99
və Məcid İsimləri bir yerdə
2 ayədə zikr olunmuşlar.
«O, həmd (övülməyə layiq)
olandır, Məciddir». (Hud 73).
MUHİT
əl-Muhit
–
«Bil ki, Allah hər şeyi ehtiva (əhatə MUHİT) edəndir». (Fussilət 54).
Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «
Muhit
–
Ondan qaçmaq mümkün
olmayandır. Elmi, gücü qüdrəti bütün varlılıqları əhatə edəndir.
«Onun hər şeyi elmi
ilə əhatə etdiyini». (ət-Taləq 2). Allah elmi ilə hər bir şeyi bilir. O, elmi ilə bütün
bilikləri, görməsi ilə bütün görünənləri, eşitməsi ilə də bütün eşidilənləri əhatə edir.
Hər şey Ona boyun əymişdir.
MUHSİN
əl-Muhsin
272
–
Yaxşılıq edən, xeyirxah işlər görən, minnət etmədən verən
deməkdir. Əhsənə felindən ismi fail olaraq alınmışdır. Qurani Kərimdə İsim olaraq
deyil fel olaraq keçər. «O, mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı».
(Yuxuf 100). Əbu Yəla Şəddad b. Əus
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Həqiqətən də Allah hər şeydə ehsanı
yazmışdır. Öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəsdiyiniz zaman gözəl bir
şəkildə kəsin. Sizdən (heyvan kəsən şəxs) bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı
rahatlasın»
273
.
Allahın İnsanlara Olan Ehsanı: Onları yoxdan var etməsi və onlara digər
varlıqlardan daha gözəl bir biçimdə yaratması. «Sizə surət verən və surətlərinizi
gözəlləşdirən
…
Allahdır». (əl-Mumin 64). Digər canlılardan fərqli olması, düşünə
bilməsi və hidayət yolunu görə bilməsi üçün ona ağıl verdi. «Biz ona hidayət yolunu
göstərdik. O, ya şükr edər, ya da nankorluq». (İnsan 3). «Sizə şükr edəsiniz deyə
qulaq, göz və qəlb verdik». (ən-Nəhl 78). İslama hidayət etməsi. Allahın quluna ən
böyük ehsanı budur. Vəhb b. Münəbbi
–
rahmətullahi aleyhi
–
deyir ki: Nemətlərin
başı üçdür. İlki İslam nemətidir. Bütün nemətlər yalnız bununla tamam olur. İkinci
nemət sağlamlıq nemətidir. Üçüncü nemətdə zənginlik nemətidir ki, bu nemət olmadan
həyatın dadı olmaz». Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «İnsanlardan
bir çoxunun qəflətdə olduqları iki nemət vardır (onların qədrini heç vaxt bilməzlər).
Sağlamlıqlarının və vaxtın»
274
. Onu Nəbiləri Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in ümmətindən etməsi. Bu ümmətin digər ümmətlərdən üstün olduğuna görə. «Siz
insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz». (Ali İmran 110). Onlara kitabı olan
Qurani Kərimi nazil etməsi və öyrətməsi. «Həqiqətəndə bu bir öyüd-nəsihətdir. Kim
istəsə Rəbbinə tərəf yol tutar». (Dəhr 29). «Bu nazil etdiyimiz mübarək bir kitabdır.
Ona tabe olun ki, bəlkə sizə rəhm olunsun». (əl-Ənam 155).
MUSAVVİR
əl-Musavvir
–
Surət verən deməkdir. «O, yaradan, yoxdan var edən və (hər şeyə)
surət verəndir (MUSAVVİR)». (əl-Həşr 24). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki:
272
əl-Albani «Səhih Hədislər Silsiləsi» 469.
273
Müslim 1955, AbdurRazzaq “Musənnəf” 4/392, əl-Albani “Səhih Cəmi” 1/129, “İrva” 7/293.
274
Buxari 6412.
100
«
Musavvir
–
istədiyinə istədiyi şəkili və biçimi verəndir». «Yaradanların ən gözəli
olan Allah ən ucadır». (əl-Muminun 14). «Sənə istədiyi surəti verdi». (əl-İnfitar 8).
Allah insanı anasının bətnində ikən onu üç mərhələdən keçirərək surət verir. Birinci
mərhələdə bir qan laxtası şəkilində olur, ikinci mərhələdə bir ət parçası şəkilində,
üçüncü mərhələdə isə bir şəkil və biçim olaraq yaradılır. Əbu Abdurrahmən Abdulla b.
Məsud - radıyallahu anhu
–
rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan
Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər birinizin yaradılışı
onun anasının qarnında qırx gün nütfə
275
şəklində olaraq bir yerə gətrilir. Sonra bu
müddət ərzində aləqa
276
şəklində olur. Sonra yenə bu müddət ərzində mudğa
277
şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı ki, ona ruh üflədikdən sonra dörd
xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt
olacağını (Başqa rəvayətdə: «Qulaqlarını, gözlərini, dərisini, ətini və sümüklərini
taradır)»
278
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Allah surət
yaradanlara lənət edib»
279
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu:
«Qiyamət günü insanlar arasında əzabı ən şiddətli olanlar Allahın yaratdıqlarına bənzə
bir şeylər yaratmaq istəyənlərə olacaqdır»
280
. Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
öz Rəbbindən buyurdu: «Mənim yaratdıqlarıma bənzər şeylər yaradanlardan daha
zalim kim ola bilər? Belə edənlər bacarırlarsa bir zərrə və ya bir dənə yaratsınlar!»
281
.
İbn Abbas - radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və
səlləm - buyurdu: «Surət çəkənlər oddadırlar. O, surətlərə ruh veriləcək ki, onlar da
(surət çəkənləri) cəzalandıracaqlar. Əgər sən bunu etmək istəyirsənsə onda canlı
olmayan (təbiət və s) şəkillər çək»
282
.
MUHSƏN
əl-Muhsən – İbn Həzm bunu zikr edir.
MUQADDİM – MUƏXXİR
əl-Muqaddim
–
əl-Muəxxir
–
Hər iki İsim Qurani Kərimdə zikr edilmir. Hətta
Muqaddim ismi fel olaraq da keçmir. Ancaq Muəxxir ismi Quranda fel olaraq keçir.
«Allah onların cəzasını yubadıb elə bir günə saxlayır ki, həmən gün gözləri
hədəqəsindən çıxar». (İbrahim 42). Hədislərdə isə İbn Abbas
- radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
gecə namazlarında İstfitah
dualarında buyurardı: «Ya Allahım!…
Mə Qaddəmtu Və Mə Əxxartu Və Əsrartu Və
Ələntu
–
əvvəldən etdiyim və sonradan etdiyim günahlarımı Allahım sən məğfirət
et!»
283
. Bu İsimlərdən yalnız biri ilə dua etmək caiz deyildir. İkisi də Allahın feli
sifətlərindəndir. Dilədiyini yüksəldən, dilədiyini də alçaldan, dilədiyini əziz edən,
dilədiyini də zəlil, dilədiyini Özünə yaxınlaşdıran, dilədiyini də uzaqlaşdıran O, olduğu
275
Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.
276
Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2).
277
Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdir.
278
Buxari, Müslim.
279
Buxari 10/293.
280
Müslim 2107.
281
Buxari 2953, Müslim 2111.
282
Buxari, Müslim.
283
Buxari 1120, Müslim 769.