2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Dialektikanın kateqoriyaları: təkcə, xüsusi və



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə82/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   78   79   80   81   82   83   84   85   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
3-Dialektikanın kateqoriyaları: təkcə, xüsusi və 
ümumi, mahiyyət və hadisə, məzmun və forma 
kateqoriyaları 
 
Dialektikanın  kateqoriyaları  -  f
əlsəfi  təfəkkür  hadisələrin,  proseslərin  hər  hansı  ayrıca 
növlərinə deyil, bütün varlığa xas olan ən ümumi xüsusiyyətləri, münasibətləri açır. Bu cür biliklər 
insan  təfəkkürünün  universal  formalarında-kateqoriyalarda  ifadə  olunur.  Varlığın  universal 
əlaqəsinin,  onların  mürəkkəb,  elastik,  ziddiyyətli  inkişaf  gedişində  başa  düşüldüyü  fəlsəfi 
anlayışlar  dialektikanın  kateqoriyaları  qrupunu  yaradır.  Onların  qarşılıqlı  əlaqəsi  bacarığın, 
tədqiqatların ən ümumi prinsiplərini ifadə edir. 
Kateqoriya-
 yunan sözüdür, mülahizə, fikir, dəlil deməkdir. Fəlsəfi kateqoriyaların mahiyyəti 
və  spesifikasını  aydınlaşdırmazdan  əvvəl  obyektiv  aləmin  inikası  və  idrak  formaları  olmaq 
etibarilə  ümumiyyətlə  kateqoriyaların  nədən  ibarət  olduğunu  müəyyən  etmək  lazımdır. 
Kateqoriyalar anlayışlardan əmələ gəlmişdir. Bütün təfəkkür formaları arasında anlayış xüsusi yer 
tutur. Anlayış insan şüurunun mücərrədləşmiş fəaliyyəti nəticəsində yaranır. Deməli, anlayış tə-
fəkkürün elə bir formasıdır ki, onun vasitəsilə cisim və hadisələrin ən əhəmiyyətli əlamətləri, əlaqə 
və  münasibətləri  ümumiləşdirilmiş  şəkildə  əks  olunur.  Anlayış  biliyin  yekunu,  toplusudur-
anlayışın  digər  inikas  formalarından  üstünlüyü  də  bundadır.  Anlayış  təfəkkürün  ən  yüksək 
formasıdır.  Lakin  dünyanın  elmi  cəhətdən  dərk  olunması  kateqoriyalı  təfəkkürə  əsaslanır- 
kateqoriyalı təfəkkür insanın hər cür adi təfəkkürünə xas olsa da, elimdə daha dəqiq və hərtərəfli 
məzmuna malikdir. 
 
Kateqoriyaların  funksiyası  obyektiv  aləmin  qanunauyğun  əlaqələrini,  münasibətlərini  əks 
etdirməklə gerçəkliyin əməli mənimsəmənin nəzəri əsası olmasındadır. Bir halda ki, kateqoriyalar 
elmi anlayışlar sistemini müəyyən edir, onda deməli, hər bir elmin öz kateqoriyaları vardır. Hər 
bir elm bu kateqoriyalardan istifadə etməklə onlara əsaslanır. Buna əsasən kateqoriyaları iki qrupa 
bölmək olar: bunlardan biri, aləmin müəyyən sahələrinin ümumi ziddiyətlərini və əlaqələrini əks 
etdirən xüsusi elmlərin kateqoriyalarıdır. Məsələn, biologiyada “həyat”,”zülal”,”bitki”, ”kimyada 
valentiklik”,  ”ünsür”,  ”fizikada  kütlə”,  ”faton”,  ”element”,  ”etikada  vicdan”,  ”borc”  və  s. 


 
74 
göstərmək olar. 
İkinci  qrup  kateqoriyalar  isə  təbiət,  cəmiyyət  və  təfəkkürün  ən  umumi  inkişaf  qanunları 
haqqında elm olan fəlsəfənin kateqoriyalarıdır. Qeyd etmək lazımdır ki, fəlsəfi biliklər sisteminə 
kateqoriyalardan ilk istifadə edən qədim yunan filosofu Aristotel olmuşdur. Bir sıra filosoflar isə 
fəlsəfədə  kateqoriyalardan  istifadə  olunmasına  qarşı  çıxmışdırlar.  Məsələn,  ingilis  filosofu  B. 
Rassel göstərirdi ki, mən Aristoteldə, Kantda və Hegeldə “kateqoriyanın” nəyi ifadə etdiyini heç 
vaxt başa düşməmişəm və mən şəxsən inanmıram ki, ”kateqoriya” fəlsəfə üçün hansı bir dərəcədə 
isə  gərəkli  olsun.  Əlbəttə,  B.  Rasselin  bu  fikri  ilə  qətiyyən  razılaşmaq  olmaz.  Çünki  fəlsəfənin 
kateqoriyaları, məsələn, ”materya”, ”məkan”, ”zaman”, ”hərəkət”, ”kəmiyyət”, ”keyfiyyət” və s. 
istisnasız olaraq bütün “cism” və “hadisələrə” tətbiq olunur. Fəlsəfənin kateqoriyaları cism və ha-
disələri,  eləcə  də  qanun  və  qanunauyğunluqları  dərk  etmək  prosesində  elə  pillələr  və  düyün 
nöqtələridir ki, bunların vasitəsilə dərk etmə prosesi mümkün olur. Fəlsəfənin bir çox kateqoriya-
ları vardır, lakin burada fəlsəfənin cüt kateqoriyalarından bəhs olunacaqdır. Onu da qeyd etmək 
lazımdır ki, cüt kateqoriyalar da iki qrupa ayrılır: 
universal əlaqələrin kateqoriyaları və struktur 
əlaqələrin kateqoriyaları.
 
Dialektika  üçün  bütöv  hadisələrin,  proseslərin  “qütb”  tərəflərini  əks  etdirən 
cüt 
kateqoriyaların
  formalaşması  xarakterdir.  “Səbəb  -  nəticə”,  “zərurət  -  təsadüf”,  “imkan  - 
gerçəklik”  və  başqalarının  münasibətlərinin  dialektik  xarakteri  əks,  lakin  qırılmaz  bağlı  olan 
anlayışlarda,  onların  vəhdətində,  bir  -  birinə  keçməsində,  qarşılıqlı  fəaliyyətində  ifadə  olunur. 
Dialektikanın  kateqoriyalarının  uyğunlaşması,  bir  -  birini  tamamlaması  varlığın  canlı 
hərəkətliliyini,  keçidini,  ziddiyyətini  əks  etdirməyə  qadir  olan  universial  anlayışların  hərəkətli 
qovşağını yaradır. Təfəkkürün qəti formalarında bunu etmək olmaz.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə