2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə84/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   80   81   82   83   84   85   86   87   ...   108
Fəlsəfə imtahan sualları konspekti

b) mahiyyət və təzahür 
Mahiyyət və təzahür kateqoriyaları idrak prosesində  mühüm rol oynayır. Dərk etmə prosesi 
təzahürdən başlayır. Dərketmə fəaliyyətinin ən sadə forması cismlərin zahiri cəhətlərinin duyğu, 
qavrayış  və  təsəvvür  vasitəsilə  qavranılmasıdır.  Hissi  idrak  vasitsilə  cism  və  hadisələrin  xarici 
tərəfləri  insanın  şüurunda  əks  olunur.  Hissi  idrakın  formaları  vasitəsi  ilə  cisim  və  hadisələrin 
mahiyyətinin aşkara cıxarılması mümkün deyildir. Mahiyyətlərin öyrənilməsi mücərrəd təfəkkür 
vasitəsilə mümkündür. Məsələn, əmtəənin mahiyyətini təşkil edən dəyəri nə müşahidə vasitəsilə, 
nə  də  mikroskopun köməkliyi  ilə  öyrənmək  mümkün deyildir. Dəyəri  yalnız  əmtəənin  xüsusiy-
yətlərinin və münasibətlərinin elmi təhlili yolu ilə öyrənmək olar. 
Cism  və  hadisələrin  mahiyyətinin  öyrənilməsi  prosesi  təzahürdən  başlayır.  İnsan  idarkı 
nisbətən  az  dərin  mahiyyətləri  öyrənərək  daha  dərin  mahiyyətlərin,  sonra  ondan  daha  dərin 
mahiyyətlərin öyrənilməsinə doğru irəliləyir. Deməli-mahiyyətlərin öyrənilməsi sonsuz prosesdir. 
İnsanın  fikri  təzahürdən  mahiyyətə  doğru,  necə  deyərlər  birinci  sıra  mahiyyətlərdən  ikinci  sıra 
mahiyyətlərə doğru və  i.a. intahasız dərinləşir. Bunu atomun daxilində gedən proseslərin aşkara 
çıxarılmasında və kosmosun öyrənilməsində edilən kəşflərdən aydın görmək olar. 
Cism və hadisələr arasındakı əlaqələrin öyrənməsinə imkan yaradan cüt kateqoriyalardan biri 
də mahiyyət və təzahüdür. Mahiyyət və təzahür obyektiv reallığın müxtəlif inkişaf mərhələləridir.
 
Mahiyyət
 bu və  ya digər cisim, hadisə və proseslərin, daxili, dərin, gizli, nisbətən sabit tərəfidir.
 
Təzahür
  mahiyyətin  ifadə  forması  olub,  obyektiv  aləmin  cism,  hadisə  və  proseslərin  xarici, 
müşahidə əsasında öyrənilə bilən, nisbətən mütəhərrik, dəyişkən tərəfidir. Daxili tərəf (mahiyyət) 
insanın müşahidəsindən qala bildiyi halda, xarici tərəf (təzahür) hiss orqaları tərəfindən qavranıla 
bilir. 
 
 
Mahiyyət 
deyərkən, bu və ya digər predmetin, hadisənin, prosesin daxili, dərin, gizli, nisbətən 
möhkəm,  sabit  tərəfləri  -  həm  də  onun  təbiətini,  xüsusiyyətlərinin  və  digər  xarakterinin 
məcmusunu  müəyyən edən tərəfləri  nəzərdə tutulur.
 Təzahür
  - bu və  ya digər predmetin xarici, 
müşahidə  olunan,  adətən,  daha  çox  hərəkətli,  dəyişkən  xarakteridir, obyektiv  reallığın  nisbətən 
müstəqil sahəsidir. Mahiyyət və təzahür
 
– dialektik bağlı olan əksliklərdir. Onlar bir – birinə uyğun 
gəlmir,  çox  vaxt  onların  bir-birinə  uyğun  gəlməməsi  aydın  ifadə  olunma  xarakteri  daşıyır: 
predmetin xarici, səthi xüsusiyyəti onun məğzini örtür, təhrif edir. Bu halda görünən (zahiri cəhət), 
güman olunan cəhətlər haqqında danışırlar - ilğım görünməyə nümunə ola bilər - bu atmosferdə 
işıq  şüasının  qırılmasından  yaranır.  Mahiyyət  və  təzahür  kateqoriyaları  bir  -  biri  ilə  qırılmaz 


 
76 
surətdə  bağlıdırlar. Onlardan  biri o birinin tələb edir. Bu anlayışların dialektik xarakteri onların 
elastikliyində,  nisbinliyində  özünü  göstərir.  Mahiyyət  anlayışı  reallığın  hansısa  qəti  müəyyən 
edilmiş səviyyəsini və ya idrakın bir sıra həddini güman etmir. İnsan idrakı hadisədən mahiyyətə 
doğru hərəkət edir, sonra mahiyyətdə dərinləşir, gerçəkliyin bu və ya başqa sahəsinin inkişafını 
köklü  surətdə  açır.  Mahiyyət  və  təzahür  –  insan  biliklərinin  əbədi,  sonsuz  dərinləşməsinin 
istiqamətini, yolunu göstərən anlayışdır. Bəzi mənada hətta: “bu – mahiyyətdir”, “mahiyyət dərk 
olundu”, “mahiyyət belədir” demək düz deyildir. Mahiyyətin açılması, anlaşılması prosesi hansısa 
konkret  formada  predmetin  strukturunun,  bütövlüyünün,  səbəbinin  dərk  olunmasında,  onun 
formalaşması,  işləməsi  qanunlarında  özünü  göstərir.  Başqa  sözlə  desək,  mahiyyət  və  təzahür 
kateqoriyaları idrakın hansısa “ vektorunu”, onun ümumi səmtini ifadə edir. Kant bu cür ideyaları 
relyativ (nisbi) adlandırırdı.  
 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə