3. CƏNUBİ AMERİKA DİLLƏRİ
Cənubi Amerika dillərinin ən böyük qrupları aşağıda-
kılardır:
1) Tupi-quarani dilləri qrupu – tupi, quarani və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
79
2) Çibça dilləri qrupu – kuna, muiska, talamanka və s.
3) Aravak və pano dilləri qrupları – Peru və Kolumbiya hin-
dilərinin dilləri.
4) Keçua dili. Bu dil Peru, Boliviya və Ekvadorda işlədi-
lir. Keçua Amerika hindilərinin ən böyük xalqıdır. Bu
xalq qədim mədəniyyətə malikdir.
DİLLƏRİN TƏSNİFİ VƏZİYYƏTİ VƏ MÜASİR
VƏZİFƏLƏR
Dünya dillərinin qruplaşdırılmasına, bölünməsinə dair
yuxarıda qeyd olunan təsniflərdən əlavə dilçilik elmində
daha bir sıra müxtəlif istiqamətli və müxtəlif məqsədli böl-
gülər də meydana çıxmışdır. Bu təsniflərin, demək olar ki,
heç biri tam və mükəmməl təsnif səviyyəsinə malik deyildir.
Bütün təsniflər üçün çatışmayan vacib məsələ kifayət
qədər zəruri prinsiplərin müəyyənləşdirilməməsidir. Mə-
sə lən, müasir dünya dilçiliyində çox geniş yayılmış təsnif-
lərdən biri olan genealoji bölgüdə başlıca prinsip dillərin
mənşə birliyi hesab olunur. Lakin bu prinsipin həllediciliyi
heç də onun yeganə prinsip olması kimi qəbul edilməmə-
lidir. Burada bununla yanaşı, başqa prinsiplərin də kömə-
yindən istifadə edilməlidir.
Zəruri prinsiplərin tam müəyyən edilməməsi nəticə-
sində dillərin genealoji təsnifində bir sıra uyğunsuzluqla-
ra yol verilmişdir. Məsələn, hind-Avropa dilləri ailəsinə
nəzər yetirək. Burada Avropa dilləri dedikdə, Avropa dil-
lərinin hamısı əhatə olunmur. Bundan başqa, hind-Avropa
dilləri dedikdə hind dilləri ilə yanaşı, İran dilləri də buraya
aid edilir. Halbuki İran dilləri Avropada yox, Asiyadadır,
özü də qohum və yaxın olmasına baxmayaraq, hind dillə-
rinə mənsub olmayıb, səciyyəvi cəhətlərinə əsasən xüsu-
si qrup təşkil edir. Deməli, bu ad – termin elmi cəhətdən
düzgün seçilməmişdir. “Qafqaz dilləri ailəsi” termini də
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
80
qeyri-dəqiqdir. Əslində Qafqaz dilləri dedikdə ilk anda-
ca dillərin qohumluğu yox, həmin ərazidə istifadə olunan
dillər təsəvvür edilir. “Hami-sami dilləri ailəsi” termini
dini-əfsanəvi anlam əsasında meydana gəlmişdir. Belə ki,
Ham və Sam Nuh peyğəmbərin oğullarının adlarıdır.
Dillərin genealoji təsnifində vəziyyəti mürəkkəbləş-
dirən məsələlərdən biri tədqiqatçıların yerli-yersiz böyük
dil ailələri qruplaşdırmaq meylinin olmasıdır. “Ural-Altay
dilləri ailəsi”nə daxil edilən dillərin bir hissəsi digəri ilə heç
qohum olmadığı halda bunlar əsassız birləşdirilib geniş bir
ailə kimi qələmə verilmişdir. İndi bəzən Altay dillərinə daxil
edilmiş dillərin qohumluğuna da şübhə ilə yanaşılır.
Dillərə dair təsniflərin əksəriyyətində termin dolaşıq-
lığına yol verilir. Genealoji təsnifdə “ailə” ilə “budaq” və
“ailə” ilə “qrup” sözləri sinonim kimi işlənilir. Eyni müəllif
türk dillərini gah ailə, gah da qrup adlandırır.
Halbuki bu terminlərin mənalarında, semantik tutu-
munda xeyli fərq vardır və bunların yerində işlədilməsi
üçün xüsusi dəqiqlik tələb olunur.
Dünya dillərinə dair irəli sürülmüş təsniflərdə bir çox
mübahisələr mövcuddur. Məsələn, genealoji təsnifdə dil
ailələrinin tərkibi məsələləri tez-tez mübahisə doğurur.
Belə ki, hind-Avropa dilləri ailəsinə aid edilən hett-nesit
dillərinin leksik tərkibi həmin dil ailəsinə uyğun gəlmir.
Yaxud, Qafqaz dilləri ailəsinə daxil olunan dillərin qohum-
luğu çox zəif müşahidə edilir və s.
Dilçilikdə bəzən tipoloji təsnif eyni zamanda morfolo-
ji təsnif kimi göstərilir. Əslində, morfoloji təsnif – morfoloji
tipologiya ümumi tipologiyanın tərkib hissəsidir. Yuxarıda
qeyd edildiyi kimi, tipoloji təsnifdə dilin səs sistemi, leksik
tərkibi və qrammatik quruluşu nəzərə alınır. Lakin dil tipi-
nin müəyyənləşdirilməsində morfoloji ünsürlər daha qaba-
rıq halda özünü göstərir və həm də ilk tədqiqatlar bu sahə
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
81
üzərində aparıldığı üçün “morfoloji təsnif” anlayışı meyda-
na çıxmışdır. Bunları, yəni tipoloji və morfoloji anlayışları
qarışdırmaq elmi cəhətdən düzgün hesab oluna bilməz.
Mövcud təsniflərin hamısı üçün çatışmayan bir cəhət
də onların heç birində dünya dillərinin hamısının əhatə
edilməməsidir. Bütün deyilənlərə əsasən dillərin təsnifinin
indiki vəziyyəti məqbul hesab olunmur.
Dillərin təsnifi müasir dilçiliyin ən mürəkkəb problem-
lərindəndir. Bu sahədə bir sıra vacib vəzifələr qarşıda durur.
İlk növbədə mövcud elmi prinsiplərin daha da də-
qiq ləşdirilməsi və əlaqəli şəkildə yeni zəruri prinsiplərin
müəyyənləşdirilməsinə nail olmaq gərəkdir. Bununla bə-
rabər dünya dillərinin dəqiq təsnifi üçün bütün dillərin
öyrənilməsinə nail olmaq lazımdır. Məlumdur ki, 6000 dil-
dən təxminən 600-ü az və ya çox dərəcədə elmi tədqiqata
cəlb edilmişdir. Bir sıra dillərin quruluşu, qohumluğu ta-
rixi kifayət qədər aydınlaşdırılmamışdır.
Əslində dialekt olub, lakin dili xatırladan və ya
müstəqil olub dialekt kimi görünən dillər dəqiqləşdirilib,
bütün dünyadakı dillərlə birlikdə hərtərəfli öyrənildikdən
sonra, yəqin ki, yeni bölgülər, yaxud mövcud bölgülərin
prinsiplərinə uyğun onlarca dil ailəsi, dil qrupu və yarım-
qrupu üzə çıxarıla bilər.
|