2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə58/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   54   55   56   57   58   59   60   61   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Neotomizm 
Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini–fəlsəfi təlimdir. Neotomizm 
XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun 
tərəfdarları təkidlə qeyd edirlər ki, «yalnız din nicat verə bilər», ən kəskin ictimai suallara yeganə 
cavab bundan ibarətdir ki, «xristianlıq ruhu həyatımıza daha təsirli nüfuz etməlidir». Əslində 
Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi 
kimi qəbul edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən ümdə 
əsası bundan ibartdir ki, allah aləmin xaliqi və külli– ixtiyar sahibidir. Neotomistlərin fikrincə, 
təbiət «ilahi ideyaların tətbiqi», tarix isə «ilahi planın həyata keçirilməsidir». Onlara görə, həqiqəti 
dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, 
elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin 
həqiqi mənəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, 
yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi 


68 
məsələsini irəli sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud 
aləmi yaradan allahdır. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə 
dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipial nəticələrini 
bu dini imanla uzlaşdırmalıdır. 
Tənqidi rasionalizm
əsrimizii 90-cı illərində postpozitivizmin ən inkişaf etmiş 
məktəblərindəndir. Onun banisi XX əsrin görkəmli filosofu Karl Popperdir (1902-ci ildə anadan 
olmuşdur). K.Popper təqidi rasionalizmi elmin əsas metodu və alimin davranışının ən rasioial 
strategiyası adlandırmışdır. K.Popperin "Məntiq və elmi biliyin artımı", "Obyektiv bilik", "Realizm və 
elmin məqsədi", "Açıq cəmiyyət və onun duşmənləri" kimi əsas əsərlərində elmi bilik, rasionallıq, 
elmi həqiqət, tarixi proses və onun inkişafı problemlərindən geniş bəhs edilir, bir sıra orijinal fəlsəfi-
sosioloji ideyalar irəli sürülür və əsaslandırılır. 40-50-ci illərin axırlarında o, marksizmi tənqid edərək 
sosial-reformizm ideyalarını irəli sürür. K.Popper marksizmi istorisizm adlandıraraq onun 
determinizmini Laplasın mexaniki determinizminə oxşadır və belə hesab edir ki, marksizmin yoxsulluğu 
da məhz bundan ibarətdir. K.Popper sosial inkişafda qanunlarla meylləri, onların qarşılıqlı 
münasibətlərini fərqləndirməyi irəli sürür. Onun fikrincə, qanun ümumi olduğundan, istənilən hadisədə 
fəaliyyət göstörir, meyl isə bu cür əlamətə malik deyildir. K.Popper tarixi materializmi tarixi reallığı 
sxemlə əvəz etməkdə günahlandırır. 
Fəlsəfi konsepsiya kimi 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə