2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə70/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   66   67   68   69   70   71   72   73   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Təsadüf və zərurət. Zərurəti - 
hadisələrin elə birmənalı şərtlənmiş əlaqəsi adlandırırlar ki, səbəb 
hadisənin baş verməsi mütləq müəyyən nəticə hadisəni törədir.
Təsadüf - 
zərurətə zidd olan 
anlayaşdır. Təsadüfi səbəb və nəticənin elə əlaqəsi adlandırırlar ki, bu vaxt səbəbiyyət əsası 
mümkün olan çoxlu alternativ nəticənin hər hansı birinin həyata keçməsinə yol verir. Bununla belə 
əlaqənin hansı variantının həyata keçməsi vəziyyətdən, dəqiq hesablamaya və təhlilə gəlməyən 
şəraitdən asılıdır. Beləliklə, təsadüfi hadisələr qeyri – müəyyən böyük saylı müxtəlif və dəqiq 
məlum olmayan səbəblərin bəzilərinin qarşılıqlı təsiri (fəaliyyət) nəticəsi kimi baş verir.Təsadüfi 
nəticə hadisənin olması prinsipcə mümkündür, ancaq qabaqcadan müəyyən edilməmişdir, o baş 
verə də bilər, verməyə də bilər.
 
Təsadüfin qabaqcadan bilinməməsi sanki səbəbiyyət prinsipinə ziddir. Lakin bu belə deyildir, 
ona görə ki, təsadüfi hadisələr və səbəbiyyət əlaqəsi - əvvəlcədən dəqiq məlum olmayan, ancaq 
real mövcud olan və dəqiq müəyyən olan şərait və səbəbin nəticəsidir. Onlar xaotik və ya "heç 
nədən" yaranmır: düzdür onların yaranması imkanı qəti və birmənalı olmasa da səbəbiyyətin əsası 
ilə qanunauyğun bağlıdır. Bu əlaqə və qanunlar böyük sayda eyni tipli təsadüfi hadisələrin 
öyrənilməsi ilə aşkar olunur - həm də riyazi statistika - aparatının köməyi ilə izah olunduğundan o 
statistik adlandırılır. 
Statistik qanunauyğunluq
obyektiv xarakterə malikdir, lakin təkcə 
hadisələrinin qanununauyğunluqlarından köklü sürətdə fərqlənir. Təhlilin kəmiyyət metodunun 
tədbiqi və təsadüfi prsoseslərin statistik qanunlarına tabe olan xarakterlərinin hesablanması onları 
riyaziyyatın xüsusi bölməsinin – ehtimal nəzəriyyəsinin predmetinə çevirdi.
Ehtimal – 
təsadüfi hadisələrin baş verməsi imkanının ölçüsüdür.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə