2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


 Dəyişikliyin “ziddiyyətliliyi”-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə73/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   69   70   71   72   73   74   75   76   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

22. Dəyişikliyin “ziddiyyətliliyi”-
Hərəkətə dialektik yanaşma onda 
fasiləlik və fasisəsizlik
“qütb” 
anlarının olduğunu başa düşməyə imkan verir. Fasiləlik və fasiləsizliyin vəhdəti dəyişikliyin bütün 
növlərini xarakterizə edir. Hər bir dəyişiklik prosesində bir - biri ilə sıx bağlı olan, bir - birinə 
keçən dövrü, mərhələni ayırmaq olar. Məsələn, normal fəaliyyət göstərən cəmiyyətin həyatı 
fasiləsizdir, ancaq bu fasiləsizlikdə insan nəsillərini, fərdi ayırmaq olar. Say sıralarını onların 
müəyyən bir - birini əvəz etməsində sıranın üzvləri təşkil edir. Bu və ya digər sıra üzvlərinin 
ayrılması onun fasiləliyini ifadə edir. Sıranın fasiləsizliyini, onun vəhdətini, deyək ki, sıranın 
formulu (qanunu) ifadə edir. 
 
Dəyişiklik prosesində sabitlik və dəyişkənliyin xarakterik əksliyi də aşkar olunur; bu hər iki 
an antik dövrdən başlayaraq müxtəlif fəlsəfi təlimlərdə qeyd olunub. Engels qeyd edirdi ki, hərəkət 
öz ölçüsünü ona əks olan - sükunətdə tapmalıdır, nisbi bərabərsizlik, sabitliksiz inkişaf ola bilməz. 
Sabitliyi predmetlərin (hadisələrin, proseslərin) müəyyən vaxt ərzində öz keyfiyyət müəyyənliyini: 
strukturunu, mühüm xarakterini saxlamaq (o cümlədən onlara xas olan hərəkət vəziyyətini) 
bacarığı kimi müəyyən etmək olar.
Bu artıq mexaniki yerdəyişmə üçün gücə malikdir:cisimlərin 
hərəkəti haqqında o vaxt danışmaq olar ki, cisim hərəkət prosesində nə isə başqa şeyə çevrilmir, 
cisim kimi qalır; bundan başqa o həm də hərəkət vəziyyətini saxlamalıdır. Sabitlik dəyişikliyin 
saxlanması və toplanması, sistemin mürəkkəbləşməsinin, inkişafının, müxtəlif mərhələlərin 
varisliyinin (ardıcıl surətdə birindən digərinə keçmə) zəruri şəraitinə xidmət edir. Lakin məhz nisbi 
sükunət vəziyyətinin, tarazlığın, müvazinətin, sabitliyin inkarı nəticəsində dünyada yeni yaranır. 
Sabitlik və dəyişkənlik bir - birini tələb edir (şərtəndirir), onları qırıb atmaq, ayırmaq olmaz. Bu 
anlardan hər hansı birinin mütləqləşdirilməsi real mənzərənin təhrif olunmasına aparır. 
Eyniyyət və fərq – hər hansı dəyişən predmetin dialektik bağlılıq (əlaqə) xarakteridir. Öz-
özünə eyniyyət artıq lap əvvəldən özünün fərqlə - bu predmeti bütün başqa predmetlərdən 
fərqləndirən – zəruri əlaqəsi var. Bundan başqa, daimi baş verən dəyişiklik necəsə daimi predmetin 
şəklini dəyişdirir, onun özünün – özü ilə eyniyyətini nisbi, natamam edir. Bax elə buna görə təsdiq 
etmək düz hesab edilir ki, predmet həm elə o özüdür, həm də o özü deyildir. Əks xüsusiyyətlərin 
– sabitlik və dəyişkənlik, eyniyyət və fərq – qeyri – dialektik uyğunlaşdırılması dəyişikliyi 
anlamağı mümkün etmir (qeyri – mümkün edir). Xarakterik haldır ki, dəyişkənliyin 
mütləqləşdirilməsi də (Kratlini xatırlayaq), mahiyyət etibarı ilə ona gətirib çıxarır ki, dəyişiklik 
haqqında danışmaq, onu anlamaq qeyri – mümkün olur. (“Eyni bir suya heç bir dəfə də girmək 
olmaz”). Axın sanki “yapışdırılır”, onun mərhələsi, anı, daxili ayrılması fərqləndirilmir, bu da o 
deməkdir ki, o sanki sükutla, dəyişməzliklə bərabərləşdirilir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə