2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə74/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   70   71   72   73   74   75   76   77   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 Dialektik əkslik-
Gündəlik həyat müşahidələrinin, müxtəlif elmlərdən, eyni zamanda ictimai 


82 
tarixi praktikadan alınan təcrübəli faktların ümumiləşdirilməsi göstərdi ki, gerçəklik hadisələrinə 
qütb xarakteri xasdır - onların hər birində əkslik tapmaq olar. Riyaziyyatda – toplama və çıxma, 
kök altından çıxarmaq və qüvvətə yüksəltmək; fizikada – müsbət və mənfi yüklər; mexanikada – 
dartılma və itələmə; kimyada – maddələrin analiz və sintezi; biologiyada – varislik və dəyişkənlik
həyat və ölüm, sağlamlıq və xəstəlik – elmlərin kəşf etdiyi əksliklərin ötəri sadalanması belədir. 
Ən müxtəlif hadisələr və proseslərdə ziddiyyətli, bir - birini inkar edən (rədd edən), əks meyllərin 
açılması dialektik - materialist dünya görüşünün anlayışının formalaşması üçün, dəyişkənlik, 
inkişaf proseslərini dərk etmək üçün prinsipial əhəmiyyəti var. 
 
Əkslik predmetlərin (hadisələrin, proseslərin) o xassələri hesab olunur ki, bir sıra şkalada 
(müxtəlif ölçülü cihazlarda dərəcələrə bölünmüş lövhəcik) “son dərəcə”, axırıncı yeri tutur. 
Əksliklərə nümunə: yuxarı – aşağı, sağ – sol, quru – yaş, isti – soyuq və s. 
Dialektik əkslik
deyəndə 
bu və ya digər bütöv, dəyişən, predmetlərin (hadisələrin, proseslərin) elə tərəfi, meyli başa düşülür 
ki, eyni zamanda bir – birini inkar edir və bir – birini tələb edir.
Dialektik əksliyə 
vəhdətlik, qarşılıqlı əlaqə
xasdır: onlar bir – birini tamamlayır, bir-birinə 
keçir, öz aralarında mürəkkəb şəkildə qarşılıqlı təsirdədirlər. Dialektik əksliklər arasındakı 
münasibət həmişə 
dinamik xarakter
daşıyır. Onlar birinin başqasına keçməsinə, yerlərini 
dəyişməyə və s. Qadirdirlər. Onların qarşılıqlı dəyişməsi tərəfləri olduqları predmetin özünün 
dəyişməsinə gətirib çıxardır. Onların əlaqəsinin dağılması nəticəsində bir – birinə münasibətdə 
əkslik olmağı dayandırırlar. Beləliklə, dialektik əkslik haqqında ayrı – ayrılıqda, bir sıra tam 
çərçivəsində, onların ziddiyyətli vəhdətindən kənarda danışmaq ağılsızlıqdır. 
Əkslik qüvvələrinin, meyllərinin toqquşmasında həm cəmiyyətdə (burada o əyani şəkildə 
özünü göstərir), həm də canlı və cansız təbiətdə (əgər cansız təbiətə onun təkamülü, mürəkkəblik 
və mütəşəkkilliyinin artması prosesində baxılarsa) dəyişiklik, inkişaf prosesi həyata keçir. 
Əksliklər arasındakı mürəkkəb, hərəkətli münasibətlər 
dialektik əkslik
adlandırıldı. Başqa sözlə 
desək, “əksliklərin vəhdəti və mübarizəsi” və “dialektik əkslik” terminləri özündə eyni mənanı 
birləşdirir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə