2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə79/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   75   76   77   78   79   80   81   82   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Dəyişikliyi  anlamağın  çətinliyi  - 
varlığın  bütün  forma  və  növləri  dəyişikliyə  məruzdur.  Nə 
qədər az olsa da dəyişiklik üçün vaxt lazımdır:  bu vaxt ərzində predmet (hadisə, proses) bir sıra 
xassələrini  itirir,  yenisini  qazanır.  Mürəkkəb  və  dəyişən  dünyanın  fəlsəfi  dərk  edilməsi  çoxdan 
çətinliklə,  ziddiyətlə  qarşılaşır.  Uzun  zaman  belə  hesab  olunurdu  ki,  kosmos,  bitkilər,  canlılar, 
adamlar  dəyişməzdir.  Dünyanın  dəyişkənliyi  haqqında  baxışlar  nə  vaxtsa  böyük  kəşf  oldu. 
Dünyanın  dəyişməsi  haqqında  fikirlər  qədim  Çin,  Hindistan,  Yunanıstan  fəlsəfi  təlimlərində 
söylənmişdir. Qədim filosoflar hərəkətin müxtəlif formaları, növləri haqqında elmi məlumatlara 
malik  deyildirlər,  bununla  belə  ümumi  məğzi  -  varlığın  hərəkətli  olması  xarakterini  -  düzgün 
tutmuşdurlar. Bunu ilk kəşf edənlərdən biri 
Heraklit 
olmuşdur. Dünya ona “canlı od” və ya axın 
(çay) şəklində təsəvvür olunurdu: iti axan çaya “iki dəfə girmək” olmazdı. Həmişə axan, hərəkətdə 
olan dünyada vaxt keçdikcə hər şey öz xüsusiyyətini itirir, öz əksinə çevrilirdi: nəm, yaş quruyur, 
quru isə nəmlənir; soyuq və isti, canlı və ölü və.s bir - birinə keçir.
 
 
Beləliklə, dünyanın dəyişkən və ya sabit olması sualı ilə qarşılaşan qədim filosoflar ona iki bir 
- birinə əks cavablar verdilər. Onlardan kim düz idi? Biz artıq qeyd etmişik ki, varlığın dəyişkənliyi 
haqqında  baxışlar  gündəlik  praktika  və  təcrübənin  böyük  məlumatlarına  əsaslanır.  Ancaq  əks 
nöqteyi  -  nəzərin  də  çox  ciddi  əsası  var.  Hadisənin  hər  cür  dəyişkənliyi  ilə  yanaşı  ona  bir  sıra 


 
71 
sabitlik də  xasdır.  Az  və  ya çox vaxt  ərzində  onda baş  verən dəyişikliyə  baxmayaraq şey özü  - 
özlüyündə qalır. Yaşa dolduqca insanın xarici görünüşü, onun orqanizminin fizioloji funksiyaları, 
sağlamlığı  ilə  yanaşı, eyni zamanda təcrübəsi, daxili aləmi,  marağı dəyişir,  lakin  insan  yenə də 
həmin insan olaraq qalır. 
 
Varlığın hərəkəti, dəyişkənliyi haqqında baxışlarda bu cür çətinliklər özünü həmişə göstərir. 
Hələ  qədim  yunan  filosofu 
Zenon
  özünün  məhşur  aporiyaları  ilə  mexaniki  hərəkəti  anlamağın 
çətinliyini göstərdi, aşkar etdi. O, belə bir mühakimə yürüdür: əgər təsəvvür etsək ki, uçan ox hər 
bir  an  müəyyən  bir  yerdədir  (elə  bil  yerə  nisbətən  sükunətdədir),  onda  belə  çıxır  ki,  hərəkət 
mümkün  deyildir:  axı  sükunətlərin  cəmi  sükunəti  verir.  Digər  anoriyalarında  da  paradoksal 
formada buna bənzər ziddiyətlər var: hərəkətin fikri təhlili gözlənilmədən müşahidə zamanı əyani 
qəbul etdiyimiz aydınlıqdan kəskin ayrılan nəticələrə gətirib çıxarır. Sükunətdə qalaraq ox uçur, 
Axilles  tısbağaya  çata  bilmir.  Əgər  Kratil  hərəkətin 
fasiləsizliyini 
qeyd  edirdisə,  Zenon  isə  əks 
xüsusiyyətə - 
fasiləliyə
 diqqət yetirmişdir. Axı eyni zamanda eyni bir predmet haqqında iki bir - 
birinə əks fikirlər doğru ola bilərmi? Qarşımızda yuxarıda müzakirə etdiyimiz mübahisənin tipik 
vəziyyəti  -  bu  dəfə  nəzəri  mübahisə  varlığın  xarakteri  haqqında  -  durur.  Bu  tip  sadə  olmayan 
məsələlərin  həlli  yolunun  axtarışında  qədim  filosoflar  dialektikanı  –  mühakimə  etmək  üsulunu 
inkişaf  etdirmişlər;  bu  vaxt  əks  mövqelər  atılmır,  biri  digərini  tamamlayır,  zənginləşdirir, 
tarazlaşdırır. Sonralar Hegel bu şəraiti - tezis - antitesiz - sintez - formulunda ifadə etmişdir.  
Dialektika ziddiyətləri dərk etməyə, anlamağa yol açırdı; dəyişikliyin mənasını anlamağa cəhd 
edərkən insan fikri mütləq bu ziddiyyətlə toqquşur. Eyni bir predmetə müxtəlif, eyni zamanda əks 
nöqteyi  -  nəzər  yalnız  insanların, onların  mövqelərinin  müxtəlif olması  ilə  yaranmır. O  həm də 
varlığın  öz  xüsusiyyəti  ilə:  predmetlərin  çoxcəhətliliyi,  “tamamilə  zidd,  əks”  xassələrin, 
qüvvələrin, meyllərin onlarda birləşməsi ilə şərtlənir. Məhz ona görə də fikirlərdəki “ziddiyyət” 
və  hətta  onların  əks  olması  bir  çox  hallarda  reallığa  “həmahəngdir”,  “uyğundur”.  Dünyanın 
dialektikası  fikirlərin  dialektikası  vasitəsilə  başa  düşülür,  dərk  olunur.  Onların  mürəkkəb 
“qatışığını”  təbəqələrə  ayırmaq,  ondan  “dünya  -  insan”  münasibətini  (fəlsəfə  üçün  tipik  olan 
vəziyyət) ayırmaq mümkün deyildir. Onlar sıx ittifaqda inkişaf edirlər.  
Dialektik fikrin təkmilləşməsi mürəkkəb, dəyişən dünyanı dərindən və tam anlamağa imkan 
verir.  Dialektik  axtarışa  biganə  olan  fəlsəfi  təlimlər  üçün  varlığın  hərəkətliliyi  “axarlılığı” 
əlçatmazdır, anlaşılmazdır. Dialektikanın qıtlığı heç də mütləq hərəkətin inkar edilməsinə aparmır. 
O  hərəkətin  sadəcə  olaraq  artan,  azalan,  eyni  şeyin  təkrarlanması  kimi  sadə  şərhində,  hər  bir 
hərəkətdən  dövrü  kimi  bəhs  edəndə  təzahür  edə  bilər.  Dəyişikliyin  daha  mürəkkəb  forması  - 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə