2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Varlığın universal əlaqəsi-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə63/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   59   60   61   62   63   64   65   66   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Varlığın universal əlaqəsi- 
Dialektikada mühüm yeri hadisələrin ən ümumi qarşılıqlı əlaqəsi 
ideyası tutur. Şeylərin, hadisələrin əlaqəsi faktının özünü görmək çətin deyildir: həyat hər saat, hər 


73 
dəqiqə buna çoxlu misallar göstərir. Çətin anlaşılan odur ki, hadisələrin qarşılıqlı asılılığı, bir 
hadisənin digərinə keçidi hərəkət edən materiyanın ən ümumi xassələrini əks etdirir, obyeklərin 
ümumdünya universal əlaqələrinin təzahürü kimi çıxış edir. Bəşəriyyət bu ideyaya doğru uzun və 
çətin yol keçmişdir. Dialektikanın diqqət mərkəzinə çoxdan bütün varlığı əhatə edən 
universal 
əlaqə
düşmüşdür. Məsələn, antik fəlsəfənin mərkəzi problemlərindən biri - üzərində düşünməklə 
dialektik incəsənətin formalaşdığı - “təkcə və çoxlu” problemi olmuşdur - o bu gün də öz 
əhəmiyyətini itirməmişdir. 
 
Ölkələrin, xalqların, adamların və ümumbəşəri dəyərlərin, maraqların, mənafelərin fərqi - bu 
“əbədi” problemin müasir təzahürlərindən biridir. Əsrlər boyu o yeni görkəm almışdır: təkcə və 
ümuminin, hissə və tamın, invariantlıq və növün dəyişdirilməsi və s. Varlığın bu cür universal 
əlaqəsi dialektikanın mühüm predmeti oldu. Varlığın mürəkkəb, elastik (zirək), ziddiyyətli 
universial əlaqəsinin dərk edilməsi formasına 
dialektikanın kateqoriyaları
xidmət edir. 
Kateqoriyal əlaqə tədricən dialektik qanunauyğunluq kimi başa düşülmüşdür. 
 
3-Dialektikanın kateqoriyaları: təkcə, xüsusi və 
ümumi, mahiyyət və hadisə, məzmun və forma 
kateqoriyaları 
 
Dialektikanın kateqoriyaları - f
əlsəfi təfəkkür hadisələrin, proseslərin hər hansı ayrıca 
növlərinə deyil, bütün varlığa xas olan ən ümumi xüsusiyyətləri, münasibətləri açır. Bu cür biliklər 
insan təfəkkürünün universal formalarında-kateqoriyalarda ifadə olunur. Varlığın universal 
əlaqəsinin, onların mürəkkəb, elastik, ziddiyyətli inkişaf gedişində başa düşüldüyü fəlsəfi 
anlayışlar dialektikanın kateqoriyaları qrupunu yaradır. Onların qarşılıqlı əlaqəsi bacarığın, 
tədqiqatların ən ümumi prinsiplərini ifadə edir. 
Kateqoriya-
yunan sözüdür, mülahizə, fikir, dəlil deməkdir. Fəlsəfi kateqoriyaların mahiyyəti 
və spesifikasını aydınlaşdırmazdan əvvəl obyektiv aləmin inikası və idrak formaları olmaq 
etibarilə ümumiyyətlə kateqoriyaların nədən ibarət olduğunu müəyyən etmək lazımdır. 
Kateqoriyalar anlayışlardan əmələ gəlmişdir. Bütün təfəkkür formaları arasında anlayış xüsusi yer 
tutur. Anlayış insan şüurunun mücərrədləşmiş fəaliyyəti nəticəsində yaranır. Deməli, anlayış tə-
fəkkürün elə bir formasıdır ki, onun vasitəsilə cisim və hadisələrin ən əhəmiyyətli əlamətləri, əlaqə 
və münasibətləri ümumiləşdirilmiş şəkildə əks olunur. Anlayış biliyin yekunu, toplusudur-
anlayışın digər inikas formalarından üstünlüyü də bundadır. Anlayış təfəkkürün ən yüksək 
formasıdır. Lakin dünyanın elmi cəhətdən dərk olunması kateqoriyalı təfəkkürə əsaslanır- 
kateqoriyalı təfəkkür insanın hər cür adi təfəkkürünə xas olsa da, elimdə daha dəqiq və hərtərəfli 
məzmuna malikdir. 
Kateqoriyaların funksiyası obyektiv aləmin qanunauyğun əlaqələrini, münasibətlərini əks 
etdirməklə gerçəkliyin əməli mənimsəmənin nəzəri əsası olmasındadır. Bir halda ki, kateqoriyalar 
elmi anlayışlar sistemini müəyyən edir, onda deməli, hər bir elmin öz kateqoriyaları vardır. Hər 
bir elm bu kateqoriyalardan istifadə etməklə onlara əsaslanır. Buna əsasən kateqoriyaları iki qrupa 
bölmək olar: bunlardan biri, aləmin müəyyən sahələrinin ümumi ziddiyətlərini və əlaqələrini əks 
etdirən xüsusi elmlərin kateqoriyalarıdır. Məsələn, biologiyada “həyat”,”zülal”,”bitki”, ”kimyada 
valentiklik”, ”ünsür”, ”fizikada kütlə”, ”faton”, ”element”, ”etikada vicdan”, ”borc” və s. 


74 
göstərmək olar. 
İkinci qrup kateqoriyalar isə təbiət, cəmiyyət və təfəkkürün ən umumi inkişaf qanunları 
haqqında elm olan fəlsəfənin kateqoriyalarıdır. Qeyd etmək lazımdır ki, fəlsəfi biliklər sisteminə 
kateqoriyalardan ilk istifadə edən qədim yunan filosofu Aristotel olmuşdur. Bir sıra filosoflar isə 
fəlsəfədə kateqoriyalardan istifadə olunmasına qarşı çıxmışdırlar. Məsələn, ingilis filosofu B. 
Rassel göstərirdi ki, mən Aristoteldə, Kantda və Hegeldə “kateqoriyanın” nəyi ifadə etdiyini heç 
vaxt başa düşməmişəm və mən şəxsən inanmıram ki, ”kateqoriya” fəlsəfə üçün hansı bir dərəcədə 
isə gərəkli olsun. Əlbəttə, B. Rasselin bu fikri ilə qətiyyən razılaşmaq olmaz. Çünki fəlsəfənin 
kateqoriyaları, məsələn, ”materya”, ”məkan”, ”zaman”, ”hərəkət”, ”kəmiyyət”, ”keyfiyyət” və s. 
istisnasız olaraq bütün “cism” və “hadisələrə” tətbiq olunur. Fəlsəfənin kateqoriyaları cism və ha-
disələri, eləcə də qanun və qanunauyğunluqları dərk etmək prosesində elə pillələr və düyün 
nöqtələridir ki, bunların vasitəsilə dərk etmə prosesi mümkün olur. Fəlsəfənin bir çox kateqoriya-
ları vardır, lakin burada fəlsəfənin cüt kateqoriyalarından bəhs olunacaqdır. Onu da qeyd etmək 
lazımdır ki, cüt kateqoriyalar da iki qrupa ayrılır: 
universal əlaqələrin kateqoriyaları və struktur 
əlaqələrin kateqoriyaları.
Dialektika üçün bütöv hadisələrin, proseslərin “qütb” tərəflərini əks etdirən 
cüt 
kateqoriyaların
formalaşması xarakterdir. “Səbəb - nəticə”, “zərurət - təsadüf”, “imkan - 
gerçəklik” və başqalarının münasibətlərinin dialektik xarakteri əks, lakin qırılmaz bağlı olan 
anlayışlarda, onların vəhdətində, bir - birinə keçməsində, qarşılıqlı fəaliyyətində ifadə olunur. 
Dialektikanın kateqoriyalarının uyğunlaşması, bir - birini tamamlaması varlığın canlı 
hərəkətliliyini, keçidini, ziddiyyətini əks etdirməyə qadir olan universial anlayışların hərəkətli 
qovşağını yaradır. Təfəkkürün qəti formalarında bunu etmək olmaz.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə