2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə89/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   85   86   87   88   89   90   91   92   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Təsadüf və zərurət. Zərurəti - 
hadisələrin elə birmənalı şərtlənmiş əlaqəsi adlandırırlar ki, səbəb 
hadisənin  baş  verməsi  mütləq  müəyyən  nəticə  hadisəni  törədir.
  Təsadüf  - 
zərurətə  zidd  olan 
anlayaşdır.  Təsadüfi  səbəb  və  nəticənin  elə  əlaqəsi  adlandırırlar  ki,  bu  vaxt  səbəbiyyət  əsası 
mümkün olan çoxlu alternativ nəticənin hər hansı birinin həyata keçməsinə yol verir. Bununla belə 
əlaqənin  hansı  variantının  həyata keçməsi  vəziyyətdən, dəqiq  hesablamaya və təhlilə gəlməyən 
şəraitdən  asılıdır.  Beləliklə,  təsadüfi  hadisələr  qeyri  –  müəyyən  böyük  saylı  müxtəlif  və  dəqiq 
məlum olmayan səbəblərin bəzilərinin qarşılıqlı təsiri (fəaliyyət) nəticəsi kimi baş verir.Təsadüfi 
nəticə  hadisənin olması prinsipcə  mümkündür, ancaq qabaqcadan  müəyyən edilməmişdir, o baş 
verə də bilər, verməyə də bilər.
 
Təsadüfin qabaqcadan bilinməməsi sanki səbəbiyyət prinsipinə ziddir. Lakin bu belə deyildir, 
ona görə ki, təsadüfi hadisələr və səbəbiyyət əlaqəsi - əvvəlcədən dəqiq məlum olmayan, ancaq 
real  mövcud olan  və dəqiq  müəyyən olan şərait və  səbəbin  nəticəsidir. Onlar  xaotik və  ya "heç 
nədən" yaranmır: düzdür onların yaranması imkanı qəti və birmənalı olmasa da səbəbiyyətin əsası 
ilə  qanunauyğun  bağlıdır.  Bu  əlaqə  və  qanunlar  böyük  sayda  eyni  tipli  təsadüfi  hadisələrin 
öyrənilməsi ilə aşkar olunur - həm də riyazi statistika - aparatının köməyi ilə izah olunduğundan o 
statistik  adlandırılır. 
Statistik  qanunauyğunluq
  obyektiv  xarakterə  malikdir,  lakin  təkcə 
hadisələrinin  qanununauyğunluqlarından  köklü  sürətdə  fərqlənir.  Təhlilin  kəmiyyət  metodunun 
tədbiqi və təsadüfi prsoseslərin statistik qanunlarına tabe olan xarakterlərinin hesablanması onları 
riyaziyyatın xüsusi bölməsinin – ehtimal nəzəriyyəsinin predmetinə çevirdi.  
Ehtimal – 
təsadüfi hadisələrin baş verməsi imkanının ölçüsüdür.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə