın etməməlidir.
«Ey iman
gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin
barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər. Sizin zərərə və əziyyətə düşməyinizi
istərlər. Həqiqətən onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar
olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk
edirsinizsə ayələri artıq sizə izah etdik». (Ali İmran 118). «Siz elə kimsələrsiniz ki,
onları sevirsiniz. Onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız, onlar
isə sizinlə görüşdükləri zaman biz də inandıq deyirlər. Xəlvətdə olduqları zaman isə
sizə qarşı qəzəblərindən barmaqlarını gəmirərlər. De ki: «Acığınızdan ölün». Əlbəttə
Allah ürəklərdə olanları biləndir». (Ali İmran 119). «İndi siz Məni qoyub onu və
övladını özünüzə dostmu tutursunuz?». (əl-Kəhf 50).
VƏKİL
əl-Vəkil
–
Etibar edilən, vəkil, himayə edən mənasındadır. «Vəkil olaraq Allah
yetər». (ən-Nisa 81). «Allah bizə yetər. O, nə gözəl Vəkildir». (Ali İmran 173).
«Məndən başqa heç bir Vəkil tutmayın». (əl-İsra 2). İnsanın vəkil təyin etməsi öz işini
başqasına etibar etməsi, başqasını vəkil təyin etməsidir. Filankəsi vəkil təyin etdim –
296
Buxari 6410.
297
Əbu Davud, Tirmizi.
298
Buxari “Kitabu Dəuvə”, “Fəthul Bəri” 11/214, H. 6410, Müslim 4/2062, H. 3507.
106
dedikdə onu öz yerimə qoydum deməkdir. Vəkil bütün varlılıqların ehtiyac duyuduq-
ları bütün işlərini tək vəkil olan Allaha həvalə etməkdir. Allaha güvənib dayanmaq,
Ona sığınmaq və yalnız Ondan yardım dinlməkdir. Müsəlmanların: «Allah bizə yetər.
O, nə gözəl Vəkildir» sözünün mənası: «O, işlərimizə baxan, idarə edən və kifayət
edəndir».
Allaha təvəkkül dinin yarısı sayılır. Din isə yardım diləmək və ibadət etməkdir.
Təvəkkül isə yardım istəmək. Yönəlmək isə ibadət sayılır. «Əgər inanırsınızsa yalnız
Allaha təvəkkül edin». (əl-Maidə 23). «Artıq möminlər yalnız Allaha təvəkkül
etməlidirlər». (Ali İmran 122). «Kim Allaha təvəkkül edərsə Allah ona yetər». (ət-
Taləq 3). «Ey Rəbbimiz! Biz sənə təvəkkül etdik və Sənə yönəldik. Son dönüş də
Sənədir». (əl-Mumtəhinə 4). «Sən onlardan üz döndər və Allaha təvəkkül et. Vəkil
olaraq Allah yetər». (ən-Nisa 81). «Allah təvəkkül edənləri sevər». (Ali İmran 159).
«Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik».
(İbrahim 12). «Möminlər yalnız o, kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və
əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin
ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər.
Namaz qilar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). «Ona ibadət edin və
yalnız Ona təvəkkül edin». (Hud 123). «Allaha iman gətirirsinizsə Ona təvəkkül edin.
Əgər müsəlmansınızsa». (Yunus 84).
Təvəkkül Dörd Növdür: 1. Uca Allaha olan təvəkkül. 2. Hansısa bir xeyirin əldə
edilməsi və ya zərərin aradan qaldırılması üçün ölü bir kimsəyə güvənmək, ona
təvəkkül etmək. Bu böyük bir şirk olan təvəkküldür. Bu Allahın qadir olduğu bir şeyi
Allahdan qeyrisindən istəməkdir. 3. Allahın və insanların qadir olduqları bir şeyi yalnız
insanlardan istəmək. Bu kiçik şirkdir. Məs: Bir kimsə xəstələnərsə və bu xəstəliyi
əsnasında yalnız həkimə arxalanarsa bu kiçik şirkdir. Çünki həkim sənin sağalmağın
üçün bir səbəbdir. Şəfa verən isə Allahdır. 4. Allahın yaratdıqlarının bacardıqları
işlərdə vəkil təyin etməklə təvəkkül etmək. Ömər
–
radıyallahu anhu
–
deyir ki: «Əgər
siz haqqı ilə Allaha təvəkkül etsəniz Allah sizlərə ac olaraq gedən və tox olaraq
qayıdan quşa ruzi verdiyi kimi sizi də ruziləndirər»
299
. Peyğəmbər
–
sallallahu aleyhi
və səlləm - buyurdu: «Kim evindən çıxarkən Allahın adı ilə, Allaha təvəkkül etdim.
Allahdan başqa güc və qüvvət sahibi yoxdur» deyərsə ona: «Hidayət edildin, qorundun
və himayə edildin» deyilər. Bunun üzərinə şeytan digər bir şeytana: «Hidayətə
yönələn, qorunan və himayə edilən bir kimsəni necə sapdırım?» deyər
300
.
VƏHHAB
əl-Vəhhab
–
Bu İsim bəxş etmək, ərməğan etmək, qarşılıqsız vermək və ehsan
etmək mənasında gələn Və-Hə-Bə kökündən gəlməkdədir. «Yoxsa sənin yenilməz
qüvvət və kərəm sahibi olan Rəbbinin rəhmət xəzinələri onlara məxsusdur». (Sad 9).
«Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə
(azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən,
doğurdan da, bəxşiş verənsən!». (Ali İmran 8). Allah heç bir qarşılıq gözləmədən, heç
bir amac güdmədən bəxşiş verəndir. Allahın Vəhhab isminin olduğuna inanan kimsə
bütün ehtiyaclarında yalnız Allaha yönəlməli və Ona güvənməlidir.
299
Tirmizi 2344.
300
Tirmizi 3426, «Səhih Tirmizi» 3/151.