2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə64/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   60   61   62   63   64   65   66   67   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

a) təkcə və ümumi 
Maddi aləmdə hər bir cism və hadisə özünəməxsus xüsusiyytlərə görə digərlərindən fərqlənir 
və öz varlığında fərdilik təşkil edir. Həyatda iki elə cism və hadisə yoxdur ki, onlar mütləq mənada 
bir-birinin eyni olsun. İki bir- birinə oxşar cisim olduqda el arasında işlədilən “elə bil bir almadır 
yarı bölünüb” ifadəsinin olmasına baxmayaraq, bütün cism və hadisələr öz fərdiliyinə, 
təkrarolunmazlığına görə bir-birindən fərqlənir. Məsələn, hər hansı bir ağacın iki yarpağına nəzər 
yetir- sək onların bir-birindən Günəş şüalarını udmalarına görə, ölçülərinə, rənglərinə, formalarına, 
çəkilərinə və s. görə nə qədər fərqli olduqlarını görmək olar. Əlbəttə bütün bunlar həmin 
yarpaqların aldıqları işiğın, qidanın, istiliyin miqdarının müxtəlifliyi ilə əlaqədardır. Deməli, hər 
bir cism və hadisə özlüyündə “təkcə”dir. Təkcə kateqoriyası nisbi ağırlığı, diskretliyi ifadə edir. 
Hər bir “təkcə” təkrar olunmaz kəmiyyət və keyfiyyət müəyyənliyinə malikdir.
Lakin qeyd etmək lazımdır ki, hər bir cism və hadisə özünəməxsus xüsusiyyətləri ilə yanaşı 
elə xüsusiyyətlərə də malikdir ki, həmin xüsusiyyətlər onu digər cism və hadisələrlə əlaqələndirir. 
Məsələn, hər hansı bir gülün özünəməxsus yarpağı, xüsusi şəkildə birləşmiş ləçəkləri, rəngi və 
qoxusu vardır. Lakin həmin gülü bağda bitən digər güllərlə müqayisə etdikdə, onlarda fərqli 
cəhətlərlə yanaşı oxşar cəhətlərin də olduğunu görmək mümkündür. Bu da onların hamısının 
toxumdan əmələ gəlməsi ilə, onların hamısının böyümə və inkişaf prosesində eyni mərhələləri 
keçməsi ilə əlaqədardır. Həmin ümumi cəhətlər, oxşar əlamətlər “ümumi” kateqoriyası ilə ifadə 
olunur. Məsələn, biz dedikdə ki, ”gül bitkidir, gül-təkcə ayrıca bir cismdir. ”Bitki”-isə ümumidir. 
Müəyyən bağda bitən gülün özünəməxsus təkrarolunmaz xüsusiyyətləri olduğu kimi həmin növ 
bitkilərə, bütün güllərə xas olan ümumi əlamətlər də vardır. Deməli, gül hər hansı bir konkret bir 
gülə nisbətən ümnumi, bitkiyə nisbətən isə təkcədir. 
Onu da qeyd etmək lazımdır ki, ”təkcə”nin tək bir cismi və ya hadisəni ifadə etməsi heç də 
zəruri deyildir. Bəzən “təkcə” öz quruluşuna, funksiyasına, mənşəyinə görə, bütöv halda birləşmiş 


75 
bir neçə cism və hadisəni ifadə edə bilir. 
Təkcə
ilə öz məkanı, zamanı və digər xassələri ilə digər, o cümlədən özünə oxşar 
predmetlərdən, hadisələrdən, proseslərdən fərqlənən ayrıca predmet, hadisə, proses xarakterizə 
olunur. 
Ümumi
– təkcə predmetlərin, bir sıra münasibətlərdə onların birtipliyini, eyni tip hadisələrə 
və ya əlaqələrin vahid sisteminə aid olan xarakterinin obyektiv mövcud olan oxşarlığıdır.Təkcə və 
ümuminin əlaqəsi hər şeyi əhatə edən xarakter daşıyır: ona bütün hadisələr, predmetlər, proseslər 
daxildir. Onlar insan təfəkkürü üçün də sanballıdır. “Təkcə-ümumi” munasibətləri nöqteyi-
nəzərindən dünyanın dərk edilməsi predmetləri müqayisə etmək, onların oxşarlığını və fərqini
birtipliliyini və müxtəlifliyini aşkar etmək bacarığını, real predmetlərin ayrıca, təkcə xarakterini 
dərk etmək, onları təsnif etməyi güman edir. Bu və ya başqa, bənzər, prinsipial, fərqli və s. ifadələr 
bu dediklərimizə əlavədir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə