2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə83/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   79   80   81   82   83   84   85   86   ...   108
Fəlsəfə imtahan sualları konspekti

a) təkcə və ümumi 
Maddi aləmdə hər bir cism və hadisə özünəməxsus xüsusiyytlərə görə digərlərindən fərqlənir 
və öz varlığında fərdilik təşkil edir. Həyatda iki elə cism və hadisə yoxdur ki, onlar mütləq mənada 
bir-birinin eyni olsun. İki bir- birinə oxşar cisim olduqda el arasında işlədilən “elə bil bir almadır 
yarı  bölünüb”  ifadəsinin  olmasına  baxmayaraq,  bütün  cism  və  hadisələr  öz  fərdiliyinə, 
təkrarolunmazlığına görə bir-birindən fərqlənir. Məsələn, hər hansı bir ağacın iki yarpağına nəzər 
yetir- sək onların bir-birindən Günəş şüalarını udmalarına görə, ölçülərinə, rənglərinə, formalarına, 
çəkilərinə  və  s.  görə  nə  qədər  fərqli  olduqlarını  görmək  olar.  Əlbəttə  bütün  bunlar  həmin 
yarpaqların aldıqları işiğın, qidanın, istiliyin miqdarının müxtəlifliyi ilə əlaqədardır. Deməli, hər 
bir cism və hadisə özlüyündə “təkcə”dir. Təkcə kateqoriyası nisbi ağırlığı, diskretliyi ifadə edir. 
Hər bir “təkcə” təkrar olunmaz kəmiyyət və keyfiyyət müəyyənliyinə malikdir.  
Lakin qeyd etmək lazımdır ki, hər bir cism və hadisə özünəməxsus xüsusiyyətləri ilə  yanaşı 
elə xüsusiyyətlərə də malikdir ki, həmin xüsusiyyətlər onu digər cism və hadisələrlə əlaqələndirir. 
Məsələn,  hər  hansı  bir  gülün  özünəməxsus  yarpağı,  xüsusi  şəkildə  birləşmiş  ləçəkləri,  rəngi  və 
qoxusu  vardır.  Lakin  həmin  gülü  bağda  bitən  digər  güllərlə  müqayisə  etdikdə,  onlarda  fərqli 
cəhətlərlə  yanaşı  oxşar  cəhətlərin  də  olduğunu  görmək  mümkündür.  Bu  da  onların  hamısının 
toxumdan  əmələ  gəlməsi  ilə,  onların  hamısının  böyümə  və  inkişaf  prosesində  eyni  mərhələləri 
keçməsi ilə əlaqədardır. Həmin ümumi cəhətlər, oxşar əlamətlər “ümumi” kateqoriyası ilə  ifadə 
olunur. Məsələn, biz dedikdə ki, ”gül bitkidir, gül-təkcə ayrıca bir cismdir. ”Bitki”-isə ümumidir. 
Müəyyən bağda bitən gülün özünəməxsus təkrarolunmaz xüsusiyyətləri olduğu kimi həmin növ 
bitkilərə, bütün güllərə xas olan ümumi əlamətlər də vardır. Deməli, gül hər hansı bir konkret bir 
gülə nisbətən ümnumi, bitkiyə nisbətən isə təkcədir. 
Onu da qeyd etmək lazımdır ki, ”təkcə”nin tək bir cismi və  ya hadisəni ifadə etməsi heç də 
zəruri deyildir. Bəzən “təkcə” öz quruluşuna, funksiyasına, mənşəyinə görə, bütöv halda birləşmiş 


 
75 
bir neçə cism və hadisəni ifadə edə bilir. 
Təkcə
  ilə  öz  məkanı,  zamanı  və  digər  xassələri  ilə  digər,  o  cümlədən  özünə  oxşar 
predmetlərdən,  hadisələrdən,  proseslərdən  fərqlənən  ayrıca  predmet,  hadisə,  proses  xarakterizə 
olunur. 
Ümumi
 – təkcə predmetlərin, bir sıra münasibətlərdə onların birtipliyini, eyni tip hadisələrə 
və ya əlaqələrin vahid sisteminə aid olan xarakterinin obyektiv mövcud olan oxşarlığıdır.Təkcə və 
ümuminin əlaqəsi hər şeyi əhatə edən xarakter daşıyır: ona bütün hadisələr, predmetlər, proseslər 
daxildir.  Onlar  insan  təfəkkürü  üçün  də  sanballıdır.  “Təkcə-ümumi”  munasibətləri  nöqteyi-
nəzərindən  dünyanın  dərk  edilməsi  predmetləri  müqayisə  etmək,  onların  oxşarlığını  və  fərqini, 
birtipliliyini və  müxtəlifliyini aşkar etmək bacarığını, real predmetlərin ayrıca, təkcə xarakterini 
dərk etmək, onları təsnif etməyi güman edir. Bu və ya başqa, bənzər, prinsipial, fərqli və s. ifadələr 
bu dediklərimizə əlavədir. 
 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə