406
düşünürlərsə düşünsünlər, qədərin həqiqətinə vara bilməzlər. Ancaq biz, Əhli Sünnə
vəl Cəmaat Allahın hər şeyi bildiyinə, yazdığına iman edirik. «Elmdə qüvvətli olanlar
isə: «Biz onlara inandıq, onların hamsı Rəbbimiz tərəfindəndir» deyərlər. Bunları
ancaq ağıllı adamlar dərk edərlər. (Ali İmran 7).
ALLAH - Subhənəhu Və Təalə
–
NİN İRADƏSİ
(İSTƏMƏSİ)
Əhli Sünnə Vəl Cəmaat iman gətirir ki, Allah - subhənəhu və təalə
–
istədiyini
edəndir. «O, istədiyini edəndir». (əl-Buruc 16). Allah nəyi istəmişsə onu da edir və
Ona mane olan bir şey də yoxdur. Məxluqa gəldikdə isə o, istədiyini edə bilmir. Çünki
bəzən görürsən ki, insan bir şeyi istəyir lakin onu etməyə aciz və qadir olmur. Bəzən də
bir şeyi etməyə qadir olduğu halda istəyir lakin onunla istədiyi şey arasına maneə girir.
Məxluq hər dəfə istədiyini edə bilmir. Lakin Allah istədiyini istədiyi vaxt «OL!»
deməklə edir. «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyurduğu ona ancaq:
«Ol!» deməkdir. O, da dərhal olar. (Yasin 82) və etdiyi şeylər barəsində soruşulmur.
«Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz. Onlar (bütün bəndələr) isə
sorğu-sual ediləcəklər». (əl-Ənbiya 23)
–
Bu ayədə sorğu-sual olunmaz – sözündən
qəsd Allahın etdiyi hər bir iş hikmətə uyğundur. Heç kəs deyə biməz ki, Allah bu işi
əbəs yerə edib. İnsanlar isə etdikləri işlər barəsində sorğu-sual ediləcəklər. Çünki onlar
hər bir işi hikmətlə edə bilməzlər.
Biz iman gətiririk ki, Allahın iradəsi (istəyi) iki cürdür: 1. Kovni İradə. 2. Şəri
İradə.
Kovni İradə
–
Allahın yaratması, əzəli qədər və s. başa düşülür. Allahın istədiyi şey
mütləq mənada olmalıdır. Olmaması mümkün deyildir. Kovni iradə baş verən hər bir
şeyi əhatə edir. İstər şərr olsun, istər xeyir. O, baş verən şeyin Allaha sevimli olması da
vacib deyildir. Məs: İblisin və əsgərlərinin var olmasını diləməsi kimi, insanların
etdikləri günahları, fahiş işləri Allah kovni olaraq istəyib. Lakin Allah kafirləri sevməz,
fasiqlər topluluğundan razı qalmaz, həyasızlığı əmr etməz, qullarının da kafir
olmalarına razı olmaz, fəsadı da sevməz. «Allah fitnə-fəsadı sevməz». (əl-Bəqərə 205).
«Yer üzündə təkəbbürlə gəzib dolaşma. Çünki sən nə yeri yara bilər, nə də (boyca)
yüksəlib dağlara çata bilərsən. Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən pis
şeylərdir». (əl-İsra 37,38). «Amma bəndələrinin küfr etməsi Ona xoş getməz». (əz-
Zumər 7). Allah təqva sahiblərini, ehsan edənləri, ədalətli olanları, iman edib saleh
əməl işləmələrini Allah kovni olaraq istəyir və həmçinin də bu əməllər Allaha
sevimlidir. Kovni iradə mütləq baş verir və onun gecikməsi də mümkün deyildir.
Həmçinin də bu baş verən şeyin də Allaha sevimli olması şərt deyildir.
Bəs onda Allah necə sevmədiyi bir şeyi istəyə bilər. Allahı məcbur edənmi var?
İnsanlar içərisində heç kəs istəmədiyi bir şeyi etmir. Lakin biz deyirik ki, heç kəs və
heç nə Allahı bu aləmdə məcbur edə bilməz. Lakin Allahın sevmədiyi bir şeyi
istəməsində xeyir vardır. Hansıki o, xeyir məsləhət xoşlamadığı bir şeydən daha da
üstündür. Məs: Kafirlərin küfrü. Əgər onlar küfr etməsəydilər Allahın yaratdıqlarında
etdiyi hikməti yoxa çıxardı. Əgər kimsə mömin, kimsə kafir olmasaydı artıq əmrlər və
qadağalar yoxa çıxardı. «Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah
nə etdiklərinizi görəndir!». (ət-Təğabun 2). «Əgər Rəbbin istəsəydi bütün insanları
tək ümmət edərdi
…
Artıq Rəbbinin: «Mən Cəhənnəmi bütün cinlər və insanlarla
407
dolduracağam!»
–
sözü təmamilə yerinə yetdi». (Hud 118,119). Allah ayədə buyurur
ki, Cəhənnəmi insanlar və cinlərlə doldurmaq kəliməsi artıq tam olaraq yerinə yetdi.
Əgər Allah onları müxtəlif yaratmasaydı Allahın vədi yerinə yetməzdi. Əgər insanlar
bir ümmət və bir dində olsalardı onda mömin və kafir bilinməzdi. «Məgər biz
müsəlmanları kafirlərlə eynimi tutacağıq!». (Nun 35). «Yoxsa Biz iman gətirib yaxşı
işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq. Yaxud Allahdan
qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik». (Sad 28). «Yoxsa
dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir
tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər!
Onlar nə pis mühakimə yürüdürlər!». (əl-Cəsiyə 21).
Əgər sizə sual verilsə ki, Allah məni hidayət yolundan uzaqlaşdırıb həlak yoluna
yönəldərsə O, mənə yaxşılıq edib, yoxsa pislik. Cavab: «Əgər O, sənə sənin haqqını
verməyibsə artıq pislik etmişdir. Əgər öz fəzilətindən verməmişsə o, da Allahın
rəhmətindəndir ki, qullarından istədiyinə verir. Məs: On kasıb sənin qarşında durub ki,
sən onlara nə isə verəsən. Sən də beş nəfərə nə isə verirsən. Sən vermədiklərinə
pislikmi etdin? Xeyr. O, beş nəfərə isə öz fəzilətindən istədiyinə verdin. Həmçinin
Allah da hidayəti fəziləti ilə istədiyinə verir. «Əgər Allah istəsəydi bu peyğəmbərlərin
ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillədən sonra bir-biriləri ilə
vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Onlardan bəziləri Allaha iman gətirdilər,
bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar.
Lakin Allah öz istədiyini edər!». (əl-Bəqərə 253). Onların döyüşmələri Allaha sevimli
deyildir. Lakin Allah kövni olaraq bunu istəyir. «Əgər Allah sizi azdırmaq istəyirsə
mən sizə nəsihət vermək istəsəm də heç bir faydası olmaz. O, sizin Rəbbinizdir və siz
Onun hüzuruna qaytarılacaqsınız». (Hud 34).
Şəri İradə
–
Şəri iradə Allahın sevdiyi, razı qaldığı, şəriət etdiyidir. Günahları və bu
günahları edənləri sevmir və insanlara da əmr etmir. Bunu Kovni qədər ilə yaratsa da
belə. Bundan razı deyil və sevmir. Başqa bir şey ola da bilməz. «Allah sizə
bilmədiklərinizi bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları göstərmək və
tövbələrinizi qəbul etmək istər. Allah hər şeyi biləndir və hikmət sahibidir! Allah
sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə
düz yoldan sapdırmaq istəyirlər. Allah istər ki, üzərinizdə olan ağırlığı
yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır». (ən-Nisa 26-28). «Allah sizi
çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini
tamamlamaq istər ki, bəlkə şükr edəsiniz!» (əl-Maidə 6). «Allah sizdən çirkinliyi yox
etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33). Şəri istək kovni istəyin tam
əksidir. Şəri istəkdə hər bir şey Allahın sevdiyi şeylərdir. Lakin şərrən istədiyi şey hər
zaman baş vərməyə də bilər. Məs: Allah istəyir ki, qullarının ibadət etmələrini, əmr
etdiklərini yerinə yetirməyi və qadağan etdiklərindən çəkinmələrini, mömin olmalarını
istəyir. Lakin bu hər zaman baş verməyə də bilər. Hamı mömin deyildir. Bu şəri
istəkdir. Lakin kovni istəklə Allah onların kafir olmalarını istəyir. Kovni istək də
mütləq baş verir. Allahın kovni və şəri iradəsi də hikmətə tabedir.
KOVNİ VƏ ŞƏRİ İRADƏ ARASINDA FƏRQ
1. Kovni iradə Allahın əzəli istəyi və yaratması ilə bağlıdır. Kovni iradə baş verir
Allah bu iradədən razı qalsa da, qalmasa da belə. Şəri iradə isə Allahın məhəbbəti, razı
qalması, şəriət etməsi ilə bağlıdır.