2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə62/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   58   59   60   61   62   63   64   65   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

inkişafın 
aydınlaşdırılmasında prinsipial çətinliklər meydana çıxır. 
İnkişaf ideyası - 
insan şüurunda əsrlər boyu toplanıb. Elə vaxt var idi ki, inkişaf haqqında 
baxışlar ümumiyyətlə mövcud olmamışdır. Bunun üçün inkişaf edən obyektlər haqqında konkret 
biliklər (geoloji, bioloji və.s) çatışmırdı. Kosmosa əlaqəli tam, bütövlük kimi baxan antik 
dialektika ən çox bir hadisənin yaranması və başqasına keçməsi ilə maraqlanırdı. Onlar hesab 
edirdilər ki, inkişaf prosesində təşəkkül tapmaq əksliklərin qarşılıqlı hərəkəti və qarşılıqlı sürətlə 
bir - birinə keçməsini nəzərdə tutur: soyuq və isti, quru və nəm, işıq və qaranlıq, çox və təkcə, 
xeyir və şər. Dünyanın fasiləsiz hərəkət edən, dəyişkən olan, bütün hadisələrin isə qarşılıqlı surətdə 
əlaqəli olduğunu, bir - birinə keçdiyini düzgün təsəvvür edən yunanlar, eyni zamanda inkişafı 
prinsipcə yeni, nəyinsə daimi yaranması, dönməzliyi kimi anlamağa qədər qalxa bilməmişlər. Bu 
onların mədəniyyətinin, dünyagörüşünün xüsusiyyəti ilə izah olunur.
 
Dünyanın inkişafı ideyasında mühüm addımı
 Dekart
atmışıdır. O, belə hesab edirdi ki, Allah 


72 
dünyanı yaradaraq ona impuls, təkan vermişdir, bu ona bənzəyir ki, saat düzəldən saatı kökləyir, 
ona hərəkət etməyi xəbər verir. Bu təkanı alan təbiət yeni forma yaratmaqla “ilkin xaoslardan azad 
olmağa” başladı. Dekartda inkişaf anlayışı cəmiyyətə tətbiq edilmir. Lakin burjua inqilabları dövrü 
bu haqda da düşünməyə vadar etdi, tarixə maraq oyatdı. Fransız maarifçiləri 
Volter və Russo
inqilabi dəyişikliklər mərhələlərinin də daxil olduğu 
tarixi inkişaf
ideyasını irəli sürdülər. 
Kondorse
ictimai inkişafın üstün forması kimi 
fasiləsiz tərəqqi
haqqında təlimlə onların baxışlarını 
təkmilləşdirdi. Bütün bu mütəfəkkirlərdə cəmiyyətin inkişafının hərəkətverici qüvvələri mənəvi 
amillər (mənəvi, dini və s. ideyalar) oldu.
Müxtəlif fərziyyələrin təhlili və inkişaf nəzəriyyəsinin formalaşması klassik alman 
fəlsəfəsində həyata keçirilmişdir. İnkişaf anlayışını Günəş sisteminə və digər ulduzlar aləminə 
tətbiq edən 
Kant
bununla yanaşı mənəvinin inkişafı haqqında, insanın sosial (ictimai) inkişafı 
haqqında məsələ qoydu. Onun şagirdi 
Herder
xalqaların və mədəniyyətlərin tarixi inkişafına 
ardıcıl baxılmasına ilk cəhd etmişdir. 
İnkişafın bütöv konsepsiyasını, ilk növbədə obyektiv idealizm mövqeyindən bəşəriyyətin 
tarixi inkişafını 
Hegel
işləyib hazırladı. Təfəkkürün Hegel üsulu bütün başqa filosofların təfəkkür 
üsulundan böyük tarixi duyum qabiliyyəti - onun əsasında yerləşir - ilə fərqlənirdi. O ilk dəfə 
tarixin inkişafını, onun daxili əlaqəsini göstərməyə cəhd etmişdir. Hegel təlimi fikirlərin böyük 
naliyyətidir, o, inkişafın fəlsəfi anlaşılmasını xeyli inkişaf etdirmişdir. Bununla yanaşı o növbəti 
ciddi addım - Marks və Engels tərəfindən materialist dialektikanın işlənib hazırlanmasına - üçün 
zəruri ilkin şərt olmuşdur. Marks və Engelsin materialist dialektikası - təbii, ictimai, məniv hadi-
sələrin inkişafı haqqında zəngin, tutumlu təlim idi.
Elmi biliklərin formalaşması həm də hadisələrin müvafiq sahəsinin 
qanunlarının 
müəyyən 
edilməsi ilə əlaqədardır (bağlıdır). Hegel 
dünyanın və idrakın universal əlaqəsini əks etdirən 
qanunauyğunluqların məcmusunu
yaratmışdır. Dialektika dialektik qanunauyğunluqlar haqqında 
biliklər formasında təqdim olundu. Bundan başqa nəzəri sistem özündə 
prinsipləri -
məzmunu 
sanki bütün nəzəriyyəyə “daxil olan”, onun ümumi istiqamətini, məğzini müəyyən edən 
müddəaları, fikri özündə birləşdirir. Hegel dialketikasının bu cür prinsipal ideyası kimi hadislərin 
universal əlaqəsini, əksliklərin vəhdəti və dialektik inkar vasitəsilə inkişaf ideyalarını ayırmaq olar. 
Dialektika və doqmatizm (ehkamçılıq) -
 
dünyanı sadələşdirmədən, kobudlaşdırmadan, 
fasiləsizliyini dayandırmadan, canlıları keyləşdirmədən (cansızlaşdırmadan) onu anlamaq olmaz. 
Təfəkkürün “texnikası” belədir: insan düşüncəsi onların ifadə olunduğu reallığa nisbətən daha 
sabitdir və böyük diskretliyə malikdir. Məsələn, preparat (elmi tədqiqat, müalicə və s. üçün xüsusi 
hazırlanmış orqanizm və ya maddə) halına salınmış metodla orqanizmin öyrənilməsi vaxtı 
tədqiqatçının diqqətindən orqanizmin canlı fəaliyyəti sürüşə (diqqətindən yayına) bilər. Varlığın 
fikrən “preparat halına salınmasında” da buna oxşar şey olub və olur; onu başa düşmək üçün real 
aləmin “nəbzinin vurmasına” uyğunlaşmağa imkan verən metod lazımdır. 
Fikrin “cərrah bıçağı” (neştər) qarşısında həssas, zəif, nəzəri dərketmə prosesində hər şeydən 
asan parçalanan bütün şeylərdən tez varlığın dəyişkənliyi, eyni zamanda onu təşkil edənlərin 
müxtəlifliyi, vəhdəti, bütövlüyü oldu. Bununla belə onlardan biri digəri ilə sıx bağlıdır: çətinlik 
dünyanı deşib keçən və hadisələrin, inkişafın qarşılıqlı fəaliyyətini təmin edən 
əlaqələrin dərk 
olunmasındadır. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə