2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə86/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   82   83   84   85   86   87   88   89   ...   108
Fəlsəfə imtahan sualları konspekti

b) forma və məzmun.  
 
Varlığın  nizama  salınması  haqqında  təsəvvürlər  hələ  qədim  fəlsəfi  təlimlərdə  -məsələn, 
harmoniya  haqqında  təlimi  (pifaqorçular),  dünyanın  quruluşu  ideyasını  (stoiklər)  xatırlayaq- 
təşəkkül  tapmışdır.  Onları  sistemli  təsəvvürlərin  ilk  müjdəçiləri  hesab  etmək  olar.  Antik  fəlsəfi 
təlimlərdə dünyanın  və onu təşkil edənlərin nizama salınmasının  başa düşülməsinə  kömək edən 
anlayışlara  həm  də 
forma 
anlayışı  xidmət  edirdi.  O,  varlığın  müxtəlif  növlərinin  (onların 
quruluşunun,  təcəssüm  etməsinin,  kökündən  dəyişdirilməsinin)  mövcud  olamsı  üsullarını 


 
77 
ümumiləşmiş şəkildə  ifadə edirdi. Forma kateqoriyası antik dövrün daha da inkişaf etmiş və hər 
şeyi  əhatə  edən  sistemində  -  Aristotel  fəlsəfəsində  -  əsas  yeri  tuturdu.  Onun  tərəfindən  forma 
anlayışı ona əks olan anlayışlarla – nizama salınmağa, müəyyən şəklə salınmağa aid olanları ifadə 
edən anlayışlarla - daimi əlaqədə düşünülür və işlədilirdi.  
Məzmun bu və ya digər cismi, hadisə və proseslərin əsas növünü, xarakterlərini müəyyən edən 
müxtəlif elementlərin, cəhətlərin məcmusudur. Forma mövcudluq üsulu, inkişaf üsulu, məzmunun 
ifadəsidir.  Forma  və  məzmun  eyni  cism  və  hadisənin  müxtəlif,  lakin  bir-birilə  sıx  bağlı  olan 
tərəflərini ifadə edir. 
“Məzmun”  və  “forma”  kateqoriyalarının  dürüst,  açıq  tərifini  vermək  asan  deyildir.  Bu 
anlayışlar qədimdir, müxtəlif mənalıdır, qarışıq əhəmiyyət kəsb edəndir. 
Məzmun
 dedikdə bu və 
ya  digər  predmetin,  hadisənin,  proseslərin  əsas  tipini,  xarakterini  müəyyən  edən  müxtəlif 
elementlərin  və  onların  qarşılıqlı  fəaliyyətinin  məcmusu  başa  düşülür.  Məsələn,  hər  hansı 
istehsalın  məzmunu  -  müəyyən  məhsulun  hazırlanması,  kinofilmin  məzmunu  –  onun  süjetidir 
(hadisələr, qəhrəmanların xarakteri, hərəkəti, həyəcanı, həll olunan problemlər).
 Forma -
 bu və ya 
digər məzmunun nizama salınması prinsipi, mövcudluq üsuludur. İstehsalat üçün bu əməyin təşkili 
ola bilər, bədii  əsər üçün – onun kompozisiyası, müxtəlif üsulları, hissin, fikrin, ideyaların ifadə 
olunması texnikasıdır.  
“Məzmun” və “forma” – dialektik anlayışlardır. Onlar eyni predmetin müxtəlif, ancaq qırılmaz 
sürətdə bağlı olan aspektlərini ifadə edirlər: Hegel izah edirdi ki, məzmun müəyyən şəklə salınıb 
(formalaşdırılıb),  forma  isə  məzmunludur.  Forma  hadisələrin  inkişafında  müəyyən  mərhələni 
möhkəmləndirir  -  bununla  da  dəyişikliklərin  toplanması  və  sonrakı  inkişafın  imkanlarını  təmin 
edir.  Daha  bir  an:  dünyanın  müxtəlifliyi  öz  ifadəsini  predmetlərin  və  proseslərin  müxtəlifliyi 
formasında tapır. Bu olduqca ümumi fəlsəfi ideyanı müxtəlif materiallarla konkretləşdirmək olar. 
Belə  ki,  cəmiyyətinin  yeniləşdirilməsi  ideyası  qanunverici,  təşkilati  möhkəmləndirmə  onların 
təsərrüfat - sosial "mexanizmlərdə" təcəssümünü tələb edir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə