2. ÜMumi DİLÇİLİk II indd


Eskimos-aleut dilləri qrupu



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə37/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   33   34   35   36   37   38   39   40   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. Eskimos-aleut dilləri qrupu. Bu qrupu eskimos (yunt) 
və aleut (unanqan) dilləri təşkil edir. Bunlardan eski-
mos dili daha geniş yayılmışdır. Eskimoslar Sibirdən 
başqa Kanada, Danimarka və ABŞ-da da yaşayırlar.
VI. ÇİN-TİBET DİLLƏRİ AİLƏSİ
Çin-Tibet dilləri Asiya qitəsində səslənir. Bu dillərdə 
danışanlar Çində və Hindi-Çində yaşayırlar. Çin-Tibet dil-
ləri ailəsi iki qrupa bölünür:
1. Çin-Tay dilləri qrupu.
2. Tibet-Birma dilləri qrupu.
1. Çin-Tay dilləri qrupu iki yarımqrupdan ibarətdir: 
Çin dilləri yarımqrupu və Tay dilləri yarımqrupu.
Çin dilləri yarımqrupunu çin və dunqan dilləri təşkil edir.
1) Çin dili Çinin dövlət dilidir. Çinlilər (çinlilər özlərini 
“xanjen” adlandırırlar) əhalinin miqdarına görə dünyanın 
ən böyük xalqıdır. Bu xalqın əsas yeri Çindir. Lakin çinlilər 
dünyanın bir sıra başqa ölkələrində – o cümlədən Tayland-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
62
da, İndoneziyada, Sinqapurda, Vyetnamda, Birmada və 
başqa yerlərdə də yaşayırlar.
Çin dili zəngin dillərdəndir. Onun bir çox dialekti var-
dır. Coğrafi əlamət prinsipinə görə çin dialektləri iki qrupa 
bölünür: çin dilinin şimal dialektləri qrupu və cənub dia-
lektləri qrupu. Bunlar bir-birindən fonetik cəhətdən daha 
çox fərqlənir. Müasir çin ədəbi dilinin əsasını şimal dia-
lektlərindən Pekin danışığı təşkil edir.
Çin yazılı abidələri bizim eradan əvvəl XV əsrə aiddir. 
Çin yazısında heroqliflərdən istifadə olunur.
2) Dunqan dilində (özlərini “xuey” adlandırırlar) danı-
şanlar Qazaxıstan, Özbəkistan və Qırğızıstan ərazilərində 
yaşayırlar. Yazıları ərəb, latın və Kirili qrafikası əsasında 
olmuşdur. Dunqanlar müsəlmandır.
Tay dilləri yarımqrupu aşağıdakı dillərdən ibarətdir:
1) Tay dili (özlərinə “tay” deyirlər) Taylandın dövlət di-
lidir. Bu dilin bir neçə dialekti mövcuddur. Tay ədəbi 
dili Banqkok dialekti əsasında formalaşmışdır.
2) Laos dili laosların ana dilidir. Bu dilin sahibləri Laos-
da, Taylandda, Vyetnamda, Kambocada, Birmada ya-
şayırlar. Laos dilinin bir neçə başlıca dialekti vardır. 
Ədəbi dilləri ventyan dialekti əsasında yaranmışdır, 
XIV əsrdən yazıya malikdirlər.
3) Vyetnam dili vyetnamlıların dilidir. Vyetlər (özləri belə 
adlandırır) başqa yerlərdə, o cümlədən Laosda, Çin-
də, Taylandda, Kanadada, ABŞ-da da yaşayırlar.
Çin-Tay qrupundakı dillərdən çin və tay dilləri daha 
geniş yayılmışdır. Xüsusilə çin dilində danışanların miq-
darı son dərəcə çoxdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə