2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Varlığın  universal  əlaqəsi-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə81/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   77   78   79   80   81   82   83   84   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Varlığın  universal  əlaqəsi- 
Dialektikada  mühüm  yeri  hadisələrin  ən  ümumi  qarşılıqlı  əlaqəsi 
ideyası tutur. Şeylərin, hadisələrin əlaqəsi faktının özünü görmək çətin deyildir: həyat hər saat, hər 


 
73 
dəqiqə  buna  çoxlu  misallar  göstərir.  Çətin  anlaşılan  odur  ki,  hadisələrin  qarşılıqlı  asılılığı,  bir 
hadisənin digərinə keçidi hərəkət edən materiyanın ən ümumi xassələrini əks etdirir, obyeklərin 
ümumdünya universal əlaqələrinin təzahürü kimi çıxış edir. Bəşəriyyət bu ideyaya doğru uzun və 
çətin  yol  keçmişdir.  Dialektikanın  diqqət  mərkəzinə  çoxdan  bütün  varlığı  əhatə  edən 
universal 
əlaqə
 düşmüşdür. Məsələn, antik fəlsəfənin mərkəzi problemlərindən biri - üzərində düşünməklə 
dialektik  incəsənətin  formalaşdığı  -  “təkcə  və  çoxlu”  problemi  olmuşdur  -  o  bu  gün  də  öz 
əhəmiyyətini itirməmişdir. 
 
Ölkələrin, xalqların, adamların və ümumbəşəri dəyərlərin, maraqların, mənafelərin fərqi - bu 
“əbədi” problemin müasir təzahürlərindən biridir. Əsrlər boyu o yeni görkəm almışdır: təkcə və 
ümuminin,  hissə  və  tamın,  invariantlıq  və  növün  dəyişdirilməsi  və  s.  Varlığın  bu  cür  universal 
əlaqəsi  dialektikanın  mühüm  predmeti  oldu.  Varlığın  mürəkkəb,  elastik  (zirək),  ziddiyyətli 
universial  əlaqəsinin  dərk  edilməsi  formasına 
dialektikanın  kateqoriyaları
  xidmət  edir. 
Kateqoriyal əlaqə tədricən dialektik qanunauyğunluq kimi başa düşülmüşdür. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə