2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə80/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   76   77   78   79   80   81   82   83   ...   108
Fəlsəfə imtahan sualları konspekti

inkişafın 
aydınlaşdırılmasında prinsipial çətinliklər meydana çıxır. 
İnkişaf  ideyası  - 
insan  şüurunda  əsrlər  boyu  toplanıb.  Elə  vaxt  var  idi  ki,  inkişaf  haqqında 
baxışlar ümumiyyətlə mövcud olmamışdır. Bunun üçün inkişaf edən obyektlər haqqında konkret 
biliklər  (geoloji,  bioloji  və.s)  çatışmırdı.  Kosmosa  əlaqəli  tam,  bütövlük  kimi  baxan  antik 
dialektika  ən  çox  bir  hadisənin  yaranması  və  başqasına  keçməsi  ilə  maraqlanırdı.  Onlar  hesab 
edirdilər ki, inkişaf prosesində təşəkkül tapmaq əksliklərin qarşılıqlı hərəkəti və qarşılıqlı sürətlə 
bir  -  birinə  keçməsini  nəzərdə  tutur: soyuq və  isti, quru və nəm,  işıq  və  qaranlıq, çox və təkcə, 
xeyir və şər. Dünyanın fasiləsiz hərəkət edən, dəyişkən olan, bütün hadisələrin isə qarşılıqlı surətdə 
əlaqəli  olduğunu,  bir  -  birinə  keçdiyini  düzgün  təsəvvür  edən  yunanlar,  eyni  zamanda  inkişafı 
prinsipcə yeni, nəyinsə daimi yaranması, dönməzliyi kimi anlamağa qədər qalxa bilməmişlər. Bu 
onların mədəniyyətinin, dünyagörüşünün xüsusiyyəti ilə izah olunur.
 
 
Dünyanın inkişafı ideyasında mühüm addımı
 Dekart
 atmışıdır. O, belə hesab edirdi ki, Allah 


 
72 
dünyanı yaradaraq ona impuls, təkan vermişdir, bu ona bənzəyir ki, saat düzəldən saatı kökləyir, 
ona hərəkət etməyi xəbər verir. Bu təkanı alan təbiət yeni forma yaratmaqla “ilkin xaoslardan azad 
olmağa” başladı. Dekartda inkişaf anlayışı cəmiyyətə tətbiq edilmir. Lakin burjua inqilabları dövrü 
bu  haqda  da  düşünməyə  vadar  etdi,  tarixə  maraq  oyatdı.  Fransız  maarifçiləri 
Volter  və  Russo
 
inqilabi  dəyişikliklər  mərhələlərinin  də  daxil  olduğu 
tarixi  inkişaf
  ideyasını  irəli  sürdülər. 
Kondorse
 ictimai inkişafın üstün forması kimi 
fasiləsiz tərəqqi
 haqqında təlimlə onların baxışlarını 
təkmilləşdirdi. Bütün  bu  mütəfəkkirlərdə  cəmiyyətin  inkişafının  hərəkətverici qüvvələri  mənəvi 
amillər (mənəvi, dini və s. ideyalar) oldu.  
Müxtəlif  fərziyyələrin  təhlili  və  inkişaf  nəzəriyyəsinin  formalaşması  klassik  alman 
fəlsəfəsində  həyata  keçirilmişdir.  İnkişaf  anlayışını  Günəş  sisteminə  və  digər  ulduzlar  aləminə 
tətbiq  edən 
Kant
  bununla  yanaşı  mənəvinin  inkişafı  haqqında,  insanın  sosial  (ictimai)  inkişafı 
haqqında  məsələ  qoydu.  Onun  şagirdi 
Herder
  xalqaların  və  mədəniyyətlərin  tarixi  inkişafına 
ardıcıl baxılmasına ilk cəhd etmişdir. 
İnkişafın  bütöv  konsepsiyasını,  ilk  növbədə  obyektiv  idealizm  mövqeyindən  bəşəriyyətin 
tarixi inkişafını 
Hegel
 işləyib hazırladı. Təfəkkürün Hegel üsulu bütün başqa filosofların təfəkkür 
üsulundan  böyük  tarixi  duyum  qabiliyyəti  -  onun  əsasında  yerləşir  -  ilə  fərqlənirdi.  O  ilk  dəfə 
tarixin inkişafını, onun daxili  əlaqəsini göstərməyə cəhd etmişdir. Hegel təlimi fikirlərin böyük 
naliyyətidir, o, inkişafın fəlsəfi anlaşılmasını xeyli inkişaf etdirmişdir. Bununla yanaşı o növbəti 
ciddi addım - Marks və Engels tərəfindən materialist dialektikanın işlənib hazırlanmasına - üçün 
zəruri ilkin şərt olmuşdur. Marks və Engelsin materialist dialektikası - təbii, ictimai, məniv hadi-
sələrin inkişafı haqqında zəngin, tutumlu təlim idi.  
 
 
Elmi  biliklərin  formalaşması  həm  də  hadisələrin  müvafiq  sahəsinin 
qanunlarının 
müəyyən 
edilməsi  ilə  əlaqədardır  (bağlıdır).  Hegel 
dünyanın  və  idrakın  universal  əlaqəsini  əks  etdirən 
qanunauyğunluqların məcmusunu
 yaratmışdır. Dialektika dialektik qanunauyğunluqlar haqqında 
biliklər  formasında  təqdim  olundu.  Bundan  başqa  nəzəri  sistem  özündə 
prinsipləri  -
  məzmunu 
sanki  bütün  nəzəriyyəyə  “daxil  olan”,  onun  ümumi  istiqamətini,  məğzini  müəyyən  edən 
müddəaları, fikri özündə birləşdirir. Hegel dialketikasının bu cür prinsipal ideyası kimi hadislərin 
universal əlaqəsini, əksliklərin vəhdəti və dialektik inkar vasitəsilə inkişaf ideyalarını ayırmaq olar. 
Dialektika  və  doqmatizm  (ehkamçılıq)  -
 
dünyanı  sadələşdirmədən,  kobudlaşdırmadan, 
fasiləsizliyini dayandırmadan, canlıları keyləşdirmədən (cansızlaşdırmadan) onu anlamaq olmaz. 
Təfəkkürün  “texnikası”  belədir:  insan  düşüncəsi  onların  ifadə  olunduğu  reallığa  nisbətən  daha 
sabitdir və böyük diskretliyə malikdir. Məsələn, preparat (elmi tədqiqat, müalicə və s. üçün xüsusi 
hazırlanmış  orqanizm  və  ya  maddə)  halına  salınmış  metodla  orqanizmin  öyrənilməsi  vaxtı 
tədqiqatçının diqqətindən orqanizmin canlı fəaliyyəti sürüşə (diqqətindən yayına) bilər. Varlığın 
fikrən “preparat halına salınmasında” da buna oxşar şey olub və olur; onu başa düşmək üçün real 
aləmin “nəbzinin vurmasına” uyğunlaşmağa imkan verən metod lazımdır. 
Fikrin “cərrah bıçağı” (neştər) qarşısında həssas, zəif, nəzəri dərketmə prosesində hər şeydən 
asan  parçalanan  bütün  şeylərdən  tez  varlığın  dəyişkənliyi,  eyni  zamanda  onu  təşkil  edənlərin 
müxtəlifliyi, vəhdəti, bütövlüyü oldu. Bununla belə  onlardan  biri digəri  ilə  sıx  bağlıdır:  çətinlik 
dünyanı  deşib  keçən  və  hadisələrin,  inkişafın  qarşılıqlı  fəaliyyətini  təmin  edən 
əlaqələrin  dərk 
olunmasındadır. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə