2. ÜMumi DİLÇİLİk II indd


X. SAMİ-HAMİ DİLLƏRİ AİLƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə40/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   36   37   38   39   40   41   42   43   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

X. SAMİ-HAMİ DİLLƏRİ AİLƏSİ
Sami-hami dillərindən Asiya və Afrika ərazisində isti-
fadə olunur. Dilçilikdə ilk dəfə bu dil ailəsinin qohumluq 
əlaqələrinə dair elmi mülahizələr irəli sürülmüşdür. Lakin 
ailənin adı dini əfsanə ilə bağlıdır.
Sami-hami dillər ailəsini bir-birindən seçilən iki dil 
qrupu təşkil edir: sami dillər qrupu, hami dillər qrupu.
1. SAMİ DİLLƏR QRUPU
Buraya ərəb, amxar, yəhudi (ivrit) və s. dillər daxildir.
1) Ərəb dili ərəb dünyasında geniş istifadə olunan dil-
dir. Bütün ərəb ölkələrində – Misirdə, İraqda, Livan-
da, Suriyada, Yəməndə... ərəb ədəbi dili işlədilir. VII 
əsrdən islamın yaranması və geniş yayılması nəticə-
sində ümumi ərəb ədəbi dili formalaşmışdır. Özünün 
xüsusi yazı forması, qrafikası mövcuddur. Yazının is-
tiqaməti sağdan soladır. VII əsrin I yarısında Quran 
bu dildə yazılmışdır.
2) Yəhudi dilinin iki forması vardır: ivrit və idiş dili. 
Müasir ivrit ədəbi dili İsrailin dövlət dilidir. Yəhudilər 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
67
xüsusi qrafikaya – yazı formasına malikdirlər. Yəhudi 
yazısı da sağdan sola doğru yazılır.
3) Amxar dili Efiopiyanın şərqində yaşayan amxarların 
ədəbi dilidir. Amxar dili Efiopiyanın ən geniş yayılmış 
dilidir. Bunun xüsusi yazı forması mövcuddur.
2. HAMİ DİLLƏR QRUPU
Buraya Şimali Afrikadakı berber qrupu xalqlarının 
dilləri və Həbəşistandakı kuşit qrupu xalqlarının dilləri 
daxildir.
Kuşit dilləri yarımqrupuna afar, aqau, bedauye, saxo, 
somali, sidama və başqa dillər daxildir.
1) Afar dili Efiopiya sakinlərindən afarlann dilidir. Ya-
zılan Efiopiya sistemi əsasındadır. Saxo dilinə daha 
yaxındır.
2) Saxo dili kuşit xalqlarından olan saxoların dilidir. Bu 
xalqın mənşəyində afarların qarışığı vardır.
3) Aqau dili özlərini aqav adlandıran kuşit xalqları dilidir.
4) Bedauye dili Sudanda yaşayan həmin adlı xalqın dilidir. 
Bu dilin iki dialekti vardır: beca və xadareb dialekti.
5) Somali dili Somalinin əsas əhalisinin dilidir. Somali ya-
zısı latın qrafikası əsasındadır.
6) Sidamo dili kuşitlərdən sayılan sidamo xalqının dilidir. 
Sami-hami dilləri ailəsinə məxsus olan aşağıdakı dil-
lər ölü dillərdir:
1. Uqarit dili;
2. Aramey dili;
3. Finikiya dili;
4. Kopt dili;
5. Qədim yəhudi dili;
6. Qədim Misir dili;
7. Akkad (assori və babil ləhcələri) dili.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
68
Sami-hami dillərinin bəzi xarakterik cəhətləri bunlardır:
1. Sait fonemlərin zəif inkişafı;
2. Söz köklərinin samitlərdən ibarət olması;
3. Saitlərin şəkilçi rolunda çıxış etməsi;
4. Sami dillərdə kişi və qadın cins kateqoriyasının 
olması və s.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə