2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


a) hissə və tam. Tamlıq (bütövlük) prinsipi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə85/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   81   82   83   84   85   86   87   88   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
a) hissə və tam. Tamlıq (bütövlük) prinsipi 
Bir çox əsrlər əvvəl belə bir inam yaranmışdı ki, bu və ya digər predmeti başa düşmək – onun 
nədən təşkil olunduğunu bilmək deməkdir. Varlığın “quruluşunu” başa düşmək üçün hər şeydən 
əvvəl, həm də uzun vaxt “ sadə - mürəkkəb”, “hissə - tam” fəlsəfi anlayışların köməyindən istifadə 
olunmuşdur.  Bu  cür  kateqoriyalar  bir  -  biri  ilə  sıx  bağlıdır,  sadəcə  olaraq  uzun  müddət  hissəsi 
olmayan  sadə  kimi,  sadə  tərkib  hissələrə  ayrılmış  hissələrdən  təşkil  olunmuş  mürəkkəb  kimi 
düşünülürdü. 
Hissə 
dedikdə  elə  “predmetlər”  başa  düşülür  ki,  öz  məcmusunda  yeni,  daha 
mürəkkəb predmetləri  yaradır. 
Tama 
isə  bu və  ya başqa predmetlərin  hissələrinin  birləşməsinin 
nəticəsi kimi baxılırdı. Sadələşdirilmiş mexaniki baxışlara uyğun olaraq tam öz hissələrinin sadəcə 
cəmi hesab olunurdu.  
Lakin hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən ağıl görür ki, tam hansısa səbəblərə görə 
onun hissələrinin cəmindən (bir yerdə götürülmüş) nə isə böyükdür. Əslində isə, gələcək binanın, 
gəminin, paltarın  hissələrini  yığımı  hələ  bina, gəmi, paltar deyildir. Bizim günlərə qədər qədim 
yunan fəlsəfəsindən şərti olaraq “Tezeya gəmisi” adlanan düşüncələr gəlib çatmışdır. Tezeya uzun 
gəmi səfərinə çıxır. Dənizçilər gəminin təmiri prosesində gəminin köhnəlmiş, sürtülmüş hissələrini 
tədricən  yeniləri  ilə  əvəz  etdilər  (vəziyyət  bizim  günümüzdə  də  real  olan  şeydir:  avtomaşın, 
televizor və s.). Nəticədə karıxma, çaşıb qalma sualı yaranır: belə hesab etmək olarmı ki, bu artıq 
başqa gəmidir və ya ona elə həmin gəmi kimi baxmaq olar. İkinci cavaba meyl etməklə biz qeyri 
- iradi etiraf edir ki, gəmi heç də öz hissələrinin yığımı deyildir, ancaq özündə nə isə tamı təqdim 
edir.  
Mürəkkəb  predmetlərin  (elementarlıq)  hissələrinə  diqqət  sirli  tamın  (holizim)  qarşısındakı 
təəccübə  qarşı  dayanır.  Tamın  (məsələn,  canlı  orqanizm)  sirrinin  müəmmasının  həllindəki 
çətinliklər çox vaxt mistik izaha aparır.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə