2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə67/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   63   64   65   66   67   68   69   70   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

b) forma və məzmun.
 
Varlığın nizama salınması haqqında təsəvvürlər hələ qədim fəlsəfi təlimlərdə -məsələn
harmoniya haqqında təlimi (pifaqorçular), dünyanın quruluşu ideyasını (stoiklər) xatırlayaq- 
təşəkkül tapmışdır. Onları sistemli təsəvvürlərin ilk müjdəçiləri hesab etmək olar. Antik fəlsəfi 
təlimlərdə dünyanın və onu təşkil edənlərin nizama salınmasının başa düşülməsinə kömək edən 
anlayışlara həm də 
forma 
anlayışı xidmət edirdi. O, varlığın müxtəlif növlərinin (onların 
quruluşunun, təcəssüm etməsinin, kökündən dəyişdirilməsinin) mövcud olamsı üsullarını 


77 
ümumiləşmiş şəkildə ifadə edirdi. Forma kateqoriyası antik dövrün daha da inkişaf etmiş və hər 
şeyi əhatə edən sistemində - Aristotel fəlsəfəsində - əsas yeri tuturdu. Onun tərəfindən forma 
anlayışı ona əks olan anlayışlarla – nizama salınmağa, müəyyən şəklə salınmağa aid olanları ifadə 
edən anlayışlarla - daimi əlaqədə düşünülür və işlədilirdi.
Məzmun bu və ya digər cismi, hadisə və proseslərin əsas növünü, xarakterlərini müəyyən edən 
müxtəlif elementlərin, cəhətlərin məcmusudur. Forma mövcudluq üsulu, inkişaf üsulu, məzmunun 
ifadəsidir. Forma və məzmun eyni cism və hadisənin müxtəlif, lakin bir-birilə sıx bağlı olan 
tərəflərini ifadə edir. 
“Məzmun” və “forma” kateqoriyalarının dürüst, açıq tərifini vermək asan deyildir. Bu 
anlayışlar qədimdir, müxtəlif mənalıdır, qarışıq əhəmiyyət kəsb edəndir. 
Məzmun
dedikdə bu və 
ya digər predmetin, hadisənin, proseslərin əsas tipini, xarakterini müəyyən edən müxtəlif 
elementlərin və onların qarşılıqlı fəaliyyətinin məcmusu başa düşülür. Məsələn, hər hansı 
istehsalın məzmunu - müəyyən məhsulun hazırlanması, kinofilmin məzmunu – onun süjetidir 
(hadisələr, qəhrəmanların xarakteri, hərəkəti, həyəcanı, həll olunan problemlər).
 Forma -
bu və ya 
digər məzmunun nizama salınması prinsipi, mövcudluq üsuludur. İstehsalat üçün bu əməyin təşkili 
ola bilər, bədii əsər üçün – onun kompozisiyası, müxtəlif üsulları, hissin, fikrin, ideyaların ifadə 
olunması texnikasıdır.
“Məzmun” və “forma” – dialektik anlayışlardır. Onlar eyni predmetin müxtəlif, ancaq qırılmaz 
sürətdə bağlı olan aspektlərini ifadə edirlər: Hegel izah edirdi ki, məzmun müəyyən şəklə salınıb 
(formalaşdırılıb), forma isə məzmunludur. Forma hadisələrin inkişafında müəyyən mərhələni 
möhkəmləndirir - bununla da dəyişikliklərin toplanması və sonrakı inkişafın imkanlarını təmin 
edir. Daha bir an: dünyanın müxtəlifliyi öz ifadəsini predmetlərin və proseslərin müxtəlifliyi 
formasında tapır. Bu olduqca ümumi fəlsəfi ideyanı müxtəlif materiallarla konkretləşdirmək olar. 
Belə ki, cəmiyyətinin yeniləşdirilməsi ideyası qanunverici, təşkilati möhkəmləndirmə onların 
təsərrüfat - sosial "mexanizmlərdə" təcəssümünü tələb edir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə