2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə59/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   55   56   57   58   59   60   61   62   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

psixoanalizin
əsaslandırılması
 
Ziqmund Freydin adı ilə bağlıdır. 
Avstriyalı həkim– psixiatr Z.Freyd
 
(1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip 
səviyyəsinə qaldırdı. Freydə görə, seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı 
müşayiət edir, bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar meydana gəlir. 
Freydə görə, şüurlu «mən» iki obyektiv qüvvənin– «o» ilə cəmiyyət qaydalarının mübarizəsi 
meydanına dönür. «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial 
əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, 
təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə 
qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh 
edir. 
 
2-Dialektika varlığın universal əlaqələri və inkişaf 
haqqında təlimdir 
 
Dialektikanın özünəməxsus tarixi vardır. Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, 
funksional olan istənilən hərəkəti qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, 
istiqamətliliyi, sistemin keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları 
inkişaf kimi xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə 
yetirir və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir. Onlardan 
ən başlıcaları olan hərtərəflilik, tarixilik və ziddiyyətlilik prinsiplərini göstərmək olar. Dünya və 
idrakın öyrənilməsinə dair konsepsiyalardan və ya metodlardan ən qədimi metafizikadır. 
Metafizika yunanca fizikadan sonra mənasını verir və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin nəşriçisi 
samoslu Androninin elmə daxil etdiyi anlayışdır. O, Aristotelin varlığın və idrakın ümumi 
problemlərindən bəhs edən əsərlərini «Metafizika» adlandırmışdır. Metafizika təbiəti tədqiq 
etmək, öyrənmək metodu kimi Yeni dövr fəlsəfəsində formalaşmışdır. O, təbiəti öz tərkib 


69 
hissələrinə parçalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inkişafdan 
kənarda öyrənmək metodundan ibarət olmuşdur. 
Dünyanın fəlsəfi anlayış tərzi yalnız varlığın əsas “bloklarını” təqdim etmir, həm də onların 
müxtəlif əlaqəsini, inkişafını yenidən yaratmağı nəzərdə tutur. Lakin dünyanın bütöv nəzəri 
obrazını (əksini) yaratmaq çox çətin iş oldu. Bu məsələnin həll edilməsi əsrlərlə uzandı və 
inkişaf 
haqqında ən ümumi, yetkin və hərtərəfli təlim olan dialektikanın formalaşması
ilə sıx bir – birinə 
qarışdı. Çoxdan başlanan bu fəlsəfi axtarış indi də davam edir. Bir - birilə bağlı olan və bütöv 
dünyanın dərindən dərk edilməsi, onun dəyişməsinin və inkişafının mühüm ənənələrinin, elmlərin 
və praktikanın məsələlərinin başa düşülməsi üçün, bəşəriyyət qarşısında bu gün duran kəskin 
problemlərin həll edilməsi və dərk edilməsi üçün zəruridir. 
Dialektika yaradıcı mübahisə incəsənəti, inkişaf haqqında ən ümumi, yetkin və hərtərəfli təlimdir 
Dialektika (yunan sözü olub - dialektike techne - söhbət etmək, düşünmək, mühakimə etmək 
incəsənətidir) anlayışı fəlsəfə tarixində müxtəlif mənalarda işlənmişdir. O, qədim yunan 
mədəniyyətində yaranmışdır - burada antik demokratiyanın inkişafı ilə mübahisə etmək, sübut 
etmək, inandırmaq, öz düzgünlüyünü əsaslandırmaq və bununla dövlət, məhkəmə və başqa işlərin 
müzakirəsində çoxlu tərəfdarlar əldə etmək yüksək qiymətləndirilməyə başlandı. B. e. ə. V əsrin 
sonu IV əsrin əvvəllərində dialoq aparmaq böyük ustalıq və xüsusi hazırlıq tələb edirdi. Antik 
təsəvvürlərə görə, dialoq incəsənəti tələb edir ki, onun iştirakçıları bir - birinə suallar versinlər, 
alternativ nöqteyi - nəzəri anlamağa cəhd etsinlər və öz şəxsi mövqelərinin üstünlüyünü sübut 
etsinlər. Mühakimə müsahibləri ayıran bir fikirdən başqa fikrə doğru hərəkət edir - bu vaxt 
qarşılıqlı razılaşma əsasında onların baxışlarının qətiliyi zəifləyir, yumşalır, mövqeləri yaxınlaşır 
və daha düz olur. Nəticədə birtərəfli fikirlər, mülahizələr dəf edilir, müxtəlif nöqteyi - nəzərlər 
nəzərə alınır, siyasi və ya başqa hadisələrin, hüququ, əxlaqi normaların və s. daha düzgün 
anlaşılması işlənib hazırlanır. Dialektika deyərkən, mübahisə incəsənəti, diskussiya, müzakirə 
olunan mövzunu yaradıcı inkişaf etdirmək bacarığı başa düşülürdü.
 
İctimai polemika (mübahisə) praktikası dialoqun böyük ustası, polemika prosesində fikrin 
inkişafına bir sıra ümumi üsullar işləyib hazırlamış 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə