404
insanlara görnüşünə (əməllərinə) görə Cəhənnəmliklərə aid pis əməllər edər. Halbuki
o, Cənnətlikdir»
1628
. Ənəs b. Məlik - radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Əgər Allah bir quluna xeyir diləyərsə onu
istəfadə edər". Biz: "Necə istifadə edər? Ya Rəsulullah" dedik. Peyğəmbər: "Ölüm
anında ona saleh əməl etməyə yardımçı olar" deyə buyurdu
1629
. Əbu Hureyrə -
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Həqiqətən elə bir kimsə vardır ki, uzun zaman Cənnət əhlinin əməlini edər. Lakin
sonra onun bu əməli Cəhənnəm əhlinin əməli ilə son olub möhürlənər. Kimisi də uzun
zaman Cəhənnəm əhlinin əməlini edər. Lakin sonra onun bu əməli Cənnət əhlinin
əməli ilə son olub möhürlənər»
1630
. Səhl b. Sad – radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
Xeybər günü müşrik Yəhudilərlə qarşılaşdı.
Bu döyüşdə səhabələrin içindən olan bir nəfər mərdanə düşmənlərə qarşı vuruşurdu.
Səhabələr: «Bu gün bizdən heç kimsə filankəsin göstərdiyi igidlik kimi igidlik
göstərməyib» dedilər. Peyğəmbər: «O, Cəhənnəm-likdir» deyə buyurdu. Səhabələrdən
biri onu izləməyə başladı. Nəhayət döyüş əsnasında o, kimsə ağır yaralandı və ağrıdan
ölmək istəyən o, kimsə qılıncının iti ucunu qarnına arxa tərəfini isə yerə diriyərək
üstünə sancıldı və öldü»
1631
. Müşriklər belə deyəcəklər: «Əgər Allah istəsəydı, nə biz,
nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan
əvvəlkilər də (öz Peyğəmbərlərini) belə təkzib etmişlər. Nəhayət əzabımızı daddılar».
Onlara de ki: «Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə
qapılır və yalan uydurur-sunuz». (əl-Ənam 148). Əgər qədər onların leyhinə dəlil
təşkil etsəydı, Allah onlara əzabını daddırmazdı.
2) Allahın sapdırdığı kimsənin irəli sürəcək hər hansı bir dəlili və ya bir iddiası
yoxdur. Çünki uca Allah irəli sürüləcək bir bəhanə qalmasın deyə Peyğəmbərlər
göndərmiş və qulun əməlini ona başa salaraq bunu qulun qazandığı olaraq təqdir
etmişdir. «Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla
qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha
qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa
165). Əgər Peyğəmbərlərə itaət etməyənlərin leyhinə qədər dəlil təşkil etsəydi,
peyğəmbərlərin göndərilməsi ilə bu dəlil ortadan qaldırılmamalıydı. Lakin əksinə
Allah peyğəmbərlər göndərməklə onlara pisi və yaxşını (halal və haramı) açıqlamışdır.
Haqq və batil bəyan edilmişdir. Onların isə qədəri dəlil göstərməkdə heç bir əsası
yoxdur.
3) Uca Allah əmr və qadağalar vermiş və ancaq gücü çata bilən şeylərlə onu
sorumlu etmişdi. «Allahdan (Allahın əzabından) bacardığı-nız qədər qorxun». (ət-
Təğabun 16). «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin
qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286). Əgər qul
əməllərini etməyə məcbur olsaydı, o halda gücü çatmayan və edilməsi mümkün
olmayan şeylərlə sorumlu olmuş olardı. Belə bir şey isə batildir. Çünki qul bilmədən,
unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan ötrü sorumlu
olmayacaqdır. İbn Abbas - radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu
1628
Müslim 2651.
1629
Tirmizi 2142, əl-Albani "Səhih".
1630
Müslim 2651.
1631
Buxari 6607, Müslim 112.
405
aleyhi və səlləm
–
buyurdu: «Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və
məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan keçib»
1632
.
4) Uca Allahın qədəri gizli bir sirdir. Qulun onu bilməsi ancaq etdiyi əməlin
meydana gəlməsindən sonra mümkün ola bilir. Qul həqiqi mənada faildir. Allah da
onların feillərini (əməllərini) yaradandır. Qul mömin, kafir, yaxşı, günahkar, namaz
qılan, oruc tutandır. O, halda iman və əməlləri yaradan da Allahdır. Qula öz əməllərini
edə bilməsi üçün qüdrəti, iradəni və seçmi də vermişdir. Onların qüdrətini və iradəsini
yaradan da Allahdır. Sonra da xeyr və şərri bir-birindən ayırd etmək üçün ağıl da
vermişdir. «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin
ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-
29).
5) Bizlər insanların dünya işlərində özlərinə uyğun olan işlərə yönəldiklərini, onları
əldə etməyə çalışdıqlarını, (xeyrli işləri) kənara qoyaraq uyğun olmayan (xeyri
olmayan) işlərə yönəlmədiklərini, uyğun işlərə yönəldiklərinə görə də qədəri dəlil
göstərmədiklərini görürük. Yaxşı, bəs nə üçün insan dini ilə əlaqəli xüsuslarda ona
fayda verən şeyləri (halalı) buraxaraq zərərli (haram) şeylərə yönələrək qədəri dəlil
göstərərək, mənim üçün belə yazılmışdır? Deyir. Hər iki işin durumu eyni deyildirmi?
Bu məsələ ilə bağlı açıqlama verək. Bir kimsənin qarşısına iki yol çıxır. Bunlardan biri
çətinliklərlə, əzab-əziyyətlərlə (ölüm, talan) qorxu və aclığın hökm sürdüyü bir ölkəyə
aparır. Digər yol isə rahatlıq, əzab-əziyyət olmayan ədalətli bir ölkəyə aparır. İnsan bu
iki yoldan hansını seçər? Əlbətdəki rahatlıq və ədalətli olan ölkəyə aparan yolu seçər.
Heç vaxt ağlı başında olan adam birinci yolu seçib bununlada qədəri dəlil gətirməz. O,
halda axirət ilə əlaqədar xüsuslarda nə üçün Cənnətə deyil məhz Cəhənnəmə götürən
yolu izləməklə qədəri dəlil göstərməkdədir.
6) Fərzləri tərk etməklə, qadağaları etməklə qədəri dəlil göstərən bir kimsənin
malını haqsızlıqla əlindən alsalar və ya ona qarşı haqsızlıq edilib və qədəri dəlil
göstərən kimsəyə: «Məni qınama, çünki mənim sənə olan bu haqsızlığım Allahın
qədəri ilədir». Onun belə bir iddiası qəbul edilməz. Yaxşı, bəs nə üçün başqasının ona
qarşı etdiyi haqsızlıqlara qarşı qədərin dəlil göstərilməsini qəbul etmirsə, Uca Allahın
haqlarını tapdalayaraq qədəri öz leyhinə dəlil göstərməsi necə düzdür? Möminlərin
əmri Ömər b. əl-Xəttab - radıyallahu anhu
–
nun dövründə oğurluq üçün əlinin
kəsilməsi hökmü verilmiş birisini gətirirlər. O, da əlinin kəsilməsi qərarını verdikdə
oğru: «Ağır ol! Ey möminlərin əmri. Mən Allahın qədəri ilə oğurluq etdim» dedi.
Ömər - radıyallahu anhu
–
da: «Bizlərdə ancaq Allahın qədəri ilə sənin əlini kəsirik»
deyə cavab verdi.
Qədərin əsli Allahın sirridir. O, haqda biliyə nə bir mələk, nə bir peyğəmbər, nə də
onlardan aşağı olan hər hansı bir insan sahib deyildir. Bu haqda dərinliyə dalmaq,
düşünmək və cürbəcür fikirlər yürütmək doğru deyildir. İbn Məsud - radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Qədərdən
danışanda susun»
1633
. Əli
- radıyallahu anhu
–
deyir ki, qədər Allahın sirridir. Onu
açmayasan. Kim qədərin dərinliyinə dalmaq istərsə gedəcəyi yol xüsran və
məhrumiyyətdir. Bu yolda xeyr əldə etməyib hidayətdən məhrum olar. Şişirdər və
həddi aşar. Çünki qədərin həqiqətini Allahdan başqa heç kəs bilməz. İnsanlar nə qədər
1632
İbn Macə, 2045; Beyhəqi, 7/356. əl-Albani «Mişkətul-Məsabih» 6293-cü hədis.
1633
Təbərani «Məcmul Kəbir» 10/223,224, Əbu Nuaym «Hilya» 4/108, əl-Lələkai «Şərhu Usuli Etiqad» 1/126, əl-
Albani «Səhih Hədislər Silsiləsi» 1/46.